Bizə yazın

Baku

-°C

USD

-

TikTok ulduzu qətl edilib: Polis qisas ehtimalını araşdırır

Dünya 21 Aprel 2026, 13:24

456

Hondurasda 17 yaşlı TikTok kontent yaradıcısı Katherin Mejía Arguetanin öldürülməsi ilə bağlı polis araşdırması aparılır.

Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  “La Mazorca” adı ilə tanınan yeniyetmə aprelin 17-də Tokoa ərazisindəki Afrika palma plantasiyasında ölü halda tapılıb. Cəsəd üzərində zorakılıq izlərinin olduğu bildirilir.

Honduras Milli Polisi hadisə ilə bağlı 21 yaşlı bir şübhəlinin saxlanıldığını, daha iki nəfərin isə axtarıldığını açıqlayıb. İlkin araşdırmalara əsasən, cinayətin iki gün əvvəl baş verdiyi ehtimal edilir və hadisə adam oğurluğu kimi qiymətləndirilir.

Polis qətlin qisas motivi ilə törədildiyini istisna etmir. Zərərçəkənin ailəsinin bildirdiyinə görə, o, tanışı ilə görüşə gedib və daha sonra silahlı şəxslər tərəfindən zorla avtomobilə mindirilib.

Məlumata əsasən, Argueta TikTok platformasında təxminən 20 min izləyiciyə sahib olub və son videosunu yoxa çıxdığı gün — aprelin 15-də paylaşıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib 

Ukrayna Təhlükəsizlik Xidməti ("Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi) Rusiyanın Samara vilayətindəki "Samara" xətti-istehsalat-dispetçer stansiyasına dronlarla zərbələr endirib."Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.Bildirilib ki, hücum nəticəsində obyektdə genişmiqyaslı yanğın baş verib.İlkin məlumatlara görə, hər birinin həcmi 20 min kubmetr olan beş xam neft rezervuarı zədələnib."Samara" stansiyası Rusiyanın neft nəqli infrastrukturunun mühüm hissəsidir və "Urals" ixrac neft növünün istehsalı ilə bağlıdır....

21 Aprel 2026, 15:19

Ukraynada polislərə qumbara atılıb, 6 nəfər yaralanıb 

Ukraynanın Dnipropetrovsk vilayətinin Mikolaivka kəndində qumbara partlayıb.“RBK-Ukraine”nin məlumatına görə, polis üzərində qumbara olan sərxoş kişini saxlamaq istəyib.Bu zaman həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına iki qumbara atıb, qumbaralardan biri partlayıb.Hadisə nəticəsində 5 polis əməkdaşı və hadisəni törədən şəxs yaralanıb.

21 Aprel 2026, 14:55

Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib 

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyiblər.Bu barədə "Azadlıq Radiosu”nun Ermənistan bürosu məlumat yayıb.Məlumata görə, qərar bu gün Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında yekun olaraq təsdiq olunub.Məlumata görə, missiya iki illik mandatla fəaliyyət göstərəcək və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq.Missiyanın mandatı, strukturu və fəaliyyət müddəti ilə bağlı sənədə əsasən, yaxın aylarda fəaliyyətə başlayacaq missiya strateji və praktiki məsləhətlər vermək, eləcə də təhlükəsizlik sahəsində fəaliyyət göstərən nazirliklərə və qurumlara dəstək göstərmək yolu ilə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir.Qeyd edək ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib və...

21 Aprel 2026, 14:48

Makron gələn ay Ermənistana səfər edəcək 

Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.Bu barədə Ermənistan mediası hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.Məlumata görə, Baş nazirin müavini Tiqran Xaçatryan Fransanın Ermənistandakı səfiri Olivye Dekotini ilə Makronun səfərini müzakirə edib.

21 Aprel 2026, 14:29

ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz təyyarəsi İran yaxınlığında kəşfiyyat aparıb

MQ-4C Triton İran yaxınlığında kəşfiyyat uçuşu həyata keçirib.Citypos.az xarici KİV-lərə istinadən xəbər verir ki, Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri-nə məxsus uzaqmənzilli pilotsuz aparat aprelin 21-nə keçən gecə Fars körfəzi və Hörmüz boğazı istiqamətində uzunmənzilli uçuş həyata keçirib.Uçuşun İordaniya ərazisindəki hava bazasından başladığı, daha sonra Səudiyyə Ərəbistanı üzərindən keçərək Fars körfəzinə yönəldiyi bildirilir. Aparat beynəlxalq sularda İran sahilləri boyunca kəşfiyyat aparıb və Hörmüz boğazı üzərində bir neçə dəfə uçuş edib.Məlumata əsasən, uçuş təxminən 14 km yüksəklikdə, iki saatdan artıq davam edib. MQ-4C Triton geniş dəniz və sahil zonalarında real vaxt kəşfiyyatı aparmaq qabiliyyətinə malik uzunmənzilli pilotsuz sistemdir.Əli...

21 Aprel 2026, 13:33

BEA:İrandakı müharibə tarixin ən böyük enerji böhranına səbəb olur

Citypost.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol "France 24"ə verdiyi açıqlamada İran, ABŞ və İsrail arasındakı münaqişə dünya tarixində ən ağır enerji böhranına səbəb olduğunu bildirib .Birol qeyd edib ki, Yaxın Şərqdəki gərginlik dünya neftinin və mayeləşdirilmiş təbii qazının böyük hissəsinin keçdiyi Hörmüz boğazındə nəqliyyatı çətinləşdirib.O əlavə edib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin nəticələri və Avropaya qaz təchizatının dayanması da böhranı daha da dərinləşdirib.Məlumata görə, OPEC artan neft qiymətlərinə qarşı mübarizə məqsədilə strateji ehtiyatlardan böyük həcmdə neft çıxarılması barədə qərar qəbul edib.Əli...

21 Aprel 2026, 13:30