Bizə yazın

Baku

-°C

USD

-

"Azərbaycan Kredit Bürosu"nun Müşahidə Şurasına yeni sədr seçilib 

Cəmiyyət 17 Aprel 2026, 14:39

285

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir. Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilmişdir.

Citypost.az xəbər verir ki, Heybət Qədirov hazırda "Unibank KB" ASC-nin İdarə Heyətinin Sədri v.m.i.e. vəzifəsində çalışır. O, pərakəndə bankçılıq, biznesin inkişafı və strateji liderlik sahələrində 15 ildən artıq təcrübəyə malikdir. O 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.

Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının Sədri Heybət Qədirov ("Unibank KB" ASC), digər üzvləri isə Zamiq Məmmədov ("Azərbaycan Beynəlxalq Bankı" ASC), Röyam Hüseynzadə (ASC "Xalq" Bankı), Elnur Həsənov ("BankRespublika" ASC), Cavid Mirzəyev ("KapitalBank" ASC), Aydın Hüseynov ("Rabitəbank" ASC) və Seymur Əliyevdir ("ZiraatBank Azərbaycan" ASC).

Xatırladaq ki, AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib 

Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü aprelin 17-də Ağdam şəhərində keçirilib.Nazirlikdən Citypost.az-a bildirilib ki, ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsinə aid təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib....

17 Aprel 2026, 15:48

Binəqədidə yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb 

Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.Məlumata görə, yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il...

17 Aprel 2026, 15:32

XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.“Unian“ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.

17 Aprel 2026, 15:17

Naxçıvanda yük və sərnişin daşınması artıb 

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.

17 Aprel 2026, 15:13

Sabahdan külək güclənəcək - Narıncı XƏBƏRDARLIQ 

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

17 Aprel 2026, 15:11

Zakir Fərəcov vətəndaş qəbulu keçirib 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar görüş təşkil olunub.İH-dən Citypost.az-a verilən xəbərə görə, görüş şəhərin 1-ci mikrorayonunda keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ərazi sakinləri iştirak ediblər.Tədbir zamanı bildirilib ki, səyyar qəbulların keçirilməsi vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması, yerli problemlərin birbaşa yerində öyrənilməsi və onların operativ həllinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərin eyni zamanda vətəndaşlarla açıq dialoqun gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.Qəbul zamanı sakinlər tərəfindən sosial təminat, məşğulluq imkanları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər aktual...

17 Aprel 2026, 15:01