FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 23 Aprel 2026, 10:49
310
Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin oxuyun
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq
Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Citypost.az-a verilən məlumata görə, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək....
23 Aprel 2026, 12:06
ADSEA: Kürdə suyun səviyyəsində azalma müşahidə olunur
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdili kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə açıqlama yayıb.Qurumdan Citypost.az-a bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir:"Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün...
23 Aprel 2026, 12:00
Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.Citypost.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.
23 Aprel 2026, 11:03
Elnurə Abuşova: Xəstəxanalarda növbə və sistem problemləri ciddi narahatlıq yaradır
Xəstəxanalarda növbələrin yaranmasına səbəb həkim çatmazlığıdır. Məsələn, 20 nömrəli poliklinikada 2 ildir kardioloq yoxdur. Küsdürdülər gənc həkim xanımı çürük, yarıtmaz biznes idarəçiliyi ilə.20 nömrəli Binəqədidə böyük ərazini əhatə edir. Oranın xəstələri yönəlir Nəsimidə 12 nömrəliyə. Növbəni, xaosu təsəvvür edirsiz? İkinci səbəb sistem açılmır, sığortaya daxil etsinlər, bu, saatlarla da çəkə bilir. Bilmirəm daxili problemdir, ya internet provayderləri zaydır. Vətəndaş gözləyir, həkim bekar oturur, sistem açılmadığı üçün hər ikisi vaxt itirir. Bu da əsəblərin tarıma təkilməsinə, narazılığa, aqressiyaya səbəb olur.Hələ 20 il əvvəl Rusiyada sığorta kartları verilmişdi vətəndaşlara. Özlərində qalırdı o kart. Daha qapıda sığorta növbəsi olmurdu. Əvvəldən yazılmaqla həkimə gəlirdilər. İnternet...
23 Aprel 2026, 10:55
Niyaməddin Orduxanlı: Bu qərar müəllimin nüfuzuna zərər verə bilər
Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı sosial şəbəkə hesabında müəllimlərlə bağlı nəzərdə tutulan cərimə mexanizmini tənqid edib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, müəllimin şagirdə qarşı aqressiv davranışı ilə bağlı 200 manat cərimə tətbiq olunması məsələsi müəllim nüfuzuna mənfi təsir göstərə bilər və bu yanaşma suallar doğurur.N. Orduxanlı qeyd edib ki, belə qərarların müəllimlərin hörmətini azaltması və təhsil mühitinə mənfi təsir göstərməsi narahatlıq doğurur.Əli...
23 Aprel 2026, 10:47
Alqış Musayev: Aqressiv müəllimin məktəbdə yeri yoxdur
Əməkdar jurnalist Alqış Musayev sosial şəbəkə hesabında müəllim davranışları ilə bağlı irəli sürülən təşəbbüsləri tənqid edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, müəllimin şagirdə qarşı aqressiv davranışına görə cərimə tətbiq olunması məsələsi müzakirə olunsa da, ümumiyyətlə şagirdə qarşı aqressiv münasibət göstərən şəxsin məktəbdə fəaliyyət göstərməsi yolverilməzdir.A. Musayev qeyd edib ki, bu cür yanaşmalar təhsil sistemi, məktəb və müəllim anlayışı, eləcə də dövlət barədə cəmiyyətdə yanlış təsəvvür formalaşdıra bilər. O, bu kimi təşəbbüslərin doğru olmadığını vurğulayaraq, belə addımlardan çəkinməyə çağırıb.Yeganə...
23 Aprel 2026, 10:37