Bizə yazın

Baku

-°C

USD

-

Turan Rzayev: Estoniya və Finlandiyanın sərhəd hazırlığı gələcək risklərə yönəlib

Siyasət 21 Aprel 2026, 13:16

339

Politoloq Turan Rzayev Estoniya və Finlandiyanın sərhəd təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədbirləri şərh edib.

Citypost.az xəbər verir ki, politoloq  bildirib ki, Estoniyanın Rusiya ilə sərhəd boyunca tank əleyhinə xəndəklər qazması və Finlandiyanın 1340 km-lik sərhəd xətti üzrə müdafiə sistemlərini gücləndirməsi klassik hərbi hazırlıq nümunəsidir.

T. Rzayevin sözlərinə görə, Estoniya xarici işlər naziri Margus Tsahknanın açıqlaması da rəsmi Tallinin hazırda Rusiyadan birbaşa hücum təhlükəsi görmədiyini göstərir. NATO üzvü olan Estoniya və Finlandiya Ukraynada baş verən müharibədən sonra təhlükəsizlik strategiyalarını yenidən qiymətləndirib və sərhəd müdafiəsini gücləndirib.

Politoloqun fikrincə, görülən tədbirlər mövcud hərbi gərginlikdən daha çox mümkün gələcək ssenarilərə hazırlıq xarakteri daşıyır və ölkələrin “ilk müdafiə xətti” konsepsiyası çərçivəsində həyata keçirilir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: “Rusiya Ermənistanda dezinformasiya vasitəsilə təsir göstərməyə çalışır”

Professor Qulu Məhərrəmli Cənubi Qafqazdakı son siyasi proseslərlə bağlı diqqətçəkən açıqlama verib.O bildirib ki, Rusiya regionda əsas təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Ekspertin sözlərinə görə, Moldovanın MDB-dən çıxmasından sonra Vladimir Putinin Cənubi Qafqaza, xüsusilə də Ermənistana münasibəti daha həssas xarakter alıb.Q. Məhərrəmli qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya son səfəri zamanı nümayiş etdirdiyi münasibət Kreml tərəfindən narazılıqla qarşılanıb. Onun fikrincə, bu səbəbdən rəsmi Moskva qarşıdakı 7 iyun seçkiləri fonunda Paşinyana qarşı müxtəlif təsir vasitələrini işə sala bilər.Hazırda əsas alətlərdən biri təbliğat və dezinformasiyadır. Bu kontekstdə ABŞ senatorlarının iri kommunikasiya şirkətlərinə müraciət edərək Ermənistanı mümkün informasiya təsirlərindən...

21 Aprel 2026, 11:23

Nadir Azəri: Bu, açıq-aşkar qərəzli, şovinist, islamofob və anti-Azərbaycan xarakterli sənədlərdir  

“Bəlli olduğu kimi, hazırda Cənubi Qafqazda əbədi sülhün əldə olunması istiqamətində ciddi və real irəliləyişlər müşahidə olunur. Bu prosesin əsasında isə bir sıra fundamental amillər dayanır. Əsas amil ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və regionda tamamilə yeni geosiyasi reallıqlar formalaşdırdı.Bu reallıqlar fonunda Ermənistan da anlamağa məcbur oldu ki, artıq köhnə siyasətlə hərəkət etmək mümkün deyil və regionda davamlı mövcudluq və inkişaf yalnız bu yeni şərtlərin qəbulundan keçir”. Bunu Citypost.az-a  “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir...

21 Aprel 2026, 11:17

M.Əsədullazadə:İslamabadda ABŞ–İran danışıqları sual altındadır

Milli Cəbhə Partiyasının rəhbəri, siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, İslamabad şəhərində keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqlarının ikinci raundu region üçün həlledici mərhələ ola bilər. Onun sözlərinə görə, İran tərəfinin iştirakla bağlı tərəddüd etməsi prosesi sual altına salır və bu, diplomatik balansı poza bilər.Ekspert qeyd edir ki, ABŞ prezidenti Donald Trump-ın xüsusi nümayəndəsi Uitkof və kürəkəni Jared Kushner artıq Pakistana səfər edərək danışıqların baş tutması üçün fəal diplomatik fəaliyyət göstərirlər. İran isə əsas şərt kimi Hörmüz boğazı üzərində tətbiq edilən blokadanın aradan qaldırılmasını irəli sürür.İkinci raund danışıqlar baş tutarsa, ABŞ bu məsələdə müəyyən güzəştlərə gedə bilər. Lakin İranın görüşdən imtina...

21 Aprel 2026, 10:02

Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib 

Xarici işlər naziri Ceyhun Bayramov UNESCAP-ın 82-ci sessiyası çərçivəsində BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbana ilə görüşüb."Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.Qeyd olunub ki, görüşdə Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu vurğulanıb.Enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün imkanlar nəzərdən keçirilib....

20 Aprel 2026, 16:38

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib 

Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.Bu barədə Citypost.az-a Azərbaycan XİN-dən məlumat verilib.Qeyd olunub ki, görüşlər zamanı 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və...

20 Aprel 2026, 15:30

Ceyhun Bayramov tailandlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazir müavini və xarici işlər naziri Sihasak Phuangketkeou ilə görüş keçirib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.Qeyd olunub ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.Həmçinin, Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və...

20 Aprel 2026, 12:22