Bizə yazın

Baku

-°C

USD

-

Aqil Abbas: Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir 

Cəmiyyət 27 Fevral 2026, 12:01

289

Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Türkiyə bu gün dünyanı filmləri ilə Osmanlıdan daha çox tutub: "Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin evindən 17 milyon qanunsuz pul tapıldı, bu 10 dənə tammetrajlı film deməkdir. Amma bu pulu evdə saxlayırlar, verin bu filmlər çəkilsin. Mən də istəyirəm bizim filmlər dünyaya çıxsın. Türkiyədə filmlərlə Fateh Sultan Mehmet dünyanı tutub”.

Spiker Sahibə Qafarova isə çıxışın üçüncü oxunuşun t

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Parlamentin komitə sədri: Narkomaniya xəstələrinin artması ailə institutunu zəiflədir 

Narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ailə institutunu zəiflədir.CityPost.az-ın  xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Zahid Oruc bildirib.“Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır”, - deyə Zahid Oruc qeyd edib....

27 Fevral 2026, 13:00

Zakir Fərəcov sakinlərlə görüşüb 

Fevralın 27-də Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə növbəti səyyar qəbul-görüş təşkil olunub. Qəbul Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 8-ci mikrorayon ərazisində keçirilib.İcra Hakimiyyətindən Citypost.az-a verilən xəbərə görə, səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların gündəlik həyatlarını narahat edən məsələlər, sosial-məişət problemləri, abadlıq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilib.Qəbul prosesində qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun...

27 Fevral 2026, 12:45

Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib.APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan külək şəhərin Heydər Əliyev prospektində, M.Abbaszadə küçəsində, Totanlı dairəsi, 3-cü və 4-cü mikrorayonlar ərazilərində iri gövdəli ağacları aşırıb. Həmçnin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb.Bundan başqa, iri gövdəli ağacların biri aşaraq şəhər ərazində mağazanın üzərinə düşüb. Bəzi ərazilədə isə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Qeyd edək ki, hazırda qərb bölgəsində güclü külək müşahidə olunur....

27 Fevral 2026, 12:00

60 yaşdan yuxarı şəxslər üçün vacib tibbi müayinələr  

Mütəxəssislər bildirirlər ki, 60 yaşdan sonra sağlam və aktiv qalmaq tam mümkündür. Citypost.az xəbər verir ki, bunun üçün əsas şərt profilaktik tibbi müayinələri vaxtında etdirmək və risk faktorlarını nəzarətdə saxlamaqdır. Yaş artdıqca bəzi xəstəliklərin riski yüksəldiyi üçün mütəmadi yoxlanışlar xüsusi əhəmiyyət daşıyır.Qan təzyiqi hər il ölçülməlidir. Yüksək təzyiq ürək, beyin, böyrək və damarlar üçün ciddi təhlükə yaradır.Çəkiyə nəzarət vacibdir. Yaşlandıqca əzələ kütləsi azalır, maddələr mübadiləsi zəifləyir və piylənmə riski artır.Yoğun bağırsaq xərçəngi skrininqi 45–75 yaş aralığında tövsiyə olunur. Müayinə üsuluna həkimlə məsləhətləşərək qərar verilməlidir.Prostat xərçəngi skrininqi ilə bağlı 55–69 yaş arası kişilər fərdi qaydada qərar verməlidirlər. 70 yaşdan sonra isə...

27 Fevral 2026, 11:47

Fevralın bütün sosial ödənişləri yekunlaşdırılıb 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Citypost.az Nazirlikdən məlumat verilib.Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib....

27 Fevral 2026, 11:39

Daxili Qoşunlar kursant qəbulu elan edir 

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutu 2026-2027-ci tədris ili üçün "İctimai təhlükəsizlik və idarəetmə" ixtisasına kursant qəbulu elan edir.Bu barədə Citypost.az DİN-dən məlumat verilib.Bildirilib ki, namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.Sınaq və müvafiq yoxlamalardan uğurla keçən namizədlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.İmtahanlar test üsulu ilə 3-cü ixtisas qrupuna aid fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.Kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır, müddət 4...

27 Fevral 2026, 11:36