QHT Agentliyi 5 illik fəaliyyətin hesabatını verdi
Cəmiyyət 17 Aprel 2026, 14:23
429
Aprelin 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Citypost.az məlumatına görə, QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin qurumun fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı Fərman QHT sektorunda genişmiqyaslı islahat proqramıdır: “Bu o deməkdir ki, QHT Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır. QHT Agentliyi bu Fərmanla ilk dəfə tənzimləyici orqana çevrilib. Bu inam və etimadı layiqincə doğrultmaq üçün Agentliyin bütün komandası var gücünü səfərbər edəcək”.
Fuad Məmmədov vurğulayıb ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır. Bu Sistem dövlət qurumları arasında QHT-lərin bütün növ maliyyələşdirilməsinə dair koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların bölüşdürülməsinə, prosesin "bir pəncərə" əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, ölçüləbilən, nəticəyönümlü olmasına xidmət edəcək.
QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva qurumun fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb: “Cənab Prezidentin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86%, 2023-cü ildə 88%, 2024-cü ildə 97%, 2025-ci ildə isə 98.5% təşkil edib. 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib. Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir. Bakının 116 ölkədən QHT-lərin təmsil olunduğu Qlobal Cənub QHT Platforması kimi nəhəng təsisatın, 8 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT Platforması kimi regional qurumun daimi mənzil qərargahına çevrilməsi bu prosesdə mühüm rol oynayıb”.
Agentliyin departament müdiri Fuad Rzazadə QHT Agentliyinin müsabiqələrinə ilbəil müraciətlərin yüksəlməsinin qeydə alındığını açıqlayıb: “2024-cü il üzrə müsabiqələrə 779 təşkilat maraq göstərmişdisə, 2025-ci il üzrə bu rəqəm 915, 2026-cı il üzrə 981 olub. Son illər QHT-lərin komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu cəlbedici layihəyə çevirmək, media ilə işləmək vərdişləri güclənir, layihələrdə maliyyə və icra intizamı artır”.
Həmçinin oxuyun
Mətbuat konfransında həmçinin məlumat verilib ki, 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərin Əməkdaşlıq Forumu keçiriləcək.
Toplantıda QHT Agentliyinin tam yeni tərtibatda internet səhifəsi (ngoagency.gov.az) də ictimaiyyətə təqdim olunub. Qurumun informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Bayramlı yenilənmiş səhifənin özəllikləri barədə təqdimatla çıxış edib.
Daha sonra media nümayəndələri “Açıq Qapı” formatında Agentliyin iş fəaliyyəti ilə yerində tanış olub.
QHT Agentliyi 2021-ci il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü aprelin 17-də Ağdam şəhərində keçirilib.Nazirlikdən Citypost.az-a bildirilib ki, ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsinə aid təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib....
17 Aprel 2026, 15:48
Binəqədidə yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb
Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.Məlumata görə, yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il...
17 Aprel 2026, 15:32
XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.“Unian“ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.
17 Aprel 2026, 15:17
Naxçıvanda yük və sərnişin daşınması artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.
17 Aprel 2026, 15:13
Sabahdan külək güclənəcək - Narıncı XƏBƏRDARLIQ
Aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....
17 Aprel 2026, 15:11
Zakir Fərəcov vətəndaş qəbulu keçirib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar görüş təşkil olunub.İH-dən Citypost.az-a verilən xəbərə görə, görüş şəhərin 1-ci mikrorayonunda keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də ərazi sakinləri iştirak ediblər.Tədbir zamanı bildirilib ki, səyyar qəbulların keçirilməsi vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması, yerli problemlərin birbaşa yerində öyrənilməsi və onların operativ həllinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərin eyni zamanda vətəndaşlarla açıq dialoqun gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.Qəbul zamanı sakinlər tərəfindən sosial təminat, məşğulluq imkanları, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər aktual...
17 Aprel 2026, 15:01