Zahid Oruc: "Prezident torpaqlarımızın azadlığında olduğu kimi, inşaat ordusunun da Ali Baş Komandanıdır”
Cəmiyyət 22 Aprel 2026, 12:50
501
Hesablama Palatasının 2025-ci il üzrə Fəaliyyət Hesabatı yüksək peşəkarlıqla hazırlanıb və dövlət maliyyə idarəetməsinin əsas istiqamətlərinin təhlilini əhatə edən mühüm sənəddir. Ali maliyyə nəzarəti orqanı olan Palatanın fəaliyyəti yalnız dövlət büdcə vəsaitlərinin deyil, həmçinin icmal və qeyri-büdcə fondları ilə işləyən qurumların vəsaitlərdən səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təkmilləşdirilməsinə xidmət edir.
CityPost.az xəbər verir ki,bu sözləri millət vəkili Zahid Oruc bildirib.
Hesabata əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib. Göründüyü kimi, illik büdcənin altıda biri-lakin daha strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları göstərir ki, problem tədricən növbəti illərə ötürülür.
Deməli, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir.
Prezident İlham Əliyevin qlobal siyasətdə ölkəmizin iqtisadi mənafelərini peşəkarlıqla qoruması və makrosabitliyi təmin etməsi, əlverişli investisya mühiti və qarşılıqlı faydalı xarici əlaqələr yaratması fonunda müvafiq nazirliklərin dövlət dəstəyi ilə milli istehsalı genişləndirmək və əhalinin regionlarda iş yerləri ilə təminatını yaxşılaşdırmaq məramı ilə açdıqları bəzi sənaye müəssisələrinin sonrakı taleyi diqqət çəkir. Şamaxıda fəaliyyətə başlayan “Star LTD” zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biri idi. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən “Kür” kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr-Gəncə və Naxçıvan Avtomobil Zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkaredilməzdir. Hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonrakı idarə edilməsindədir.
Lakin Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir. Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq.
Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır. Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastuktur hadisəsi deyil, Yeni Vətən quruculuğudur, miqyasca ölkəmizin beşdə biri olsa da, bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı coğrafiyanın mənfidən-yerin altından başlayaraq, qəhrəmanlıqla tikilməsidir.
Həmçinin oxuyun
Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib. Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir.
Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin-bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müqaviqdir?
Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır.
Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur.
Azad torpaqlarda bəzən düzgün planlaşdırılmama digər bölgələrlə müqayisədə daha böyük mənəvi məsuliyyət deməkdir. Çünki yeni Qarabağın inşası isadəcə iqtisadi deyil, bütöv millət və dövlət quruculuğunun müqəddəs simvoludur.
Prezident torpaqlarımızın azadlığında olduğu kimi, inşaat ordusunun da Ali Baş Komandanıdır, Zəfərimizin təminatçısı və qoruyucusudur.
İnanırıq ki, Palatanın hesabatına Hökumətin fəaliyyətinin mühüm indikatoru kimi xüsusi diqqətlə yanaşılacaq və nəzərə alınacaqdır.
Biz Hesablama Palatasının ötən ilki fəaliyyətini yüksək qiymətləndirir və hesabata müsbət səs verəcəyik.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Anar Quliyev səfir Lu Mey arasında görüş oldu
Azərbaycan və Çin arasında dayanıqlı şəhərsalma üzrə əməkdaşlıq müzakirə olunub.Bu barədə Citypost.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.Məlumata əsasən, bununla bağlı müzakirələr Komitənin sədri Anar Quliyev ilə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşdə aparılıb.Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.Müzakirələrin əsas mövzularından biri Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) olub.Anar Quliyev qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran ən mühüm qlobal platformalardan biridir. Bu mənada Çin tərəfinin Forumda...
22 Aprel 2026, 14:30
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə alınıb. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə 16 zəlzələ qeydə alınıb.
22 Aprel 2026, 14:20
Palata Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı
Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-də dövlət satınalmaları üzrə audit aparıb.Citypost.az xəbər verir ki, audit 2023–2025-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satınalma keçirilib, 99,9 mln. manatlıq müqavilə bağlanılıb və bunun 64,8%-i icra olunub.Audit nəticəsində satınalma prosesində nəzarət və hesabatlılıq sahəsində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib.Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satınalma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərlə alınıb.Bundan əlavə, bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanıb, nəticədə öhdəliklərin...
22 Aprel 2026, 13:55
Sabah 25 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...
22 Aprel 2026, 12:39
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib."Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
22 Aprel 2026, 12:35
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu cüzi üstələyib
Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 42,3 %-ni təşkil etməklə 4 milyard 64,9 milyon manat olub ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və yaxud 0,3 % çoxdur.CityPost.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 %-ni və yaxud 854,9 milyon manatı vergi daxilolmaları, 79 %-ni və yaxud 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 %-i və yaxud 417,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər...
22 Aprel 2026, 12:31