Belçika və Niderland parlamentlərinin qətnamələri Azərbaycanın daxili işlərinə müdaxilədir - RƏY
Siyasət 23 Aprel 2026, 08:44
461
Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Tural Gəncəliyev bildirib ki, qətnamələrin heç birində Azərbaycanın atdığı humanist addımlardan, o cümlədən Ermənistana neft məhsulları və digər mallar göndərməsindən bir cümlə belə bəhs edilmir:
“Demokratiyadan, insan haqlarından danışan bu ölkələrin özlərinin insan haqlarını necə pozduqlarından danışsaq, bu barədə çox danışmaq olar. Əgər biz bu mövzuya başlasaq, Niderland və Belçikanın Afrikada illər boyu insan haqlarını pozmasını, Konqo xalqının istismarını qeyd edə bilərik. Eyni zamanda, Niderland müsəlman dünyasının ən böyük ölkələrindən biri olan İndoneziyanı uzun illər müstəmləkə əsarətində saxlayıb”.
Deputat Zaur Şükürov qeyd edib ki, bəzi Avropa parlamentarilərinin Azərbaycana qarşı davamlı olaraq qərəzli, riyakar və birtərəfli yanaşma sərgiləməsini istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra müşahidə etmişik:
“Bu addımlar qəti və tutarlı mövqeyimizlə daim ifşa edilib. Azərbaycanın ardıcıl təşəbbüsləri və qəti siyasi iradəsi nəticəsində regionda yeni reallıqlar formalaşıb. Son illər ərzində sərhəddə sabitliyin qorunması, birbaşa dialoq kanallarının qurulması və sülh sazişi istiqamətində atılan ardıcıl addımlar bu reallıqların ən aydın təzahürünə çevrilib. Bütün bunların fonunda kənardan edilən əsassız və qərəzli müdaxilələr yalnız destruktiv məqsədlərə xidmət edən amillər kimi çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin misilsiz liderliyi ilə bu gün regionda formalaşan yeni reallığa, sülhə, sabitliyə və inkişaf naminə yaranan ümidlərə bu kimi riyakar qətnamələr mane ola bilməz. Belçika və Niderland parlamentlərini və hökumətlərini gələcək əməkdaşlığa müəyyən mənada kölgə sala biləcək bu kimi qərəzli addımların qarşısının alınması üçün müvafiq tədbirlər görməyə çağırıram”.
Həmçinin oxuyun
Deputat Rizvan Nəbiyev nəzərə çatdırıb ki, Azərbaycan öz ərazilərinin işğalına son qoymaqla Cənub Qafqaz regionunda yeni geosiyasi reallıqların əsasını yaradıb və regional siyasi gündəm faktiki olaraq məhz bu yeni status-kvo üzərindən müəyyənləşdirilir:
“Bu yeni siyasi reallığın ən mühüm nəticələrindən biri odur ki, bu gün Ermənistanın baş naziri ‘Real Ermənistan’ konsepsiyası, Azərbaycanla münasibətlərin normallaşdırılması və ümumilikdə sülh gündəliyi ilə parlament seçkilərinə gedir. Elə cari ilin birinci rübündə ABŞ və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun praktik nəticəsidir. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərləri və burada verilən birgə mesajlar uzunmüddətli əməkdaşlıq perspektivlərindən xəbər verir. Xüsusilə, Brüsselin infrastruktur və nəqliyyat-loqistika təşəbbüsü olan ‘Qlobal Qapı’ strategiyasına ölkəmizin daxil edilməsi bunu təsdiqləyir. Bu inkişaflar fonunda Belçika və Niderland parlamentlərinin qətnamələrini qətiyyətlə rədd edirəm”.
