Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Məmmədov sosial mediada məsuliyyətə çağırıb  

Cəmiyyət 27 Fevral 2026, 11:22

209

Nifrət və qarşıdurma dili əvəzinə hörmət və dialoq mühiti formalaşdıraq. Bu platformanı milli-mənəvi dəyərlərimizin təbliği, gənclərimizin maarifləndirilməsi və ölkəmizin inkişafı üçün təsirli vasitəyə çevirək.

Citypost.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkədə paylaşım edərək sosial mediada nifrət və qarşıdurma dilindən uzaq durmağa çağırıb.

Deputat bildirib ki, müasir dövrdə sosial media artıq təkcə ünsiyyət vasitəsi deyil, ictimai rəyin formalaşdığı, fikirlərin toqquşduğu və informasiyanın sürətlə yayıldığı geniş platformadır. Onun sözlərinə görə, bu güc düzgün istiqamətləndirilmədikdə cəmiyyət üçün zərərli nəticələr yarada bilər.

Ceyhun Məmmədov vurğulayıb ki, sosial şəbəkələr özünü göstərmək və ya süni gündəm yaratmaq üçün deyil, maarifləndirmə, milli-mənəvi dəyərlərin qorunması və sağlam müzakirə mühitinin formalaşdırılması üçün istifadə olunmalıdır. O qeyd edib ki, bəzən sosial mediada məsuliyyətsiz paylaşımlar, yoxlanılmamış məlumatlar və aqressiv ifadələr yayılır ki, bu da informasiya təhlükəsizliyinə və mənəvi mühitə mənfi təsir göstərir.

Deputat xüsusilə gənclərə müraciət edərək sosial medianı inkişaf vasitəsinə çevirməyi tövsiyə edib. O, gəncləri bilik paylaşmağa, faydalı təşəbbüsləri dəstəkləməyə, məlumatları yayarkən mənbələri araşdırmağa və emosional reaksiyalardan çəkinməyə çağırıb.

Millət vəkili sonda qeyd edib ki, rəqəmsal məkan da vətəndaş məsuliyyəti tələb edir və sosial medianın istiqamətini müəyyən edən istifadəçilərin özüdür. O, cəmiyyəti hörmət və dialoq mühitinin formalaşdırılmasına, milli birliyin və dəyərlərin qorunmasına töhfə verməyə dəvət edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zakir Fərəcov sakinlərlə görüşüb 

Fevralın 27-də Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə növbəti səyyar qəbul-görüş təşkil olunub. Qəbul Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 8-ci mikrorayon ərazisində keçirilib.İcra Hakimiyyətindən Citypost.az-a verilən xəbərə görə, səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların gündəlik həyatlarını narahat edən məsələlər, sosial-məişət problemləri, abadlıq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilib.Qəbul prosesində qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun...

27 Fevral 2026, 12:45

Aqil Abbas: Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir 

Ramiz Mehdiyevin evindən tapılan qanunsuz pullar 10 tammetrajlı film deməkdir.APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.Deputat bildirib ki, Türkiyə bu gün dünyanı filmləri ilə Osmanlıdan daha çox tutub: "Bu gün ölkədə futbola sponsorluq edirlər, amma kino çəkilməsinə etmirlər. Rusiyada nazirliklər daha çox filmlər çəkdirir, nazirliklər bir-biriylə yarışır. Niyə bizdə yalnız Mədəniyyət Nazirliyinin pulu ilə film çəkilsin? Niyə sponsorlar yoxdur?! Bizim də tarixi şəxsiyyətlərimiz var. Niyə Şah İsmayıl Xətai haqqında, Qacarlar haqqında film çəkilməyib? Babək çəkilib, çox gözəl. Koroğlu bizim üçün tarixi şəxsiyyət deyil. Ramiz Mehdiyevin evindən 17 milyon qanunsuz pul tapıldı, bu...

27 Fevral 2026, 12:01

Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib.APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan külək şəhərin Heydər Əliyev prospektində, M.Abbaszadə küçəsində, Totanlı dairəsi, 3-cü və 4-cü mikrorayonlar ərazilərində iri gövdəli ağacları aşırıb. Həmçnin şəhərin Füzuli və Nəriman Nərimanov parklarında ağaclar qırılıb.Bundan başqa, iri gövdəli ağacların biri aşaraq şəhər ərazində mağazanın üzərinə düşüb. Bəzi ərazilədə isə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Qeyd edək ki, hazırda qərb bölgəsində güclü külək müşahidə olunur....

27 Fevral 2026, 12:00

60 yaşdan yuxarı şəxslər üçün vacib tibbi müayinələr  

Mütəxəssislər bildirirlər ki, 60 yaşdan sonra sağlam və aktiv qalmaq tam mümkündür. Citypost.az xəbər verir ki, bunun üçün əsas şərt profilaktik tibbi müayinələri vaxtında etdirmək və risk faktorlarını nəzarətdə saxlamaqdır. Yaş artdıqca bəzi xəstəliklərin riski yüksəldiyi üçün mütəmadi yoxlanışlar xüsusi əhəmiyyət daşıyır.Qan təzyiqi hər il ölçülməlidir. Yüksək təzyiq ürək, beyin, böyrək və damarlar üçün ciddi təhlükə yaradır.Çəkiyə nəzarət vacibdir. Yaşlandıqca əzələ kütləsi azalır, maddələr mübadiləsi zəifləyir və piylənmə riski artır.Yoğun bağırsaq xərçəngi skrininqi 45–75 yaş aralığında tövsiyə olunur. Müayinə üsuluna həkimlə məsləhətləşərək qərar verilməlidir.Prostat xərçəngi skrininqi ilə bağlı 55–69 yaş arası kişilər fərdi qaydada qərar verməlidirlər. 70 yaşdan sonra isə...

27 Fevral 2026, 11:47

Fevralın bütün sosial ödənişləri yekunlaşdırılıb 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.Bu barədə Citypost.az Nazirlikdən məlumat verilib.Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.Bundan əvvəl fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib....

27 Fevral 2026, 11:39

Daxili Qoşunlar kursant qəbulu elan edir 

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutu 2026-2027-ci tədris ili üçün "İctimai təhlükəsizlik və idarəetmə" ixtisasına kursant qəbulu elan edir.Bu barədə Citypost.az DİN-dən məlumat verilib.Bildirilib ki, namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı keçməyən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.Sınaq və müvafiq yoxlamalardan uğurla keçən namizədlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.İmtahanlar test üsulu ilə 3-cü ixtisas qrupuna aid fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.Kursantlar dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Tədris Azərbaycan dilində aparılır, müddət 4...

27 Fevral 2026, 11:36