Aparıcıdan xəbərdarlıq: Ucuz format televiziyanı zədələyir
Sənət aləmi 27 Fevral 2026, 12:34
1243
Tanınmış aparıcı Şəhriyar Əbilov Citypost.az-a açıqlamasında 22 illik televiziya fəaliyyətindən danışıb. O bildirib ki, bu illər ərzində hər zaman məsuliyyət daşıyaraq tamaşaçılara sağlam informasiya təqdim etməyə, pozitiv və eyni zamanda zövqlü verilişlər hazırlamağa çalışıb.
“Şükürlər olsun ki, bacardığım qədər bu prinsiplərə əməl etmişəm. İstər böyük səhnə layihələri, istər ATV səhər layihəsi kimi işlərdə də keyfiyyət və zövq qorumuşam. İlk verilişlərimdə İlkin Həsənli, Lalə Azərtaş və Samirə Musafayeva ilə birgə aparıcılıq etmişəm. Həmişə verilişlərdə səmimiyyət, səliqə və zövq əsas prinsiplərimiz olub,” – deyə Ş. Əbilov bildirib.
Aparıcı vurğulayıb ki, efirdə verilişlərin keyfiyyətinə ciddi nəzarət etməyə çalışıb: “Verilişlərdə bayağı musiqi və mövzulara yer vermək istəmirdik. Hətta bəzi ifaçılar məndən xahiş edirdilər ki, onları dəvət edim, amma mən yalnız zövqlü və keyfiyyətli çıxışları olan sənətçilərə üstünlük verirdim. İnsanlar ora gəldikdə nə izləyəcəklərini bilirlər və ona uyğun davranmağı bacarmalıdırlar.”
Ş. Əbilov televiziyanın mərkəzləşdirilmiş təsirinə də diqqət çəkib: “Keçmişdə dövlət televiziyası regionlardan gələn insanlara mərkəzləşdirilmiş, zövqlü məzmun təqdim edirdi. Bu, tamaşaçıların kitab oxumağa, zövqlərini inkişaf etdirməyə və düşüncələrini formalaşdırmağa kömək edirdi. Televiziya baxanlara dikdə göstərir və onlar necə təqdimat görürsə, onu öyrənirlər.”
O, hazırkı televiziya formatlarına da toxunaraq qeyd edib: “İndiki dövrdə kanallar reyting üçün ucuz verilişlərə üstünlük verir. Bayağı mövzular, toy verilişləri və ucuz formatlar tamaşaçı sayı baxımından effektiv görünə bilər, amma sağlam düşüncəli insanlar televizordan uzaqlaşır. Biz aparıcılar verilişləri hazırlayarkən yalnız tamaşaçı istəyini deyil, həm də keyfiyyət və zövqü nəzərə almalıyıq. Bunun üçün rəhbərlik tərəfindən düzgün yönləndirmə və nəzarət vacibdir.”
Aparıcı həmçinin dövlət kanallarının təşəbbüsü ilə bədii filmlərin və keyfiyyətli serialların çəkilməsini müsbət addım kimi qiymətləndirib və özəl kanallarda da buna bənzər layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Əgər sağlam və zövqlü verilişlər hazırlansaydı, tamaşaçı yenidən televiziyaya qayıdardı. Əks halda, bir neçə il sonra televiziya izləyiciləri azalacaq və insanlar zövqsüz formatlardan uzaqlaşacaqlar,” – deyə Şəhriyar Əbilov bildirib.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xalq artisti Ramiz Həsənoğlu Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
Teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Mədəniyyət naziri Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin "Fəxri diplom"unu təqdim edib.Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətin inkişafına mühüm töhfələr verib, onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.Görüşdə iştirak edən Xalq artistləri - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, aktyorlar İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri -Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və kinoşünas Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar....
14 Aprel 2026, 16:57
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub."Report" xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak ediblər.Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.Qeyd edək ki, M.Məmmədov aprelin 13-ü, 97 yaşında vəfat edib....
