Bizə yazın

Baku

-°C

USD

-

DİN: 3 ayda 7738 cinayət qeydə alınıb

Cəmiyyət 21 Aprel 2026, 15:47

425

Cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub.

Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib. Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Adil Kərimli tanınmış aktyoru vəzifəyə təyin etdi

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.Bu barədə Citypost.az-a teatrdan məlumat verilib.Bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Elnur Abbasquliyev Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.Qeyd edək ki, o, bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.

21 Aprel 2026, 17:21

Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb

Aprelin 18-də sosial şəbəkələrdə Suraxanı rayonu 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb.DİN-in Mətbuat Xidmətindən Citypost.az bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə olduğu aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir....

21 Aprel 2026, 17:19

Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib 

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.Citypost.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.Yardımlı Rayon Mərkəzi Xəstəxanasında baş tutan müayinələr zamanı 5 müxtəlif istiqamət üzrə peşəkar həkim heyəti tərəfindən tibbi baxışlar həyata keçirilib.İki gün ərzində ümumilikdə 435 rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" layihəsi ucqar...

21 Aprel 2026, 17:13

AZAL rəhbəri  İndoneziya səfiri ilə görüşdü

Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və turist axınının artırılması mövzuları müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında məlumat verib.Müzakirələr S.Rzayev ilə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüşdə aparılıb.O qeyd edib ki, görüş çərçivəsində AZAL-ın uzunmüddətli inkişaf strategiyası, xüsusilə donanmasının genişləndirilməsi istiqamətində planları barədə ətraflı məlumat təqdim edilib:"AZAL ilə İndoneziyanın milli aviadaşıyıcısı "Garuda Indonesia" arasında əməkdaşlıq imkanlarını, eləcə də İndoneziyadan ziyarət məqsədilə səfər edən zəvvarlar üçün Bakının əlverişli tranzit mərkəz kimi rolunu nəzərdən keçirdik. İnanıram ki, bu görüş ölkələrimiz arasında aviasiya sahəsində...

21 Aprel 2026, 17:03

Sahibə Qafarova qadın liderlərin onlayn konfransına qoşuldu 

Aprelin 21-də Özbəkistan Ali Məclisi Senatının təşkilatçılığı ilə "Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət" mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.Citypost.az  xəbər verir ki, konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və səmərəli formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş...

21 Aprel 2026, 16:36

Bəxtiyar Məmmədov: "Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı" 

"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub: "Onlardan 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü"....

21 Aprel 2026, 16:26