Bizə yazın

Baku

-°C

USD

-

Güney Azərbaycanın taleyini düsünərkən  - Sayman Aruz YAZIR

Cəmiyyət 26 Fevral 2026, 11:58

386

“İranda kimin taleyi müzakirə olunur, kimin taleyi isə bilərəkdən müzakirədən çıxarılır?”

1. İranda baş verən etirazların görünən və gizli qatları:

Son aylarda İran daxilində baş verən etirazlar zahirən “rejimə qarşı xalq üsyanı” kimi təqdim olunur. Ancaq siyasi proseslərdə kütləvi qəzəb ilə hakimiyyət dəyişikliyi ssenarisi eyni şey deyil.

Şüarların əsas xətti: “Mollaya yox, Şaha bəli”. Alternativ ideoloji xətt isə yoxdur. Federalizm, milli haqlar, ana dili, etnik özünüidarə mövzuları bilərəkdən kənarda saxlanılır. Bu isə təsadüf deyil.

2. “Şah-molla dəyişimi” – mahiyyətin qorunması modeli:

Burada olduqca əhəmiyyətli bir məsələ var; formanın dəyişməsi, mahiyyətin isə olduğu kimi  qalması. Rza Pəhləvi fiquru qərb mediasında “demokratik alternativ” kimi təqdim olunsa da: Pəhləvi ideologiyası mərkəzçi, fars-millətçi dövlət modelidir. Tarixən türklərə, ərəblərə, bəluclara, kürdlərə qarşı assimilyasiya siyasəti yürüdüb və hazırda da hər zamankı kimi “İranın bütövlüyü” şüarı altında millətlərin hüquqlarını inkar edir.  Bu mənada “Şahın qayıdışı”: mollanın getməsi yox, fars dövlətçiliyinin başqa libasda davamı deməkdir.

3. Qərbin mövqeyi: dəyişiklik yox, idarəolunan transformasiya:

Amerika Birləşmiş Ştatları-nın indiyə qədər hərbi müdaxilə etməməsi təsadüfi heç də deyil. Çünki Qərbin məqsədi İranı parçalamaq yox, onu kontrol edilən, enerji və təhlükəsizlik baxımından uyğun hala salmaqdır Bu isə xalqların Milli Hərəkatlarını gücləndirməklə yox, mərkəzçi, amma qərblə uzlaşan bir hakimiyyətlə mümkündür. Burada Cənubi Azərbaycan faktoru Qərb üçün “riskli dəyişiklik”dir.

4. Ən böyük paradoks: İranın əsas sahibləri müzakirədən kənarda:

İran reallığında Azərbaycanlılar ölkənin ən böyük etnik-siyasi dayağıdır. Ordu, iqtisadiyyat, ticarət, şəhərləşmə məhs Azərbaycanlıların  üzərində dayanır. Tarixi olaraq isə İran dövlətçiliyini türk sülalələri qurub. Sadəcə 100 ildir ki, şah-molla sistemləri vasitəsilə bir növ işğal edilib. 

Amma bu gün: “50 milyon azərbaycanlı” faktı siyasi diskursdan silinib. Ana dili, milli muxtariyyət, özünüidarə qadağan mövzudur. Cənubi Azərbaycan ya susdurulur, ya görünməz edilir. Bu, passivlik deyil. Bu, bilərəkdən qurulmuş səssizlikdir.

5. Cənubi Azərbaycan niyə “sakit” göstərilir?:

Çünki: güclü milli çıxış bütün İran ssenarisini dağıdar, Şah-molla alternativi legitimliyini itirər, İran mərkəzçiliyi çökər. Ona görə də Etirazlar fars mərkəzində qalır, şüarlar “İran bütöv qalmalıdır” çərçivəsindən kənara çıxmır. Türk kimliyi isə ya kriminalizə olunur, ya susdurulur

6. Gələcək ssenarilər: Cənubi Azərbaycan üçün real mənzərə:

 Əgər bu proses belə davam etsə Rejim dəyişə bilər, amma Azərbaycanlıların statusu dəyişməz. ana dili yenə ikinci dərəcəli olar, assimilyasiya daha “yumşaq” formada davam edər. Əgər Cənubi Azərbaycan bu mərhələdə öz sözünü deməsə Tarixi fürsət əldən gedər, yeni İran konstitusiyası yenə fars mərkəzli olar, sonradan aparacagımız müstəqillik mübarizəsi də daha çətin və baha başa gələr.

7. Bəs nə etmək lazımdır?

1. Məsələni ideoloji səviyyəyə qaldırmaq vacibdir. Bu, tək etiraz yox: milli hüquqlar proqramı, ana dili, regional özünüidarə, federal, konfederal və ya müstəqillik modeli tələbi olmalıdır.

2. “İranın bütövlüyü” tələsindən çıxmaq

Bu şüar Türk varlığını görünməz edir, Fars hegemoniyasını normallaşdırır.

3. Beynəlxalq diskurs yaratmaq

Cənubi Azərbaycan məsələsi “İranın daxili işi” yox millətlərin öz müqəddəratını təyinetmə məsələsi kimi təqdim olunmalıdır.