Deputat Sahib Alıyev qeyd edib ki, Belçika və Niderlandın parlament adını haqq etməyən yığıncaqlarının irqçi, qərəzli və eyni zamanda savadsızcasına hazırlanmış, antisülh və antiregional mahiyyətli qətnamələrini qətiyyətlə pisləyir:
“Xankəndindəki keçmiş "miatsumçu" rejimin başında duranların həbsini pisləyən və onların azadlığa buraxılmasını tələb edənlər yəqin unudurlar ki, nə Qarabağ Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar həmin Konqodan tutulub gətirilərək tamaşa üçün Tervurendə zooparkda qəfəsə salınıb nümayiş etdirilən insanlar kimi təqdim edilənlərdir. Onlar minlərlə azərbaycanlının qətlində təqsirli bilinən hərbi cinayətkarlardır və Milli Məclisin dünənki bəyanatında da vurğulandığı kimi, müvafiq beynəlxalq qurumlar da bunun yaxşı fərqindədirlər. Görsən bir tərəfdən Azərbaycan rəsmiləri ilə yeni ikitərəfli anlaşma haqda danışıqlara başlamaq üçün Brüsseldə görüş keçirən, digər tərəfdən isə eyni gündə də belə bir addım atanlar özləri haqda nə düşünürlər? Həm də bilə-bilə ki, bu, strateji rəqib, hətta düşmən gözündə gördüklərinin maraqlarına tam cavab verən hərəkətdir. Eynilə hay diasporunun, daha dəqiqi, onların daşnaklardan ibarət hissəsinin bu qətnamədən 4 gün qabaq Parisdə keçirdikləri yığıncaqları kimi. Həmin yığıncağın maliyyəsini məhz Rusiyadan ora təşrif gətirən oliqarx Ara Abramyanın verdiyini və burada da məqsədin yenə bu regionda sülhə maneçilik olduğunu bəyəm Yelisey sarayındakılar bilmirlər? Elə isə nədən həmin yığıncaqdan 2 gün sonra “özünüburaxan”ların bir neçə təmsilçisi ilə Fransa və Avropa Parlamentində görüş keçirilir? Amma nə edirlərsə etsinlər, “hay məsələsi”ni qaldırdıqları zaman açıqladıqları ortaq niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan onların cavabını sivilizasiyalarından saydıqlarının dağıtdıqları yerləri cənnətə çevirməklə və uçurduqları məscidlərin yerində daha möhtəşəmini tikməklə ən təsirli şəkildə verir və verəcək”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şərhçi: Tramp diplomatiyada çətin vəziyyətə düşüb
Jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu bildirib ki, Donald Trampın sələfləri – Barak Obama və Co Baydenə yönəltdiyi əsas tənqidlər diplomatiya sahəsində uğursuzluq iddiaları üzərində qurulmuşdu.Citypost.az-ın xəbərinə görə, şərhçinin sözlərinə görə, Tramp xüsusilə Obamanın İranla imzaladığı nüvə sazişini uğursuz adlandırır, Baydeni isə zəif diplomatiyada ittiham edirdi. Lakin hazırkı vəziyyət göstərir ki, Trampın özü də oxşar çətinliklərlə üz-üzə qalıb.K. Rövşənoğlu qeyd edib ki, Tramp biznesmen yanaşması və təzyiq siyasəti ilə hərəkət edərək, hərbi faktor və İsrail amilindən istifadə etməklə Qəzzada ərəbləri atəşkəsə məcbur edib, eyni üsulla İrana təsir göstərməyə çalışıb. Onun fikrincə, Tramp əvvəlcə İrana zərbə vuraraq onu zəiflətməyi, daha sonra isə...
23 Aprel 2026, 10:18
Politoloq: Aİ Ukraynaya dəstəyi gücləndirir
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqı-nın Ukraynaya dəstəyinin artdığını bildirib.Citypost.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, bir neçə aydır müzakirə olunan və ümumi dəyəri 90 milyard avro təşkil edən kredit paketinin ayrılması artıq reallaşıb. Politoloq qeyd edib ki, Viktor Orban tərəfindən bu yardıma qoyulan veto onun seçkilərdə məğlub olmasından sonra aradan qalxıb və yeni hökumət kreditin verilməsinə dəstək verib.M. Əsədullazadə əlavə edib ki, eyni zamanda Rusiyaya qarşı 20-ci sanksiyalar paketi qəbul olunub. Onun fikrincə, ayrılan vəsait Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı müqavimətini daha da gücləndirəcək və Moskvanın Avropa İttifaqı daxilindəki təsir imkanlarını minimuma endirəcək.Ukraynanın hərbi sənayesi...
