Vüqar Rəhimzadə: Azərbaycan müstəqil siyasət həyata keçirən qüdrətli dövlətdir.
Siyasət 27 Fevral 2026, 13:13
243
Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu, qlobal proseslərə təsir imkanları artan, müstəqil siyasət həyata keçirən qüdrətli dövlətdir. Azərbaycan regionda yeni reallıqlar yaradaraq beynəlxalq siyasətdə aktiv rol oynayan aktordur.
Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib: Azərbaycan beş ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə ölkəmizin imkanlarını, ədalətin və beynəlxalq hüququn kimin tərəfində olduğunu göstərdi. 30 illik ikili standartlara əsaslanan dünya siyasətinin nəticəsi olaraq, ədalət və beynəlxalq hüquq bərpa olundu və bu Azərbaycan tərəfindən təmin edildi. 44 gün ərzində 30 illik işğala son qoymaq, hər günü tarixə Zəfər kimi yazmaq ölkəmizin döyüş meydanında və informasiya məkanında üstünlüyünü nümayiş etdirdi.
Deputat vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illər çox çətin keçmişdi. 1991-1993-cü illərdə idarəçilik qabiliyyəti olmayan rəhbərlik, torpaqların işğalı, anarxiya və iqtisadi böhran Azərbaycanı böyük təhlükə ilə üz-üzə qoymuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni bu böhranlardan xilas etdi.
O qeyd edib ki, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan uğurdan uğura, Zəfərdən zəfərə doğru irəliləyir. Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşan yaşayış məntəqələrinin sayının artması ölkəmizin inkişafının göstəricisidir.
Həmçinin oxuyun
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni çağırışlara cavab verir, regionda və dünya siyasətində aktiv rol oynayır. Fevralın 26-da Xocalı şəhərində açılışı keçirilən Xocalı Soyqırımı Memorialının açılışında Prezident bildirib ki, Azərbaycan artıq 1992-ci ilin Azərbaycanı deyil. Dövlətimiz güclü, özünü müdafiə edə bilən bir dövlətə çevrilib və son 80 ildə belə tam qələbə qazanan ikinci dövlət yoxdur.
Vurğulanıb ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu, qlobal proseslərə təsir imkanları artan, müstəqil siyasət həyata keçirən qüdrətli dövlətdir. Regionda yeni reallıqlar yaradaraq milli maraqlarını qoruyur. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin simvoludur və hər hansı təhlükə, təxribat olarsa, Azərbaycan gücünü nümayiş etdirməyə hazırdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pərvanə Vəliyeva: Ədalət və sülhün bərpası vacibdir
Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələrin ağır nəticələri hələ də minlərlə ailənin taleyində, dağıdılmış torpaqlarda və itirilmiş insan həyatlarında öz izini saxlayır.Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a bildirib ki, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan üç mühüm məsələni diqqətə çatdırıb.Birinci məsələ münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasıdır. Hazırda 4.000-ə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur, onlardan 150 nəfəri Xocalı sakini idi. Deputat qeyd edib ki, bu rəqəmlər hər bir ailənin yarımçıq taleyini və çəkilən iztirabı əks etdirir. Ötən il itkin düşmüş şəxslərin ailələri ilk dəfə BMT-də görüşlər və aksiyalar keçirərək...
27 Fevral 2026, 13:34
Elxan Şahinoğlu: Ermənistan Rusiyadan asılılığını azaltmaq yolundadır
Ermənistanın xarici siyasətindəki son addımlar ölkənin Rusiyadan hərbi və iqtisadi asılılığını azaltmaq niyyətində olduğunu göstərir. Politoloq Elxan Şahinoğlu Citypost.az-a açıqlamasında bildirib ki, Ermənistan hökuməti qərblə münasibətləri genişləndirmə istiqamətində hərəkət edir.E.Şahinoğlunun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan və hökuməti ölkələrin Rusiyadan asılılığını azaltmaq üçün konkret addımlar atır. Daha əvvəl İrəvan yaxınlığındakı Zubart-Norç hava limanından rus hərbçilər çıxarılıb. Hazırda Türkiyə sərhədindən də rus hərbçilərin çıxarılması başa çatır, İran sərhədindən isə bu prosesin yaxın zamanda reallaşacağı gözlənilir. Politoloq hesab edir ki, yeganə qalacaq baza Rusiyanın Ermənistanda hərbi mövqeyi olacaq.Elxan Şahinoğlu əlavə edib ki, yay seçkilərindən sonra əgər Nikol Paşinyan yenidən hakimiyyətə gələrsə,...
27 Fevral 2026, 13:28
Vitse-spiker Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib
Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.APA xəbər verir ki, Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib....
27 Fevral 2026, 13:24
Dilçilik İnstitutunun direktoru absurd cərimələndi – Fazil Mustafa narazıdır
Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-ın da niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında...
26 Fevral 2026, 12:54
Bünyamin Qənbərli: "Zəngəzur dəhlizində ABŞ-Rusiya mübarizəsi gedir”
Azərbaycan və Ermənistan arasında bölgədə nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə nəzərdə tutulan dəmir yolu layihəsi ilə bağlı proseslər regionda maraqlı tərəflərin diqqət mərkəzindədir. Son dövrlərdə layihənin reallaşması ilə bağlı ABŞ və Rusiya amillərinin rolu xüsusilə aktuallaşıb.Siyasətçi Bünyamin Qəmbərli Citypost.az-a açıqlamasında bildirdi ki, bir vaxtlar Ermənistan Rusiyanın bölgəyə gəlişini istəmirdi, Azərbaycan isə bunu qəbul edirdi. Lakin ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın layihə üzrə razılığa gəlməsi Rusiyanı narahat edib. Onun sözlərinə görə, Amerikanın bölgəyə daxil olması Rusiyanın təsir dairəsinin azalması deməkdir və Moskva bunu həzm edə bilmir.B. Qəmbərli vurğulayıb ki, əvvəllər Rusiya layihənin ABŞ iştirakı olmadan səmərəli görünməyəcəyini bildirərək ehtiyatlı...
26 Fevral 2026, 11:42
Ceyhun Bayramovla Fuad Oktay Ermənistanla sülh prosesini müzakirə edib
Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdik.APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
24 Fevral 2026, 13:46