14 Aprel 2026, 14:15
Türkiyədə Mirzə Fətəli Axundzadənin komediyası səhnəyə qoyulacaq
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İğdır şəhərində yaradılan “Bir millət- iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrının səhnələşdirdiyi ilk əsər böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası əsasında hazırlanan "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası olacaq.AZƏRTAC xəbər verir ki, aprelin 15-17-də İğdır, Qars və Ardahan şəhərlərində tamaşanın ilk premyerası keçiriləcək.Layihəyə İğdır Valiliyi, Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu müvafiq dəstək göstərir.İğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə zalında və Ardahan Universitetində səhnələşdiriləcək əsərin quruluşçu rejissoru Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur. Əsəri Türkiyə...
14 Aprel 2026, 14:08
Aktrisa Rubi Rouz Keti Perrini cinsi istismarda ittiham edib
Ruby Rose pop ulduzu Katy Perryni təxminən 20 il əvvəl baş vermiş cinsi təcavüzdə ittiham edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rouz bu iddianı 12 apreldə “Threads” sosial şəbəkəsində Keti Perri ilə bağlı müzakirələrə cavab olaraq bir sıra paylaşımlarda irəli sürüb. O bildirib ki, hadisə Melburndakı “Spice Market” gecə klubunda, onun 20 yaşlarının əvvəllərində baş verib.Aktrisa paylaşımında “Keti Perri Melburndakı Spice Market-də mənə cinsi təcavüz etdi. Onun nə düşündüyünə kim əhəmiyyət verir ki?” sözlərini yazıb.Daha sonra o, illər sonra bu barədə danışa bildiyini və bunun onun üçün çətin, eyni zamanda vacib bir addım olduğunu qeyd edib. Rouz bildirib ki,...
14 Aprel 2026, 11:00
Lauren Sançes: Daha bir uşaq sahibi olmağa hazıram
Lauren Sánchez milyarder həyat yoldaşı Jeff Bezos ilə bağlı ailə planları barədə açıqlama verib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “The New York Times” qəzetinə verdiyi müsahibədə analıq və ailə həyatı haqqında danışaraq daha bir uşaq sahibi olmağa hazır olduğunu bildirib.“Sabah daha birini yaşayacağam”, – deyə L.Sançes qeyd edərək ailəsini genişləndirməyə açıq olduğunu vurğulayıb. O, müsahibə zamanı digər insanları da bu barədə düşünməyə təşviq edib.Lakin cütlüyün nümayəndələri daha sonra açıqlama verərək Sançesin hazırda hamilə olmadığını təsdiqləyiblər.Qeyd edilib ki, Lauren Sánchez-in əvvəlki münasibətlərindən üç övladı var, Jeff Bezos-un isə əvvəlki evliliyindən dörd övladı mövcuddur.Cütlüyün 2025-ci ilin yayında Venesiyada dəbdəbəli toy mərasimi...
13 Aprel 2026, 10:45
Son illər ərzində itirdiyimiz 3 böyük sənətkar
Azərbaycan Kinematoqrafçılar İttifaqı son illər ərzində vəfat edən üç tanınmış kino xadimi – Elxan Qasımov, Cəmil Fərəcov və Rasim Balayev ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Paylaşımda onların Azərbaycan kinosunun inkişafındakı xidmətləri xatırladılıb, sənət yollarına dair məlumatlar təqdim olunub.Qeyd edilib ki, kinorejissor və aktyor, Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib, bədii və sənədli filmlərin, eləcə də “Mozalan” süjetlərinin müəllifi olub. O, 29 may 2023-cü ildə 78 yaşında vəfat edib.Bildirilib ki, kinorejissor Cəmil Fərəcov uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb, müxtəlif illərdə kino sahəsinin idarəetməsində və rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, 1 avqust 2023-cü ildə 77 yaşında vəfat edib.Xalq...
13 Aprel 2026, 10:37