23 Aprel 2026, 10:10
Zaur Şükürov:Bu kimi riyakar qətnamələr sülhə mane ola bilməz
“Belçika və Niderland parlamentləri 16 aprel 2026-cı il tarixdə bir daha qərəzli, qeyri-obyektiv və reallıqdan tamamilə uzaq, ikili standartlara əsaslanan mövqe nümayiş etdirərək, Azərbaycan əleyhinə qətnamələr qəbul ediblər. Bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisi münasibət bildirərək, bu addımı qətiyyətlə qınamış və bu qərəzli sənədləri rədd etmişdir”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin aprelin 21-də keçirilən plenar iclasında çıxış edən deputat Zaur Şükürov bildirib. Deputat qeyd edib ki, Bəzi Avropa parlamentarilərinin Azərbaycana qarşı davamlı olaraq qərəz, riyakarlıq və birtərəfli yanaşma sərgiləməsini istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra müşahidə etmişik və bu addımlar...
23 Aprel 2026, 08:31
İran İraqı İlhaq edir. Turab Rzayev yazır...
İran İraqı İlhaq edir.Yeni Türkiyə -İran Sayks-PikosuYaxın Şərq yenidən bölünür.Amma bu dəfə regional oyunçular özü onu təsir zonalarına bölməyə çalışırlar.Türkiyə Suriyada güclənir.İran ABŞ-ı İraqdan demək olar ki, qovubİndi İraq üzərində Türkiyə və İran ortaq məxrəcə gəlməyə çalışır.Kərkükə Türkmən valiyi belə oxumaq lazımdır.Türkmən Balıye Talabani dəstəyini belə oxumaq lazımdır. Süleymaniyyədə artıq Bərzani bayrağı dalğalanmayacaq.Sadəcə Iraq bayrağı olacaq.Bunu da belə oxumaq lazımdır.İran hücumundan sonra ölən peşmərgəyi Süleymaniyyədə xəstəxana qəbul etməyib, meyidini daşımağa tibb maşını verməyib.Bunu da belə oxumaq lazımdır.Bərzani İsraili seçdi.Onu qoruyan, yetişdirən Türkiyəni yox, Netanyahu və ona yaxın Amerikanı seçdi.Cəzası bu oldu.İndi ya məcbur yenə də Türkiyənin ayağını öpəcək.Ya da Ərbil İran,...
23 Aprel 2026, 08:25
Politoloq: Kreml Dnestryanı üzərindən Kişinyov və Kiyevə təzyiqi artırır
Politoloq Turan Rzayev bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə Moskvanın lazım gələrsə, Dnestryanıdakı Rusiya vətəndaşlarını qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini deyib.Citypost.az xəbər verir ki, “Dnestryanıda 220 mindən çox Rusiya vətəndaşı yaşayır və onların maraqları, eləcə də təhlükəsizliyi Kiyev və Kişinyovun məsuliyyətsiz hərəkətləri səbəbindən təhlükə altındadır. Lazım gələrsə, Rusiya bütün zəruri addımları atacaq və onları Konstitusiyaya uyğun olaraq qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə Şoyqu vurğulayıb.Politoloqun sözlərinə görə, Şoyqu həmçinin qeyd edib ki, Rusiya Dnestryanı ilə bağlı bütün mümkün ssenariləri, o cümlədən ən gözlənilməz variantları belə izləyir.T. Rzayev vurğulayıb ki,...
23 Aprel 2026, 08:14
İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.Dövlət başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb....
22 Aprel 2026, 13:25