Zakir Fərəcov sakinlərlə görüşüb
Cəmiyyət 27 Fevral 2026, 12:45
240
Fevralın 27-də Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə növbəti səyyar qəbul-görüş təşkil olunub. Qəbul Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 8-ci mikrorayon ərazisində keçirilib.
İcra Hakimiyyətindən Citypost.az-a verilən xəbərə görə, səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların gündəlik həyatlarını narahat edən məsələlər, sosial-məişət problemləri, abadlıq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilib.
Qəbul prosesində qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.
Həmçinin oxuyun
Görüş zamanı şəhər rəhbəri Sumqayıtda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və sosial infrastruktur layihələri barədə sakinlərə məlumat verib, bu istiqamətdə görülən işlərin mərhələli şəkildə davam etdiriləcəyini qeyd edib. Vətəndaşlar öz növbəsində şəhərdə həyata keçirilən müsbət dəyişiklikləri yüksək qiymətləndirərək, səyyar qəbulların problemlərin yerində və vaxtında həllinə mühüm töhfə verdiyini bildiriblər.
Qeyd edək ki, vətəndaş məmnunluğunun artırılması, açıq dialoqun təmin edilməsi və yerli problemlərin birbaşa ünsiyyət yolu ilə həlli məqsədilə Sumqayıt şəhərində səyyar qəbul-görüşlər davamlı olaraq keçirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda yeni Şura yaradıldı - İlham Əliyevdən FƏRMAN
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:Şuranın sədriAzərbaycan Respublikasının Birinci vitse-prezidentiŞuranın üzvləri:Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriAzərbaycan Respublikasının...
27 Fevral 2026, 13:46
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Milli Məclisin növbəti iclasının tarixi məlum olub.Citypost.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası martın 3-də olacaq.
27 Fevral 2026, 13:27
Parlamentin komitə sədri: Narkomaniya xəstələrinin artması ailə institutunu zəiflədir
Narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ailə institutunu zəiflədir.CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Zahid Oruc bildirib.“Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır”, - deyə Zahid Oruc qeyd edib....
27 Fevral 2026, 13:00
Aqil Abbas: Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir
Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir.APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.Deputat bildirib ki, Türkiyə bu gün dünyanı filmləri ilə Osmanlıdan daha çox tutub: "Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin evindən 17 milyon qanunsuz pul tapıldı, bu...
27 Fevral 2026, 12:01
Gəncədə güclü külək fəsadlar törədib
Gəncədə güclü külək fəsadlar törədib.APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan külək şəhərin Heydər Əliyev prospektində, M.Abbaszadə küçəsində, Totanlı dairəsi, 3-cü və 4-cü mikrorayonlar ərazilərində iri gövdəli ağacları aşırıb. Həmçnin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb.Bundan başqa, iri gövdəli ağacların biri aşaraq şəhər ərazində mağazanın üzərinə düşüb. Bəzi ərazilədə isə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Qeyd edək ki, hazırda qərb bölgəsində güclü külək müşahidə olunur....
27 Fevral 2026, 12:00
60 yaşdan yuxarı şəxslər üçün vacib tibbi müayinələr
Mütəxəssislər bildirirlər ki, 60 yaşdan sonra sağlam və aktiv qalmaq tam mümkündür. Citypost.az xəbər verir ki, bunun üçün əsas şərt profilaktik tibbi müayinələri vaxtında etdirmək və risk faktorlarını nəzarətdə saxlamaqdır. Yaş artdıqca bəzi xəstəliklərin riski yüksəldiyi üçün mütəmadi yoxlanışlar xüsusi əhəmiyyət daşıyır.Qan təzyiqi hər il ölçülməlidir. Yüksək təzyiq ürək, beyin, böyrək və damarlar üçün ciddi təhlükə yaradır.Çəkiyə nəzarət vacibdir. Yaşlandıqca əzələ kütləsi azalır, maddələr mübadiləsi zəifləyir və piylənmə riski artır.Yoğun bağırsaq xərçəngi skrininqi 45–75 yaş aralığında tövsiyə olunur. Müayinə üsuluna həkimlə məsləhətləşərək qərar verilməlidir.Prostat xərçəngi skrininqi ilə bağlı 55–69 yaş arası kişilər fərdi qaydada qərar verməlidirlər. 70 yaşdan sonra isə...
27 Fevral 2026, 11:47