4. Quzey Azərbaycanla ideoloji körpü

Söhbət dövlət müdaxiləsindən yox, mədəni, akademik, media, ideoloji həmrəylikdən gedir.

Bu gün İranda gedən proseslər: nə azadlıq inqilabıdır, nə də milli bərabərlik hərəkatı. Bu, hakimiyyətin formasını dəyişmək, amma dövlətin mahiyyətini qorumaq cəhdidir.

Əgər Cənubi Azərbaycan bu mərhələdə öz adını, öz dilini, öz siyasi iradəsini ortaya qoymasa, sabah: Şah da gələr, molla da gedər amma türk kimliyi yenə görünməz qalar.

AYB sədrinin müşaviri,yazıçı-şair Sayman Aruz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apteklərdə yoxlama aparılır

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.Bu barədə Citypost.az AEM-dən məlumat verilib.Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib....

26 Fevral 2026, 12:57

"Mixaylo" ləqəbli Xocalı şəhidi kim idi?

Xocalının özünümüdafiə qəhrəmanı, Milli Qəhrəman Tofiq Hüseynovun bu gün anım günüdür.Citypost.az xəbər verir ki, Tofiq Hüseynov “Mixaylo” ləqəbi ilə tanınırdı. O, 19 aprel 1954-cü ildə Xocalıda anadan olan Tofiq 1961–1971-ci illərdə yerli məktəbdə təhsil alıb, 1974–1976-cı illərdə sovet ordusunda xidmət edib.1991-ci ildə yaradılan Xocalı özünümüdafiə taborunun komandiri olan Tofiq Hüseynov erməni silahlı qüvvələrinə qarşı cəsarətli əməliyyatlara rəhbərlik edib. Naragux və Mehdikənd istiqamətlərində düşmənin artilleriya qurğularını məhv edən, onlarla düşməni əsir götürən Hüseynov, 26 fevral 1992-ci ildə Xocalıda baş verən soyqırım zamanı yüzlərlə dinc sakinləri təhlükəsiz yerə çıxarmağı bacarıb. Son döyüşündə isə düşmənin yaxınlığındakı qüvvələri partladaraq şəhid olub.Tofiq Hüseynov ailəli idi...

26 Fevral 2026, 12:46

Medianın İnkişafı Agentliyinin kollektivi "Ana harayı" abidəsini ziyarət edib 

Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.Citypost.az xəbər verir ki, soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

26 Fevral 2026, 12:45

Yeni nəsil və sosial mediada etik dilemmlar

Sosial media platformalarının geniş yayılması ilə gənclər yalnız ünsiyyət və əyləncə vasitəsi kimi deyil, həm də etik dilemmlərin mərkəzində dayanırlar. Yeni nəsil istifadəçilər paylaşdıqları məzmunun gizliliyi, müəllif hüquqları və informasiya dəqiqliyi məsələləri ilə daha çox rastlaşır.Citypost.az xəbər verir ki, ekspertlər bildirir ki, “like” və “paylaş” mədəniyyəti gəncləri doğru və yanlış arasındakı sərhədi qarışdırmağa məcbur edir. Eyni zamanda, sosial platformalarda yayılan qərəzli məlumatlar və dezinformasiyalar istifadəçiləri yanlış məlumatı yaymaq və ya qəbul etməklə üz-üzə qoyur.Psixoloqlar vurğulayır ki, etik şüur formalaşdırmaq üçün valideyn nəzarəti, məktəb təhsili və platforma tərəfindən təqdim olunan təlimatlar vacibdir. Yeni nəsil üçün etik məsuliyyət, artıq sadəcə fərdi seçim...

26 Fevral 2026, 12:41

Rəna Hacıyeva: "Yata-yata elm icad edək, inkişaf edək"  

Jurnalist Rəna Hacıyeva sosial şəbəkədə paylaşım edərək alimlərin iclaslarda yatmasını lağ etməyi tənqid edənlərə cavab verib. Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, "Alimi tənqid eləmə yaşlıdır, məmuru tənqid eləmə cavandır, tələbəni tənqid eləmə gəncdir..." – deyə fikirləri ilə ironik çıxış edib.RHacıyeva vurğulayıb ki, tənqid olmadan inkişaf olmaz: "Onda hamı yatışsın – futbolçu meydançada, alim iclasda, jurnalist mətbuat konfransında. Yata-yata elm icad edək, inkişaf edək, qabağa gedək."Jurnalist paylaşımında həm də tənqid və konstruktiv rəyin inkişaf üçün vacib olduğunu qeyd edib.Yeganə...

26 Fevral 2026, 12:34

Şəhid övladının doğum günü qeyd olunub.

YAP Nərimanov rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidi Əhmədağa İsgəndərovun qızı Nəsrin İsgəndərovanın doğum günü münasibətilə şəhidin ailəsi ziyarət olunub.Citypost.az xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi Əhmədağa İsgəndərovun 7 yaşını qeyd edən qızı Nəsrin İsgəndərovanı doğum günü münasibətilə təbrik edib, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. A.Abbasov Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, şəhidlərimizin qəhrəmanlığından danışıb və Azərbaycan xalqının bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib.Bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım...

26 Fevral 2026, 12:15