Bizə yazın

Baku

-°C

USD

-

Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər aparılacaq 

Cəmiyyət 17 Aprel 2026, 14:42

301

Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün aprelin 20-30-da monitorinqlər keçiriləcək.

Bu barədə Citypost.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası olub 

Aprelin 17-də Şabran rayonunda Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib.Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə şuranın əhatə etdiyi Quba, Qusar, Xızı, Xaçmaz, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının yerli strukturlarının nümayəndələri, həmçinin turizm sektoru ilə əlaqəli dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər.İclas zamanı rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək regional turizm şurasının yaradılmasının ərazinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar.Dövlət Turizm Agentliyi sədrinin müşaviri, regional şuraların sədri Kənan Quluzadə çıxışında şuranın yaradılma məqsədləri və fəaliyyətini tənzimləyən hüquqi çərçivə barədə ətraflı məlumat verib. O...

17 Aprel 2026, 16:00

Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib 

Mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü aprelin 17-də Ağdam şəhərində keçirilib.Nazirlikdən Citypost.az-a bildirilib ki, ötən il istifadəyə verilmiş Ağdam Muğam Mərkəzində təşkil olunan görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak ediblər. Sakinlər məşğulluq, mədəniyyət sahəsinə aid təşəbbüs və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını bildirib.Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib....

17 Aprel 2026, 15:48

Binəqədidə yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb 

Aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.Məlumata görə, yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il...

17 Aprel 2026, 15:32

XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.“Unian“ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.

17 Aprel 2026, 15:17

Naxçıvanda yük və sərnişin daşınması artıb 

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1,7 milyon ton yük, 11,3 milyon nəfər sərnişin daşınıb.Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1,3 %, sərnişin daşınması isə 1,1 % artıb.

17 Aprel 2026, 15:13

Sabahdan külək güclənəcək - Narıncı XƏBƏRDARLIQ 

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək....

17 Aprel 2026, 15:11