İrandan Azərbaycana 1161 nəfər təxliyə olunub
Cəmiyyət 04 Mart 2026, 10:46
144
Fevralın 28-i saat 08:00-dan martın 4-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edilib.
Citypost.az xəbər verir ki, təxliyə olunanların 224-ü Azərbaycan vətəndaşıdır.
Həmçinin oxuyun
Bundan başqa, 361 Çin, 246 Rusiya, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran, 4 İordaniya, 4 İsveçrə, 4 Nigeriya, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Meksika, 3 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Myanma, Maldiv adaları, Cənubi Afrika və Britaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim edib.Citypost.az-a Konfederasiyadan verilən məlumata görə,tədbirdə Konfederasiyanın, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil almasına və cəmiyyətin fəal üzvünə...
04 Mart 2026, 12:15
MEDİA jurnalistləri manipulyativ paylaşımlardan çəkinməyə çağırdı
Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb.Qurumdan Citypost.az-a daxil olan məlumatda bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib:"Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq"....
04 Mart 2026, 11:58
Mikrodalğalı yeməklər sağlamlığınızı təhlükəyə atır
Son araşdırmalar göstərir ki, mikrodalğalı hazır yeməklər yalnız sağlamlığa deyil, həm də ətraf mühitə ciddi risklər yaradır. Plastik qablar içində paketlənmiş hazır yeməklərin istifadəsi zamanı minlərlə kiçik plastik hissəcik və təhlükəli kimyəvi maddələr qidalara keçə bilər. Bu maddələr orqanizmə daxil olduqda, xərçəng, hormonal pozulmalar, metabolik xəstəliklər, ürək-damar problemləri və hətta piylənmə kimi sağlamlıq risklərini artırır.Citypost.az xəbər verir ki, plastik qabların istehsalı və tullantı mərhələsi də ətraf mühitə ziyan vurur. Onların parçalanması nəticəsində yaranan mikro- və nanoplastiklər torpaq, çay və okeanlarda yığılır, heyvanların həyatına mənfi təsir göstərir və qida zəncirinə geri qayıdır.Mütəxəssislər bildirir ki, “mikrodalğaya uyğun” etiketi yalnız qabın struktur möhkəmliyinə...
04 Mart 2026, 11:29
“Rusiyadakı azərbaycanlıların müdafiəsi çətinləşir” – Komitə sədri
Milli Məclisin bugünkü plenar iclasında çıxış edən komitə sədri Fazil Mustafa Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı ölkədəki ciddi problemlərdən birinə diqqət çəkib.Ombudsmanın məruzəsini dəstəkləyən deputat ardınca təəssüflə qeyd edib ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil:“Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Hər 100 nikahın 56-sı pozulur. Bu isə olduqca ciddi sosial problemdir. Boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin...
04 Mart 2026, 11:04
Azər Həsrət: İranın yaydığı görüntülər manipulyasiyadır
Siyasi şərhçi Azər Həsrət sosial şəbəkə hesabında paylaşdığı statusda İran təbliğatçılarını saxta məlumat yaymaqda ittiham edib. O bildirib ki, guya ABŞ və İsrail tərəfindən vurulduğu iddia edilən məktəbdə həlak olmuş qız uşaqlarının cəsədlərinə dair yayılan görüntülər reallığı əks etdirmir.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, ağ örtüyə bükülmüş və uşaq cəsədləri kimi təqdim olunan görüntülərdə ölçü uyğunsuzluğu açıq şəkildə sezilir. Şərhçi qeyd edib ki, örtüyə bükülən şəxslərin ölçüsü uşaqlara deyil, böyük insanlara uyğundur və görüntülərdə “cəsədlərə” əyilən şəxslərlə ölçülərin eyni olması bunu göstərir.Azər Həsrət hesab edir ki, yayılan materiallar ictimai rəyi emosional təsir altına salmaq və manipulyasiya etmək məqsədi daşıyır....
04 Mart 2026, 10:28
Gələn həftə 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq.Həmçinin martın 9-da tədrisi...
04 Mart 2026, 10:27