Kənan Rövşənoğlu: Tramp yenə birjaları manipulyasiya edir.
Siyasət 20 Aprel 2026, 11:40
750
Jurnalist Kənan Rövşənoğlu ABŞ və İran ətrafında baş verən son geosiyasi və iqtisadi proseslərlə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, ABŞ prezidenti Donald Trump birja və enerji bazarlarına təsir edən qərarları ilə diqqət çəkir. Onun sözlərinə görə, Pakistanda danışıqlara hazırlıq getdiyi bir vaxtda ABŞ donanmasının İran gəmisini saxlaması neft bazarında qiymətlərin kəskin artmasına səbəb olub.Bu hadisə nəticəsində neftin qiymətində 6 dollarlıq artım qeydə alınıb və bu, qlobal enerji bazarında ciddi dalğalanma yaradıb.
Kənan Rövşənoğlu iddia edib ki, baş verən proseslər ABŞ-ın bazarlara təsir imkanlarını nümayiş etdirir və bu cür gərginliklər fonunda bəzi oyunçuların iqtisadi qazanc əldə etməsi ehtimalı da istisna olunmur.O, həmçinin İranın Hörmüz boğazı ilə bağlı yeni qaydalar müəyyən etməsinə də diqqət çəkib və bildirib ki, bölgədə gərginlik artdıqca enerji daşımaları ilə bağlı risklər də yüksəlir.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: Müharibə ritorikasının davamı ən pis ssenaridir
ABŞ və İran arasında atəşkəsin davam etdirilməsi ilə bağlı hələlik yekun razılıq əldə olunmayıb. Tərəflər arasında gərginlik və sərt ritorika isə davam edir.Citypost.az xəbər verir ki, məsələ ilə bağlı yazan professor Qulu Məhərrəmli bildirib ki, Tehranı hədələyən Donald Trampın mövqeyi daha sərt görünür.O qeyd edib ki, müharibə ritorikasının davam etməsi ən təhlükəli ssenaridir və bölgədə sabitlik üçün ciddi risklər yaradır.Əli
22 Aprel 2026, 10:10
Vüsal Məmmədov: Trampın bəyanatlarına etimad qalmayıb
Jurnalist Vüsal Məmmədov ABŞ siyasəti ilə bağlı sərt açıqlama yazıbCitypost.az xəbər verir ki, jurnalist bildirib ki, son hadisələr Donald Trampın bəyanatlarının etibarlılığına ciddi şübhələr yaradıb. Onun sözlərinə görə, Trampın ilk baxışdan ciddi görünən sərt və kəskin açıqlamaları belə qısa müddət sonra dəyişə bilir.V.Məmmədov qeyd edib ki, əgər bu cür dəyişikliklər bir-iki dəfə baş versəydi, bunu “flexibility” kimi izah etmək olardı. Lakin onun fikrincə, Trampın tez-tez bir-birinə zidd açıqlamalar verməsi artıq fərqli yanaşma kimi deyil, etibarsızlıq kimi qiymətləndirilməlidir.Jurnalist əlavə edib ki, Tramp bütün məsələlərə birja prinsipi ilə yanaşır, bəyanatları ilə gündəmi dəyişir və daha sonra mövqeyini rahatlıqla dəyişir. Onun sözlərinə görə,...
22 Aprel 2026, 10:09
Elxan Şükürlü: İsrail İran-Azərbaycan yaxınlaşmasının qarşısını almağa çalışır
İsrail Azərbaycandan əl çəkmək istəmir: baxmayaraq ki, Azərbaycan və İran rəhbərliyi son 40 gün ərzində qarşılıqlı şəkildə münasibətləri yumşaltmaq və yaxşılaşdırmaq istiqamətində ardıcıl addımlar atır, bir-birlərinə təhlükə yaratmayacaqlarını açıq şəkildə bəyan edirlər, ancaq İsrail və ölkəmizdəki şəbəkəsi dayanmadan hər vasitəylə İran-Azərbaycan münasibətlərini gərgin atmosferdə saxlamağa, yaxınlaşma meyllərinin qarşısını almağa və cəmiyyətimizdə getdikcə formalaşan yeni ictimai rəyi müxtəlif dezinformasiyalarla dağıtmağa çalışır!Bu gün İsrailin kəşfiyyat qurumlarının ənənəvi Qərb mediasında kütləvi şəkildə tirajlanan məlum bəyanatı (İranın Bakı-Ceyhan xəttinə təxribat törətmək istəməsi və İsrailin də bunu önləməsi) məhz bu məqsədə - Azərbaycanda İran təhlükəsinin böyük risk daşıdığına və İsrailin də, guya, bizi bu təhlükədən...
22 Aprel 2026, 09:07
Elbəyi Həsənli:Rusiya təhlükəsi Azərbaycana yaxınlaşır
Rusiya təhlükəsi Azərbaycana yaxınlaşırAmerika–İran qarşıdurması təkcə Yaxın Şərqi silkələmir. Bu müharibə Moskvaya yeni fürsət yaradıb.Cənubi Qafqaz artıq lokal region deyil. Böyük güclərin açıq və gizli rəqabət meydanına çevrilib.ABŞ-da fəaliyyət göstərən nüfuzlu beyin mərkəzi – Center for European Policy Analysis analitiki Fuad Şahbazov yazır ki, Rusiya İran ətrafında yaranmış vəziyyətdən istifadə edərək regionda itirdiyi mövqeləri geri qaytarmağa çalışır.Qərb analitikləri də eyni fikirdədir:“America’s adversaries surely see the Iran war as a reciprocal opportunity”yəni ABŞ-ın rəqibləri bu müharibəni fürsət kimi görür.Başqa bir vacib vurğu:“The Iran war will have long-lasting geopolitical consequences”yəni bu müharibə uzunmüddətli nəticələr doğuracaq.Və ən önəmlisi:“Promising prospects have emerged amid the...
22 Aprel 2026, 08:55
Nazir Əhmədli: Tramp geri çəkildi, İran üstünlük qazandı
Yaxın Şərqdə baş verən son proseslərlə bağlı tədqiqatçı-alim Nazir Əhmədli bildirib ki, çoxsaylı müraciətlərdən və İsrailin Livana qarşı hərbi əməliyyatları dayandırması fonunda İran Hörmüz boğazını açmışdı. Lakin daha sonra ABŞ tərəfindən bölgədə təzyiqlərin artması və körfəzin blokadaya alınması cəhdləri vəziyyəti yenidən gərginləşdirib.Citypost.az xəbər verir ki, Nazir Əhmədlinin sözlərinə görə, buna cavab olaraq İran Hörmüz boğazını yenidən bağlayıb və Hindistana məxsus iki neft tankerini vurub.Tədqiqatçı qeyd edib ki, Donald Trampın elan etdiyi iki həftəlik atəşkəs müddəti bu gün başa çatıb. Planlaşdırıldığı kimi, ABŞ və İran nümayəndə heyətlərinin İslamabad şəhərində görüşü nəzərdə tutulsa da, İran tərəfi görüşə qatılmayıb.Onun sözlərinə görə, Tramp əvvəlcədən İranın...
22 Aprel 2026, 08:33
İrlandiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir
İrlandiya parlament nümayəndə heyəti Azərbaycanda səfərdədir.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Mak Kormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti bu gün Bakıda Zəfər parkında olub.Nümayəndə heyətinin üzvləri Zəfər parkını ziyarət edərək Zəfər abidəsi önünə güllər qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.Qonaqları Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli müşayiət edib....
21 Aprel 2026, 15:56