Bizə yazın

Baku

-°C

USD

-

Gündə 2 litr su içmək hər zaman faydalı deyil — mütəxəssis açıqlaması  

Tibb 22 Aprel 2026, 11:57

345

Mütəxəssislərin fikrincə, gündə 1,5–2 litr su içmək barədə geniş yayılan qayda hər zaman dəqiq və universal norma sayılmamalıdır.

Citypost.az xəbər verir ki, insanın gündəlik maye ehtiyacı təkcə təmiz sudan deyil, ümumi maye qəbulundan formalaşır. Buna içkilər, həmçinin şorba, tərəvəz, meyvə və digər qidaların tərkibində olan maye də daxildir. Bu səbəbdən bir çox hallarda orqanizmin ehtiyac duyduğu maye artıq qida vasitəsilə təmin olunur.Mütəxəssis bildirir ki, suya olan tələbat mövsümə və hava şəraitinə görə dəyişir. İsti havalarda tərləmə artdığı üçün orqanizm daha çox maye tələb edir, soyuq fəsillərdə isə bu ehtiyac azalır və su içməyə məcburiyyət yoxdur.Eyni zamanda qeyd edilir ki, həddindən artıq su qəbulu böyrəklərə və ifrazat sisteminə əlavə yük yarada bilər. Çox su içmək orqanizmdən yalnız zərərli deyil, həm də faydalı mineralların da yuyulmasına səbəb ola bilər ki, bu da tarazlığın pozulması ilə nəticələnir.

Mütəxəssisin fikrincə, əsas prinsip məcburi şəkildə 2 litr su içmək deyil, ümumi maye balansını qorumaqdır. Susuzluq hissi olmadıqda artıq su qəbuluna ehtiyac yoxdur.

Qeyd olunur ki, sənaye istehsalı olan içkilərin isə mümkün qədər az istifadə edilməsi tövsiyə edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Smuzilər və şirələr: sağlamlığa təsirində gözlənilməz fərq müəyyən olunub  

Yeni araşdırmanın nəticələrinə görə, meyvələrin hansı formada qəbul edilməsi sağlamlıq göstəricilərinə birbaşa təsir edir və ən yaxşı nəticələr şirələrdə deyil, smuzilərdə və bütöv meyvələrdə müşahidə olunur.Citypost.az-ın məlumatına görə, tədqiqat çərçivəsində insanlar meyvəni qəbul etmə formasına görə qruplaşdırılıb: şirə, smuzi, bütöv meyvə və minimal meyvə istehlakı.Nəticələr göstərib ki, müntəzəm smuzi qəbul edən şəxslərdə həm fiziki, həm də psixoloji sağlamlıq göstəriciləri daha yaxşı olub, həmçinin hipertoniya, yüksək xolesterin və diabet kimi xroniki xəstəliklərin rastgəlmə halları daha az müşahidə edilib.Bütöv meyvə istehlakçıları ikinci yerdə qərarlaşıb. Şirə qəbul edənlər isə ən zəif sağlamlıq göstəricilərini nümayiş etdiriblər. Bu qrupda xroniki xəstəliklərin daha çox olduğu, ümumi...

22 Aprel 2026, 12:55

Erkən yaşlarda mikroblara məruz qalma immun yaddaşı formalaşdırır  

Uşaqların biomüxtəlifliyi yüksək olan mühitlərdə — fermalarda, ev heyvanları ilə yaşayan ailələrdə və kənd yerlərində böyüməsinin allergiyalara daha az meyilli olması elmi araşdırmalarla təsdiqlənib.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin qənaətinə görə, erkən yaşlarda müxtəlif mikroblar və zülallarla təmas immun sistemin geniş yaddaş formalaşdırmasına kömək edir və gələcəkdə allergik reaksiyaları tətikləyən anticisimlərin yaranmasının qarşısını alan balanslı cavab mexanizmi yaradır.Araşdırmalara əsasən, belə mühitdə formalaşan immun sistem zərərsiz allergenlərə (məsələn, bəzi qidalar, heyvan tükləri və bitki tozcuqları) qarşı həddindən artıq reaksiya vermək əvəzinə daha tənzimlənmiş cavab göstərir.Tədqiqat çərçivəsində aparılan müşahidələr göstərib ki, mikroblarla zəngin mühitdə böyüyən siçanlar laboratoriya şəraitində yetişdirilən siçanlarla müqayisədə allergik reaksiyalara daha...

22 Aprel 2026, 10:56

Qulaqda “Frank xətti” ürək-damar xəstəliyinə işarə ola bilərmi? 

