Bizə yazın

Baku

-°C

USD

-

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib 

Cəmiyyət 20 Aprel 2026, 11:38

722

Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Citypost.az-a idarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur.

Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib 

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycan-Latviya biznes forumu keçirilib.Citypost.azxəbər verir ki, dövlət başçıları tədbirdə çıxış ediblər.

22 Aprel 2026, 16:30

Azərbaycan İrlandiya ilə enerji tərəfdaşlığını müzakirə edib 

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlığı müzakirə edib.Citypost.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasındakı görüşdə aparılıb.P.Şahbazovun sözlərinə görə, görüşdə mayeləşdirilmiş təbii qaz (LNG), həmçinin bərpa olunan enerji mənbələrinin istehsalı və ötürülməsi sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.Nazir qeyd edib ki, ötən il Azərbaycan İrlandiyanı 532 min ton xam neftlə təchiz edib....

22 Aprel 2026, 16:26

Zahid Oruc: "“Yaşıl enerji”ni qazana bilsək, neft hasilatının azalmasından narahat olmayacağıq” 

Milli Məclisin deputatı Zahid Oruc YAZIR:Əgər son 280 illik milli taleyimizi şərti bir tarixi qrafik üzərində modelləşdirsək, xanlıqlar dövründən quberniya idarəçiliyinə, oradan Azərbaycan Xalq Cümhuriyyəti mərhələsinə, daha sonra sovet sisteminə və nəhayət, müstəqillik  dövrünə qədər uzanan mürəkkəb bir inkişaf trayektoriyası yerüstü hadisələr olsalar da bir yeraltı sərvətlə ayrılmaz vəhdətdə cərəyan edib. Makroskopik baxış bizə mühüm bir həqiqəti açıq şəkildə göstərir: qədim Şərqin ən mühüm və geosiyasi baxımdan həssas nöqtələrindən biri olan Azərbaycan coğrafiyasında neftin kəşfi, onun sənaye üsulu ilə hasilatı və sonrakı qlobal dövriyyəsi xalqımızın tarixi taleyi ilə paralellik təşkil edib.Başqa sözlə desək, “coğrafiya taledir”, fikrindən daha çox, neft milli...

22 Aprel 2026, 16:25

Latviya Prezidenti “Bakı Ağ Şəhər”də

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də “Bakı Ağ Şəhər”də olub.Citypost.az xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Latviya Prezidentinə burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verib.Bildirilib ki, ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib.“Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı...

22 Aprel 2026, 16:19

5 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub 

5 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya olunub.Bu barədə Citypost.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları"nın müvafiq müddəalarına uyğun olaraq 21 aprel 2026-cı il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş nəfər Azərbaycan vətəndaşının Türkiyədən Azərbaycana repatriasiyası həyata keçirilib.İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil...

22 Aprel 2026, 16:00

Çaylarda daşqın gözlənilir - Xəbərdarlıq

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

22 Aprel 2026, 15:53