Azər Həsrət: “Xameneinin ölümünə yas tutmaq doğru deyil”
Siyasət 02 Mart 2026, 10:29
392
Yaxın regionda baş verən siyasi proseslər hər zaman Azərbaycan cəmiyyətində diqqətlə izlənilir və müzakirə olunur. Xüsusilə qonşu ölkələrdəki hakimiyyət dəyişiklikləri və ya siyasi sarsıntılar ictimai rəydə müxtəlif yanaşmaların formalaşmasına səbəb olur.
Siyasi şərhçi Azər Həsrət Citypost.az-a açıqlamasında İranda baş verən son hadisələrə münasibət bildirib.
O qeyd edib ki, qonşu ölkədə baş verən proseslər Azərbaycan üçün də həssas məsələdir:“İranda baş verən prosesləri biz də həyəcanla izləyirik. Çünki qonşuda yanğın varsa, bu, bizə də təsirsiz ötüşə bilməz. Azərbaycan cəmiyyətində bu məsələyə münasibətdə ikili yanaşma müşahidə olunur. Ümumi mənzərə ondan ibarətdir ki, Azərbaycan xalqı bütövlükdə İranda rejimin dəyişməsinin və münasibətlərin normallaşmasının tərəfdarıdır. Az sayda bir qrup isə mövcud status-kvonun davam etməsində maraqlıdır”.
Azər Həsrət bildirib ki, İranda Ali dini lider olmuş Əli Xameneinin öldürülməsindən sonra Azərbaycanda müxtəlif reaksiyalar müşahidə olunur:“Az sayda insanlar emosional reaksiyalar verir, lakin əksəriyyət məsələyə təmkinlə yanaşır. Biz heç vaxt kiminsə öldürülməsini doğru hesab etmirik. Ancaq onu da unutmamalıyıq ki, Xameneinin ölümünə səbəb yalnız ABŞ və ya İsrailin hücumu deyil. O, 30 ildən artıq müddətdə hakimiyyətdə olub və bu dövrdə baş verən hadisələrə görə məsuliyyət daşıyır”.
Şərhçi son illərdə İranda baş verən etirazlara da toxunaraq bildirib ki, müxtəlif mənbələrdə etirazlar zamanı on minlərlə insanın həyatını itirdiyi iddia olunur və bu proseslərin siyasi məsuliyyəti ölkə rəhbərliyinin üzərinə düşür.
Azər Həsrət vurğulayıb ki, Azərbaycan hər zaman İranla normal qonşuluq münasibətlərinin tərəfdarı olub:“Azərbaycan bütün bu illər ərzində İranla sağlam münasibətlər qurmağa çalışıb. Lakin biz əks mövqe və düşmən münasibəti müşahidə etmişik. Xameneinin rəhbərliyi dövründə İranın işğalçı Ermənistana dəstək verdiyini də görmüşük. Bu səbəbdən onun ölümünə görə kədərlənə bilmirik. Kədərlənənləri isə başa düşmək çətindir”.
Siyasi şərhçi hesab edir ki, hər bir halda Azərbaycan cəmiyyətində sabitlik və təmkin qorunmalıdır:“Xarici bir ölkənin rəhbərinin ölümü ilə bağlı Azərbaycan daxilində nifaq salınmasına yol verməməliyik. Cəmiyyətdə qarşıdurma yaratmaq düzgün deyil. Əsas məsələ ölkə daxilində sabitliyin qorunmasıdır”.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nadir Azəri: Yeganə çıxış yolu siyasi dialoq və mərhələli islahatlardır
“Ötən həftənin sonlarına doğru, daha dəqiq desək, fevralın 28-də İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilən hava zərbələri regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdi. Bombardımanların əsas nəticəsi ondan ibarətdir ki, İranın hərbi elitasına ciddi zərbələr endirilib, komanda strukturlarında böyük boşluq yaranıb və ölkənin ali dini rəhbəri də məhv edilib. Belə bir şəraitdə əsas sual budur: bundan sonra İranı nə gözləyir? Hesab edirəm ki, mövcud vəziyyətdə İran üçün yeganə rasional yol vaxt itirmədən islahatlara başlamaq, ilkin mərhələdə xalqın dəstəkləyəcəyi keçid hökumətinin formalaşdırılması, daha sonra isə demokratik seçkilər yolu ilə yeni idarəetmə modelinin qurulmasıdır”. Bunu Citypost.az-a “Orta Asiya və Güney...
