Ali Məclisin yaz sessiyasının növbəti iclasında iki məsələ müzakirəyə çıxarılıb
Cəmiyyət 21 Aprel 2026, 14:44
379
Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 2 məsələnin müzakirəsinin daxil edildiyini bildirib.
Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib.
Müzakirə olunan məsələ ilə əlaqədar deputatlar fikirlərini bildirdikdən sonra qanun səsə qoyularaq qəbul olunub.
Həmçinin oxuyun
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, növbəti məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. Məsələ ilə bağlı Bəxtiyar Məmmədov vurğulayıb ki, qanun layihəsi Ali Məclisin aprelin 17-də keçirilən plenar iclasında birinci oxunuşda qəbul olunub.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bununla da Ali Məclisin iclası başa çatıb.
Qeyd edək ki, Ali Məclisdə təcrübədə olan Naxçıvan Dövlət Universitetinin tələbələri də plenar iclasda iştirak edib, iclasın gedişini izləyərək qanunvericilik prosesinin praktiki mərhələləri ilə tanış olublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibə Qafarova qadın liderlərin onlayn konfransına qoşuldu
Aprelin 21-də Özbəkistan Ali Məclisi Senatının təşkilatçılığı ilə "Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət" mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.Citypost.az xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və səmərəli formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş...
21 Aprel 2026, 16:36
Bəxtiyar Məmmədov: "Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı"
"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub: "Onlardan 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü"....
21 Aprel 2026, 16:26
Bayram Ali Çelikten yazır
Azərbaycanın tanınmış yazıçısı, əsl ziyalı – Vaqif Rüstəmov “YURD HƏSRƏTİ” romanı ilə oxucunu həm keçmişə aparır, həm də unudulmaz hisslər yaşadır.Bu əsər sadəcə bir həyat hekayəsi deyil… Bu, İkinci Dünya Müharibəsinin Anadolu–Qafqaz torpaqlarında buraxdığı izlərin, insanların taleyində açdığı yaraların canlı və sarsıdıcı təsviridir.Sovet dövrünün çətinlikləri – kolxoz həyatı, səfərbərlik qorxusu və o məşum “qara kağız”… Hər biri oxucunun qəlbində dərin iz buraxacaq şəkildə təqdim olunur.Müəllifin dili bəzən sadə və səmimi, bəzən isə Aşıq ənənəsinin ruhunu yaşadan folklorik çalarlarla zəngindir. Bu isə əsəri həm doğma, həm də təsirli edir.“YURD HƏSRƏTİ” yalnız oxunan bir kitab deyil… hiss edilən, yaşanan bir yaddaşdır.Xüsusilə Anadolu–Qafqaz...
21 Aprel 2026, 16:03
DİN: 3 ayda 7738 cinayət qeydə alınıb
Cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub....
21 Aprel 2026, 15:47
Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.DİN-dən Citypost.az-a verilən xəbərə görə, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və bayır xidmətinin təşkilinin vəziyyətinə həsr olunmuş iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.Qeyd olunub ki, cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq...
21 Aprel 2026, 15:46
3 dövlət qurumu ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib
Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib.Citypost.az xəbər verir ki, bu barədə Millli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir.Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir....
21 Aprel 2026, 15:31