Bizə yazın

Baku

-°C

USD

-

Ötən həftə yanğına zamanı 8 nəfər həyatını itirib

Cəmiyyət 02 Mart 2026, 09:59

240

Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr zamanı 8 nəfər həyatını itirib.

Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ötən həftənin xronikasına dair məlumatında qeyd olunub.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 239 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, hadisələr zamanı 8 nəfər həyatını itirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkar olunub 

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.Fevralın 28-də və martın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 18 tüfəng, 4 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

02 Mart 2026, 11:08

Vüqar Qurbanovla iş birliyində olmuş baş həkim kimdir ?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı derektoru Vüqar Qurbanovla bağlı senssasion iddialar bitmək bilmir. Demokrat.az-ın yaydığı xəbərə görə V.Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrlərdə ABŞ-da yaşayan Azərbaycanlı jurnalistlə əməkdaşlıq edib. Belə ki, o, Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən yazıların hazırlanması ilə bağlı sifariş vermiş. Bundan sonra isə sözügedən jurnalist tərəfindən Nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq tənqidi paylaşımlar edilib. Demokrat.az-ın yazdığına görə sözügedən jurnalistin kimliyi bəlli olsa da, dəqiqləşdirilmə aparıldıqdan sonra onun adı oxuculara çatdırılacaq. Citypost.az-a daxil olan xəbər də isə bildirilir ki, V.Qurbanov həmin jurnalistlə rayonlardan birinin Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsini hazırda daşıyan dostlarından birinin...

02 Mart 2026, 11:05

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub 

Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.Citypost.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar müxtəlif şəhər və rayonlara göndəriləcək.Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlət başçısına məlumat veriblər.Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından - Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə...

02 Mart 2026, 10:40

Biləcəridə işıq olmayacaq 

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....

02 Mart 2026, 10:38

Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı dayandırılıb 

Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı şəkildə dayandırılıb."Report" xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, Türkiyə-İran sərhədində yerləşən Ağrı–Gürbulak, Van–Kapıköy və Hakkari–Esendere sərhəd buraxılış məntəqələrində hər hansısa bir fövqəladə vəziyyət mövcud deyil. Hər üç gömrük buraxılış məntəqəsi üzrə İran tərəfi ilə ticarət yüklərinin keçidi nəzarətli şəkildə davam edir.Həmçinin, vurğulanıb ki, sözügedən məntəqələrdə gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb: "İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkələrinə qayıtmasına icazə verir. Türkiyə isə öz vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəyə girişinə icazə verməkdədir".Qeyd edək ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir....

02 Mart 2026, 09:58

Həccə qeydiyyat başa çatır 

Həcc ziyarəti üzrə kvotanın 83 faizdən çoxu tamamlanıb.Citypost.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.O bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.(Trend.az)...

02 Mart 2026, 09:56