Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
Cəmiyyət 21 Aprel 2026, 15:46
485
Aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda Kollegiya iclası keçirilib.
DİN-dən Citypost.az-a verilən xəbərə görə, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və bayır xidmətinin təşkilinin vəziyyətinə həsr olunmuş iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib. Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb.
Qeyd olunub ki, cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub. Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.
Ağır, xüsusilə ağır və qrup halında cinayətlərin, şəxsiyyət əleyhinə olanların, adam öldürməyə cəhdlərin, mülkiyyət əleyhinə olanların, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlərin, əvvəllər məhkum olunmuşlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və ailə münaqişəsi zəminində törədilən cinayətlərin sayı azalıb, eyni zamanda yol-nəqliyyat hadisələrinin sayı 15 fakt, qəzalarda ölənlərin sayı 9 nəfər, xəsarət alanların sayı 44 nəfər az olub.
Həmçinin oxuyun
Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.
İclasa yekun vuran daxili işlər naziri V.Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Adil Kərimli tanınmış aktyoru vəzifəyə təyin etdi
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.Bu barədə Citypost.az-a teatrdan məlumat verilib.Bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.Qeyd edək ki, o, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.
21 Aprel 2026, 17:21
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
Aprelin 18-də sosial şəbəkələrdə Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.DİN-in Mətbuat Xidmətindən Citypost.az bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir....
21 Aprel 2026, 17:19
Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.Citypost.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.Yardımlı Rayon Mərkəzi Xəstəxanasında baş tutan müayinələr zamanı 5 müxtəlif istiqamət üzrə peşəkar həkim heyəti tərəfindən tibbi baxışlar həyata keçirilib.İki gün ərzində ümumilikdə 435 rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" layihəsi ucqar...
21 Aprel 2026, 17:13
AZAL rəhbəri İndoneziya səfiri ilə görüşdü
Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və turist axınının artırılması mövzuları müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında məlumat verib.Müzakirələr S.Rzayev ilə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüşdə aparılıb.O qeyd edib ki, görüş çərçivəsində AZAL-ın uzunmüddətli inkişaf strategiyası, xüsusilə donanmasının genişləndirilməsi istiqamətində planları barədə ətraflı məlumat təqdim edilib:"AZAL ilə İndoneziyanın milli aviadaşıyıcısı "Garuda Indonesia" arasında əməkdaşlıq imkanlarını, eləcə də İndoneziyadan ziyarət məqsədilə səfər edən zəvvarlar üçün Bakının əlverişli tranzit mərkəz kimi rolunu nəzərdən keçirdik. İnanıram ki, bu görüş ölkələrimiz arasında aviasiya sahəsində...
21 Aprel 2026, 17:03
Sahibə Qafarova qadın liderlərin onlayn konfransına qoşuldu
Aprelin 21-də Özbəkistan Ali Məclisi Senatının təşkilatçılığı ilə "Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət" mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.Citypost.az xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və səmərəli formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş...
21 Aprel 2026, 16:36
Bəxtiyar Məmmədov: "Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı"
"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub: "Onlardan 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü"....
21 Aprel 2026, 16:26