Biləcəridə işıq olmayacaq
Cəmiyyət 02 Mart 2026, 10:38
257
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Həmçinin oxuyun
Güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azad edilmiş ərazilərdə ötən ay 1621 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib....
02 Mart 2026, 12:08
DİN motosiklet sürücülərinə müraciət ETDİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped və motosiklet sürücülərinə müraciət edib.Citypost.az-a NİİM-ə istinadən xəbər verir ki, müraciətdə ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsinin ölüm və ya xəsarətlə nəticələndiyi deyilir: "Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti...
02 Mart 2026, 11:52
İran səfiri Azərbaycana təşəkkür etdi
Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik.Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir.Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir.Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verdiyini və İrana göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb: "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Telefon...
02 Mart 2026, 11:51
Şəhər sakinləri evdə tərəvəz yetişdirməyə maraq göstərir
Son illərdə şəhər sakinləri evdə və balkonlarda tərəvəz və göyərti yetişdirməyə böyük maraq göstərirlər. Bağçılıq sadəcə hobbiyə çevrilməyib, həm də sağlam qida mədəniyyətini təşviq edən yeni trendə çevrilib.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirir ki, ev şəraitində pomidor, xiyar, bibər, ispanaq və müxtəlif göyərtilər rahatlıqla yetişdirilə bilər. Balconlarda və günəşli pəncərə yanlarında əkilən tərəvəzlər həm qida təhlükəsizliyi baxımından üstünlük təşkil edir, həm də evin ekoloji mühitini yaxşılaşdırır.Bağçılıq həmçinin stressin azalmasına, ruh halının yaxşılaşmasına və ailəvi fəaliyyətlər üçün yeni imkanlar yaratmasına kömək edir. Evdə yetişdirilən tərəvəzlərdən istifadə həm sağlam qidalanmanı təşviq edir, həm də pestisid və kimyəvi maddələrdən uzaq məhsul istehlakına şərait...
02 Mart 2026, 11:48
Bakı-Şamaxı-Yevlax yolu buz bağlayıb
Bakı–Şamaxı–Yevlax yolunun bəzi hissələri buz bağlayıb.Citypost.az xəbər verir ki, Gecə saatlarında yağan qar və temperaturun dəyişməsi magistral yolda fəsadlar yaradıb. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Buzlasma daha çox Qobustan rayonu ərazisindən keçən hissədə müşahidə olunur.Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi təyinatlı texnikaları əraziyə cəlb edilib. Yolun təhlükəli sayılan döngəli və enişli-yoxuşlu hissələrinə duz-qum qarışığı səpilib.Sürüşmə səbəbindən yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.Hazırda magistralın Qobustan, Şamaxı və Ağsu dolaylarından keçən hissələrində, həmçinin Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində...
02 Mart 2026, 11:34
Misir Mərdanov professor Yaqub Şərifovdan YAZDI
Sabiq təhsil naziri və Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin kafedra müdiri Misir Mərdanov sosial şəbəkədə paylaşdığı statusda fizika-riyaziyyat elmləri doktoru, professor Yaqub Şərifov-un martın 1-dəki doğum gününü təbrik edərək ona sağlam ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.Məlumat üçün bildirə ki, Yaqub Şərifov 1 mart 1958-ci ildə Qubadlı rayonunun Başarat kəndində anadan olub. Qeyri-lokal şərtli diferensial tənliklər və optimal idarəetmə sahəsində tanınmış alim olan Şərifov 1975-ci ildə ADU-nun “Mexanika-Riyaziyyat” fakültəsinə daxil olub və 1980-ci ildə fərqlənmə diplomu ilə məzun olub.1980-1984-cü illərdə AEA Kibernetika İnstitutunun aspiranturasında təhsil almış, 1990-cı ildə namizədlik, 2015-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1980-ci ildən etibarən müxtəlif...
02 Mart 2026, 11:27