02 Mart 2026, 09:48
Pərvanə Vəliyeva: Ədalət və sülhün bərpası vacibdir
Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələrin ağır nəticələri hələ də minlərlə ailənin taleyində, dağıdılmış torpaqlarda və itirilmiş insan həyatlarında öz izini saxlayır.Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a bildirib ki, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan üç mühüm məsələni diqqətə çatdırıb.Birinci məsələ münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasıdır. Hazırda 4.000-ə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur, onlardan 150 nəfəri Xocalı sakini idi. Deputat qeyd edib ki, bu rəqəmlər hər bir ailənin yarımçıq taleyini və çəkilən iztirabı əks etdirir. Ötən il itkin düşmüş şəxslərin ailələri ilk dəfə BMT-də görüşlər və aksiyalar keçirərək...
27 Fevral 2026, 13:34
Elxan Şahinoğlu: Ermənistan Rusiyadan asılılığını azaltmaq yolundadır
Ermənistanın xarici siyasətindəki son addımlar ölkənin Rusiyadan hərbi və iqtisadi asılılığını azaltmaq niyyətində olduğunu göstərir. Politoloq Elxan Şahinoğlu Citypost.az-a açıqlamasında bildirib ki, Ermənistan hökuməti qərblə münasibətləri genişləndirmə istiqamətində hərəkət edir.E.Şahinoğlunun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan və hökuməti ölkələrin Rusiyadan asılılığını azaltmaq üçün konkret addımlar atır. Daha əvvəl İrəvan yaxınlığındakı Zubart-Norç hava limanından rus hərbçilər çıxarılıb. Hazırda Türkiyə sərhədindən də rus hərbçilərin çıxarılması başa çatır, İran sərhədindən isə bu prosesin yaxın zamanda reallaşacağı gözlənilir. Politoloq hesab edir ki, yeganə qalacaq baza Rusiyanın Ermənistanda hərbi mövqeyi olacaq.Elxan Şahinoğlu əlavə edib ki, yay seçkilərindən sonra əgər Nikol Paşinyan yenidən hakimiyyətə gələrsə,...
27 Fevral 2026, 13:28
Vitse-spiker Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib
Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.APA xəbər verir ki, Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib....
27 Fevral 2026, 13:24
Vüqar Rəhimzadə: Azərbaycan müstəqil siyasət həyata keçirən qüdrətli dövlətdir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu, qlobal proseslərə təsir imkanları artan, müstəqil siyasət həyata keçirən qüdrətli dövlətdir. Azərbaycan regionda yeni reallıqlar yaradaraq beynəlxalq siyasətdə aktiv rol oynayan aktordur.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib: Azərbaycan beş ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə ölkəmizin imkanlarını, ədalətin və beynəlxalq hüququn kimin tərəfində olduğunu göstərdi. 30 illik ikili standartlara əsaslanan dünya siyasətinin nəticəsi olaraq, ədalət və beynəlxalq hüquq bərpa olundu və bu Azərbaycan tərəfindən təmin edildi. 44 gün ərzində 30 illik işğala son qoymaq, hər...
27 Fevral 2026, 13:13
Dilçilik İnstitutunun direktoru absurd cərimələndi – Fazil Mustafa narazıdır
Rusiyanın Ukraynadan nə istədiyini çoxdan başa düşmüşük. ABŞ-ın da niyə İranın yaxasından yapışmasını az-çox anlamağa çalşırıq. Televiziyalarla bağlı aparılan müzakirələrin, sosial şəbəkədə söyüş və təhqirə görə məsuliyyətin sərtləşdirilməsinin mahiyyətini də anlayırıq. Anlamadığımız və heyrətlə qarşıladığımız bəlkə də bir çoxlarına əhəmiyyətsiz görünən bir məsələ var. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru inzibati məsuliyyətə cəlb edilib. Həm də nəyə görə? Deməli, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dilçilik İnstitutunun direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması) maddəsi cərimə protokolu tərtib olunub.Direktorun cərimələnməsinə səbəb isə işçilər arasında...
26 Fevral 2026, 12:54