Bizə yazın

Baku

-°C

USD

-

Elnurə Abuşova: Xəstəxanalarda növbə və sistem problemləri ciddi narahatlıq yaradır

Cəmiyyət 23 Aprel 2026, 10:55

377

Xəstəxanalarda növbələrin yaranmasına səbəb həkim çatmazlığıdır. Məsələn, 20 nömrəli poliklinikada 2 ildir kardioloq yoxdur. Küsdürdülər gənc həkim xanımı çürük, yarıtmaz biznes idarəçiliyi ilə.

20 nömrəli Binəqədidə böyük ərazini əhatə edir. Oranın xəstələri yönəlir Nəsimidə 12 nömrəliyə. Növbəni, xaosu təsəvvür edirsiz?

 İkinci səbəb sistem açılmır, sığortaya daxil etsinlər, bu, saatlarla da çəkə bilir. Bilmirəm daxili problemdir, ya internet provayderləri zaydır. Vətəndaş gözləyir, həkim bekar oturur, sistem açılmadığı üçün hər ikisi vaxt itirir. Bu da əsəblərin tarıma təkilməsinə, narazılığa, aqressiyaya səbəb olur.

Hələ 20 il əvvəl Rusiyada sığorta kartları verilmişdi vətəndaşlara. Özlərində qalırdı o kart. Daha qapıda sığorta növbəsi olmurdu. Əvvəldən yazılmaqla həkimə gəlirdilər.  İnternet bu qədər işlək deyildi onlayn növbə olsun.

Çoxmu çətindir bütün xəstəxanalarda onlayn növbə olsun? Çoxmu çətindi sığorta kartı paylamaq? Niyə yarada bilmədilər?  Vaxt çox qiymətlidir. Ya xəstəxana növbələrində itir, ya da tıxacda...

Mənim TƏBİBin yeni rəhbərindən gözləntim budur ki, hər yerdə onlayn növbələr işləsin, "sistem işləmir" yarıtmazlığına son qoyulsun, həkimlər lazımsız kağız-kuğuz yazmaqdan azad olsun. Xəstə qalır kənarda, öncə blanklar yazırlar göstəri üçün. 

Həkimlər üçün cəzbedici mühit yaransın, dövlət xəstəxanalarında işləyib xalqa xidmət göstərsinlər. 

Keçən il bu barədə yazmışdım, həkimləri aldadıb xaricdən 5 min manat maaş və bonusla ölkəyə gətirdilər. 6 aydan sonra pulları kəsib onları 1200 manat+bonusla işləməyə məcbur etdilər. Sığortaya sorğu göndərdim, cavab gəldi ki, o bizdə 6 aylıq layihə idi,  bitdi... Xaricdə özünə güzəran quran həkimlərimiz  işini-gücünü atıb ailəvi  gəlmişdi. Çoxu qayıtdı. Bu layihə çərçivəsində  Lənkərana türk ürək həkimi, Sumqayıta da türk göz həkimi gəlmişdi. Bilmirəm qalırlar, ya qayıtdılar. 

Əslində çox savadlı həkimlərə vəzifə verib, xəstələrdən uzaqlaşdırmaq düzgün yanaşma deyil. Onlara yaxşı maaş verib potensialından istifadə etmək lazımdır.

Uzun oldu. Çalışaq bu aralar sağlam olaq, yolumuz xəstəxanalara düşməsin, çünki vəziyyət qarışıb😊

Mənim də özəl xəstəxanada işlərim var, amma Körfəz müharibəsinə görə analiz üçün bəzi reaktivlər gəlmir, olan da bitib, gözləyirəm.

Elnarə Abuşova

Jurnalist

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Bu barədə Citypost.az-a  DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qobustan və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı aprelin 25-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra...

23 Aprel 2026, 12:13

Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq

Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Citypost.az-a verilən məlumata görə, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək....

23 Aprel 2026, 12:06

ADSEA: Kürdə suyun səviyyəsində azalma müşahidə olunur 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdili kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə açıqlama yayıb.Qurumdan Citypost.az-a bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir:"Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün...

23 Aprel 2026, 12:00

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb 

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.Citypost.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.

23 Aprel 2026, 11:03

FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 

Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri...

23 Aprel 2026, 10:49

Niyaməddin Orduxanlı: Bu qərar müəllimin nüfuzuna zərər verə bilər

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı sosial şəbəkə hesabında müəllimlərlə bağlı nəzərdə tutulan cərimə mexanizmini tənqid edib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, müəllimin şagirdə qarşı aqressiv davranışı ilə bağlı 200 manat cərimə tətbiq olunması məsələsi müəllim nüfuzuna mənfi təsir göstərə bilər və bu yanaşma suallar doğurur.N. Orduxanlı qeyd edib ki, belə qərarların müəllimlərin hörmətini azaltması və təhsil mühitinə mənfi təsir göstərməsi narahatlıq doğurur.Əli...

23 Aprel 2026, 10:47