Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınayıb
Cəmiyyət 20 Aprel 2026, 20:42
344
Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Qeyd edilib ki, Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib:
“Azərbaycan və Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır. Qeyd edilən sənədlərin xüsusilə, Azərbaycan və Ermənistan parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilməsi bu sənədlərin “təşəbbüskarlarının” regiondakı reallıqlardan uzaq olduğunu, onların əsil niyyətinin sülh və dialoqu təşviq etmək deyil, məhz düşmənçiliyi və qisasçılığı qızışdırmaq olduğunu bariz şəkildə göstərir.
Belçika Nümayəndələr Palatasının qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinadın olmaması, Sammitin nəticələrinin, o cümlədən “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasının qeyd edilməməsi sənədin müəllifləri və onun lehinə səs verənlərin mövzu ilə bağlı “savadlılığının” və xroniki hal almış qərəzliliyinin daha bir əyani nümunəsidir.
Azərbaycan və Ermənistan sərhədində vəziyyəti hərbi baxımdan riskli hesab edən və bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı fəaliyyəti üçün əsas kimi qələmə verən sənəd müəlliflərinin qiymətləndirməsi ilk növbədə, Ermənistanın rəsmi şəxslərinin ictimaiyyətə açıqlanan mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz Azərbaycan tərəfinin sülhə yönəlmiş addımları və məsuliyyətli davranışı nəticəsində son iki il sərhəddə hər hansı hərbi insidentin baş vermədiyi ən sakit dövr kimi xarakterizə olunur və bu, Ermənistan tərəfindən də təsdiq edilir.
Müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi şəffaf və açıq hüquqi proses yolu ilə sübuta yetirilmiş şəxsləri "müharibə əsiri” kimi qələmə vermək və onların azadlığa buraxılmasını tələb etmək, hər şeydən öncə, sözügedən sənədlərdə istinad olunan beynəlxalq hüquq normalarına, insan hüquqlarına və qanunun aliliyinə qarşı qəsddir.
Məhkum edilmiş sözügedən şəxslərin istintaq və mühakimə prosesində bütün hüquqlarının qorunduğu, onlar üzərində məhkəmə prosesinin qanuniliyi müvafiq bitərəf beynəlxalq mexanizmlər tərəfindən təsbit edilmişdir. Bu kontekstdə, həmin şəxslərin azad edilməsi, habelə onların mühakimə prosesi ilə əlaqədar Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı Ermənistan tərəfindən edilmiş müraciətlərin vaxtilə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə rədd edilməsi xüsusilə qeyd edilməlidir.
Eyni qaydada, BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixli müvafiq rəyində qeyd olunan şəxslərin Azərbaycan tərəfindən həbsinin və mühakiməsinin qanuniliyi təsbit edilmiş, həmin şəxslərin hüquqlarının pozulmasına dair iddialar təmin edilməyib.
Biz qeyd olunan əsassız çağırışların ünvanlandığı aidiyyəti dövlətlərin və Avropa İttifaqının ikitərəfli dialoq vasitəsilə qətiyyətlə irəlilədilən sülh prosesinə pozucu müdaxilədən çəkinəcəyini gözləyir və onları belə təxribatçı addımların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə dəvət edirik.
Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran addımlara son qoymağı tələb edir. Bu addımlar hazırkı həssas mərhələdə yalnız sülh əleyhinə fəaliyyət göstərən revanşist qüvvələrin həvəsləndirilməsinə deyil, həm də Avropa İttifaqının regionla bağlı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına xələl gətirilməsinə xidmət edir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İmişlinin 2 kəndində bəzi əkin sahələri su altında qalıb
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun bir neçə kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.Rayonun Əlyetməzli kəndinə aid 35 hektar, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.Yaranmış vəziyyətlə əlaqədar olaraq İmişli Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti idarə və təşkilatların məsul əməkdaşları ilə birlikdə su basmış ərazilərə baxış keçirilib, operativ tədbirlər görülüb.Belə ki, su altında qalan nəqliyyat yolunda hərəkətin bərpası məqsədilə əraziyə su boruları yerləşdirilib, suyun axını tənzimlənib və vətəndaşların torpaq sahələrinə təhlükəsiz keçidi təmin olunub.Hazırda vəziyyət nəzarət altındadır.Mütəmadi monitorinqlər aparılır, suyun...
20 Aprel 2026, 21:02
Azərbaycan nar ixracını 19 % azaldıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 3 min 886 ton nar ixrac edib."Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 392 min ABŞ dolları olub.Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 908 ton (19 %), dəyər baxımından isə 726 min dollar (17,6 %) azdır.Hesabat dövründə nar ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ...
20 Aprel 2026, 17:42
İdxal edilən toyuq məhsullarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4,9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.Bildirilib ki, aşkarlanan uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb....
20 Aprel 2026, 17:38
BMU-da Çin universiteti ilə birgə fakültə açılıb
Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan PKTU-BMU Mühəndislik fakültəsinin rəsmi açılış mərasimi keçirilib.BMU-dan Citypost.az-a bildirilib ki, hər iki universitetin rektoru və akademik heyətinin iştirak etdiyi mərasimdə öncə BMU ilə PKTU arasında fakültənin fəaliyyətini tənzimləyəcək müqavilə imzalanıb, gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu əlamətdar hadisə təkcə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda, Azərbaycan ilə Çinin mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin ötən il imzaladıqları Birgə...
20 Aprel 2026, 17:27
Naxçıvanda III "Qərbi Azərbaycana Qayıdış" festival-konqresi keçiriləcək
Naxçıvanda iyunun 18-19-da III "Qərbi Azərbaycana Qayıdış" festival-konqres keçiriləcək."Report" xəbər verir ki, ilk tədbiri Naxçıvan şəhərində, ikinci tədbiri isə Batabat yaylağı ərazisində baş tutan layihənin növbəti dayanacağı Ordubad şəhəri olacaq.Konqres çərçivəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri ilə bağlı məruzələrlə çıxış edəcəklər. Proqramda panel müzakirələr və elmi təqdimatlar əsas yer tutur.Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri nümayiş olunacaq və ictimai həmrəyliyə təşviq edən tədbirlər keçiriləcək.Qeyd edək ki, "Qərbi Azərbaycana Qayıdış" Festival və Konqresi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət...
20 Aprel 2026, 17:21
ADY şagirdlərə təhlükəsiz hərəkət mövzusunda təlim keçib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.Qeyd edilib ki, görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb....
20 Aprel 2026, 17:13