Son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif müzakirələrdə qulaqda görünən müəyyən bir xəttin insan sağlamlığı ilə əlaqəli olub-olmaması barədə suallar tez-tez gündəmə gəlir.Citypost.az-ın məlumatına görə, tibbdə qulaq dibində diaqonal istiqamətdə görünən xətt Frank işarəsi adlandırılır. Bəzi elmi araşdırmalarda bu əlamət ateroskleroz və ürək-damar sistemi problemləri ilə əlaqələndirilib.Həkimlərin izahına görə, bu xətt qulaq dərisindəki mikrosirkulyasiya dəyişiklikləri və kollagen strukturlarının pozulması ilə bağlı ola bilər. Bu isə bəzi hallarda damar divarlarında sərtləşmə və yağ yığılması kimi proseslərin dolayı göstəricisi kimi qiymətləndirilir.Lakin mütəxəssislər xüsusi vurğulayır ki, Frank işarəsi təkbaşına xəstəlik diaqnozu deyil. Yəni bu əlamətin olması mütləq ürək-damar xəstəliyi demək deyil və yalnız risk...

21 Aprel 2026, 16:57

Siqaretin ürək-damar sisteminə təsiri

Siqaret istifadəsinin sağlamlığa təsiri ilə bağlı ən çox müzakirə olunan məqamlardan biri onun ürək-damar sisteminə göstərdiyi zərərdir.Citypost.az xəbər verir ki, həkimlərin qeyd etdiyinə görə, siqaret istifadəsi ilk çəkilişdən etibarən orqanizmdə kəskin fizioloji dəyişikliklər yaradır. İlk siqaret ürək döyüntülərinin artmasına, sinir sisteminin stimullaşmasına və damarların daralmasına səbəb ola bilər.İkinci və növbəti siqaretlər isə daha ciddi təsir göstərərək damar divarlarında spazm yaradır, bu da qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Uzunmüddətli istifadə nəticəsində damarların elastikliyi azalır və ürək-damar sistemi daha çox yüklənir.Mütəxəssislər bildirirlər ki, siqaret yalnız ağciyər xərçəngi deyil, həm də ürək xəstəlikləri və ateroskleroz riskini artırır. Bu proses damar divarlarının qalınlaşması, xolesterin...

21 Aprel 2026, 13:15

Vitamin D yüksək doza qəbul ediləndə böyrəkdaşı yarada bilərmi?

Mütəxəssislərin sözlərinə görə, dinləyicilər tərəfindən tez-tez verilən suallardan biri yüksək dozada Vitamin D qəbulunun böyrəkdaşı riskini artırıb-artırmaması ilə bağlıdır.Citypost.az xəbər verir ki, Həkimlər bildirirlər ki, bu suala birmənalı “hə” və ya “yox” cavabı vermək olmur. Çünki nəticə bir neçə faktordan asılıdır: doza, qəbul müddəti və orqanizmin fərdi metabolizmi.Vitamin D orqanizmdə kalsiumun sorulmasını artırır. Bu proses sümüklər üçün vacib olsa da, nəzarətsiz və yüksək dozada qəbul edildikdə qanda kalsium səviyyəsinin artmasına və bəzi hallarda böyrəkdə daş əmələ gəlməsi riskinin yüksəlməsinə səbəb ola bilər. Bu vəziyyət böyrəkdaşı xəstəliyi ilə əlaqələndirilir.Mütəxəssislər həmçinin qeyd edir ki, vitamin D-nin düzgün təsiri üçün orqanizmdə K vitamini...

21 Aprel 2026, 12:53

Sümüklər niyə azalır? Bədənimizin gizli mühəndislik sirri  

İnsan bədənində sümüklərin sayı niyə dəyişir və bu proses necə baş verir?Alimlər bildirirlər ki, yeni doğulan körpələr təxminən 300 sümük ilə dünyaya gəlir. Lakin böyümə dövründə bu sümüklərin bir hissəsi bir-biri ilə birləşərək daha möhkəm və dayanıqlı quruluş yaradır və nəticədə yetkin insanda orta hesabla 206 sümük qalır. Bu dəyişiklik sümüklərin yox olması deyil, onların “birləşərək güclənməsi” prosesi kimi izah edilir.Mütəxəssislərin sözlərinə görə, bu xüsusilə kəllə sümüyündə aydın görünür. Körpəlikdə ayrı-ayrı yumşaq hissələrdən ibarət olan kəllə, zamanla birləşərək beynin qorunmasını təmin edən möhkəm bir struktur formalaşdırır.Skelet sistemi yalnız dayaq funksiyası daşımır. O, həm də həyati orqanları qoruyur və sümük iliyində...

20 Aprel 2026, 15:44