Millət vəkili: Uşaqların rəqəmsal təhlükəsizliyi artıq zərurətə çevrilib
Cəmiyyət 02 Mart 2026, 09:20
253
Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı açıqlama verib. Deputat bildirib ki, son dövrlər rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrilib və sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də düşüncələrin, təsirlərin və dəyərlərin formalaşdığı platformadır.
Citypost.az xəbər verir ki, deputatın sözlərinə görə, uşaqların və yeniyetmələrin erkən yaşda internet mühitinə daxil olması məsələyə daha ciddi yanaşmanı tələb edir. Deputat vurğulayıb: “Uşaqların rəqəmsal təhlükəsizliyi artıq seçim deyil, zərurətdir. İnternet həm imkanlar yaradır, həm də risklər daşıyır. Bir tərəfdən uşaqlar informasiya əldə edir, bacarıqlarını inkişaf etdirir, digər tərəfdən isə zərərli məzmun, psixoloji təzyiq və manipulyativ təsirlərlə qarşılaşa bilirlər. Bu reallığı görməzdən gəlmək olmaz.”
C. Məmmədov qeyd edib ki, dünyanın bir çox ölkəsi bu istiqamətdə artıq konkret addımlar atıb: yaş məhdudiyyətləri tətbiq olunur, məlumatların qorunması gücləndirilir, valideyn nəzarət alətləri və platformaların məsuliyyəti artırılır. Deputatın sözlərinə görə, Azərbaycanın da bu prosesə qoşulması və sistemli yanaşma sərgiləməsi təqdirəlayiqdir.
Deputat əsas məqsədin uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq yox, onları təhlükəsiz və məsuliyyətli davranışa hazırlamaq olduğunu bildirib. Bu baxımdan təhsil proqramlarında rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının yer almasının vacibliyi vurğulanıb. Məktəblərdə mobil telefon istifadəsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi balans tələb edən məsələ kimi qiymətləndirilib.
Həmçinin oxuyun
Valideynlərin roluna da diqqət çəkən deputat bildirib ki, uşağın əlindən telefonu almaq asandır, amma onunla danışmaq, izah etmək və doğru istiqamət göstərmək daha vacibdir. Rəqəmsal mühitdə sağlam davranışın ailədən başladığı vurğulanıb.
Sonda C. Məmmədov “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” İlham Əliyev tərəfindən imzalanmış Sərəncamın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Deputatın sözlərinə görə, bu sahədə atılan addımlar gələcək nəsillərin daha sağlam, düşüncəli və məsuliyyətli formalaşmasına xidmət edəcək.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xameneinin olduğu yer necə tapılıb?
İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq.Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.“Onun bizim kəşfiyyat və...
02 Mart 2026, 12:31
Elnur İbrahimov rəhbər təyin olundu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.APA-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnur Abbas oğlu İbrahimov filiala rəhbər təyin olunub.Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
02 Mart 2026, 12:18
Azad edilmiş ərazilərdə ötən ay 1621 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib....
02 Mart 2026, 12:08
DİN motosiklet sürücülərinə müraciət ETDİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped və motosiklet sürücülərinə müraciət edib.Citypost.az-a NİİM-ə istinadən xəbər verir ki, müraciətdə ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsinin ölüm və ya xəsarətlə nəticələndiyi deyilir: "Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti...
02 Mart 2026, 11:52
İran səfiri Azərbaycana təşəkkür etdi
Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik.Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir.Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir.Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verdiyini və İrana göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb: "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Telefon...
02 Mart 2026, 11:51
Şəhər sakinləri evdə tərəvəz yetişdirməyə maraq göstərir
Son illərdə şəhər sakinləri evdə və balkonlarda tərəvəz və göyərti yetişdirməyə böyük maraq göstərirlər. Bağçılıq sadəcə hobbiyə çevrilməyib, həm də sağlam qida mədəniyyətini təşviq edən yeni trendə çevrilib.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirir ki, ev şəraitində pomidor, xiyar, bibər, ispanaq və müxtəlif göyərtilər rahatlıqla yetişdirilə bilər. Balconlarda və günəşli pəncərə yanlarında əkilən tərəvəzlər həm qida təhlükəsizliyi baxımından üstünlük təşkil edir, həm də evin ekoloji mühitini yaxşılaşdırır.Bağçılıq həmçinin stressin azalmasına, ruh halının yaxşılaşmasına və ailəvi fəaliyyətlər üçün yeni imkanlar yaratmasına kömək edir. Evdə yetişdirilən tərəvəzlərdən istifadə həm sağlam qidalanmanı təşviq edir, həm də pestisid və kimyəvi maddələrdən uzaq məhsul istehlakına şərait...
02 Mart 2026, 11:48