Bizə yazın

Baku

-°C

USD

-

Sahibə Qafarova qadın liderlərin onlayn konfransına qoşuldu 

Cəmiyyət 21 Aprel 2026, 16:36

357

Aprelin 21-də Özbəkistan Ali Məclisi Senatının təşkilatçılığı ilə "Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət" mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.

Citypost.az  xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və səmərəli formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş yanaşmaların formalaşmasına töhfə verir. Qeyd olunub ki, bugünkü görüş bu mühüm təşəbbüsün davamlılığını təmin etməklə yanaşı, həm də parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşıda duran vəzifələrin həlli üçün birgə yanaşmaların hazırlanmasına sadiqliyi təsdiq edir.

S.Qafarova bildirib ki, bu gün qadın hüquqlarının təmin edilməsi və gender bərabərliyi Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Azərbaycan qadınlarının fəaliyyətin bütün sahələrində aktiv iştirak etdiyi, qanunverici və icra hakimiyyətində, məhkəmə sistemində, diplomatik xidmətdə, elm və təhsil sahələrində yüksək vəzifələr tutduğunu qeyd edən S.Qafarova xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi genişmiqyaslı ictimai və siyasi fəaliyyətin qadınların cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfənin təcəssümü olduğunu vurğulayıb.

Ətraflı

Ad - 00:02

Milli Məclisin sədri Azərbaycanın qadın hüquqları sahəsində regional əməkdaşlığa da böyük əhəmiyyət verdiyini qeyd edərək, Mərkəzi Asiya qadınlarının dialoqunun parlament diplomatiyasının və qadın liderliyinin necə etimad, təcrübə mübadiləsi və birgə təşəbbüslər məkanı formalaşdıra biləcəyinin nümunəsi olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu proseslərdə fəal iştirak etməyə, öz təcrübəsini bölüşməyə və qadınların siyasətdə, iqtisadiyyatda və cəmiyyətdə rolunun artırılmasına yönəlmiş proqramları dəstəkləməyə hazırdır.

Konfransda, həmçinin Özbəkistan Ali Məclisinin Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə BMT Regional Mərkəzinin rəhbəri Kaha İmnadze, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova, Qırğızıstan Joqorku Keneşinin sədr müavini Jıldız Taalaybek qızı, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mövsuma Muini, Qazaxıstan Respublikası Parlamenti Senatının Qanunvericilik və məhkəmə-hüquq islahatı komitəsinin sədri Snejanna İmaşeva və digərləri çıxış edərək, qadın liderlərin rolunun gücləndirilməsi istiqamətində milli təcrübələr və ölkələrində bu sahədə görülən işlər haqqında məlumat verib, müzakirə olunan mövzu haqqında fikir və təkliflərini səsləndiriblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ yolunda genişmiqyaslı tikinti işləri davam edir

Ölkəmizin yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan mühüm layihələrdən biri də Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun yenidən qurulması və genişləndirilməsidir. Hazırda layihənin Qəbələ rayonunun Vəndam qəsəbəsindən keçən hissəsində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.Qəbələnin ən iri yaşayış məntəqələrindən olan Vəndam qəsəbəsinin mərkəzi hissəsindən magistral yolun bir neçə kilometri keçir. Hazırda qəsəbənin mərkəzi böyük bir tikinti meydançasını xatırladır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazidə işlər bir neçə istiqamətdə paralel şəkildə aparılır. Tikinti briqadaları köhnə yol yatağının qazılması və torpaq işlərinin görülməsi, Qurudərə çayı üzərində yeni körpünün inşası və yolun hazır hissələrinə asfalt-beton örtüyünün döşənməsi prosesini həyata keçirirlər.Qəsəbədə bizi qarşılayan icra nümayəndəsi Hikmət Səfərəliyev bildirir...

21 Aprel 2026, 17:45

Adil Kərimli tanınmış aktyoru vəzifəyə təyin etdi

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.Bu barədə Citypost.az-a teatrdan məlumat verilib.Bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.Qeyd edək ki, o, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.

21 Aprel 2026, 17:21

Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb

Aprelin 18-də sosial şəbəkələrdə Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.DİN-in Mətbuat Xidmətindən Citypost.az bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir....

21 Aprel 2026, 17:19

Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib 

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.Citypost.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.Yardımlı Rayon Mərkəzi Xəstəxanasında baş tutan müayinələr zamanı 5 müxtəlif istiqamət üzrə peşəkar həkim heyəti tərəfindən tibbi baxışlar həyata keçirilib.İki gün ərzində ümumilikdə 435 rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" layihəsi ucqar...

21 Aprel 2026, 17:13

AZAL rəhbəri  İndoneziya səfiri ilə görüşdü

Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və turist axınının artırılması mövzuları müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında məlumat verib.Müzakirələr S.Rzayev ilə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüşdə aparılıb.O qeyd edib ki, görüş çərçivəsində AZAL-ın uzunmüddətli inkişaf strategiyası, xüsusilə donanmasının genişləndirilməsi istiqamətində planları barədə ətraflı məlumat təqdim edilib:"AZAL ilə İndoneziyanın milli aviadaşıyıcısı "Garuda Indonesia" arasında əməkdaşlıq imkanlarını, eləcə də İndoneziyadan ziyarət məqsədilə səfər edən zəvvarlar üçün Bakının əlverişli tranzit mərkəz kimi rolunu nəzərdən keçirdik. İnanıram ki, bu görüş ölkələrimiz arasında aviasiya sahəsində...

21 Aprel 2026, 17:03

Bəxtiyar Məmmədov: "Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı" 

"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub: "Onlardan 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü"....

21 Aprel 2026, 16:26