Bizə yazın

Baku

-°C

USD

-

Turistlərin sayını niyə artıra bilmirik?  Eldəniz Əmirov AÇIQLADI

Cəmiyyət 24 Aprel 2026, 08:07

280

Turistlərin sayını niyə artıra bilmirik?

Səbəb yalnız sərhədlərin bağlı olması deyil.

Deməli, bu ilin birinci rübü yenə də ölkəmizə gələn turisrtlərin sayında 5%-dək azalma var. 

Bu məsələdə sözsüz ki ölkəyə giriş imkanlarının genişliyi önəmlidir. Quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır. Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. (Təbii ki, quru sərhədlərin bağlı qalması məlum daha starteji faktorlarla bağlıdır. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır.)

Amma məsələ orasındadır ki, “quru sərhədləri açsaq və turizm inkişaf edəcək”, deyə bir düşüncə də yanlışdır. Çünki, sərhədlər açılsa belə, digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz.

Belə ciddi problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır. Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır və eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir. 

Digər mühüm məsələ turizm paketləri ilə bağlıdır. Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri rəqib ölkələrlə müqayisədə Azərbaycanda ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil.

Əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr də yetərincə inkişaf etməyib.

Buna görə də turist üçün ölkə daxilində “hazır və dolu proqram” formalaşmır. Turist gələndə nəyi harada və hansı ardıcıllıqla edəcəyini özü planlaşdırmalı olur. Bu isə seçim qərarına birbaşa təsir edir, çünki rəqib ölkələrdə bu təcrübə artıq paket halında təqdim olunur.

Regionlar da bu baxımdan ümumi sistemə tam qoşula bilmir. İnfrastruktur müəyyən qədər qurulsa da, turist üçün cəlbedici və davamlı fəaliyyət mühiti formalaşmayıb. Nəticədə ölkədaxili hərəkət zəifləyir və turizm daha çox bir şəhər çərçivəsində qalır.

Bu səbəbdən turistlər ya ölkədə qısa müddət (1-2 gün) qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər.

Digər bir vacib məqam isə Azərbaycanın turizm brendinin olmamasıdır. Yəni ölkəmizi digər turizm ölkələrindən fərqləndirən aydın və güclü bir imic formalaşmayıb. Məsələn, Gürcüstan turizmi ucuzluğu ilə, Türkiyə yüksək xidmət səviyyəsi ilə, Dubay isə lüks turizm imkanları ilə seçilir. Azərbaycanda isə bu cür fərqləndirici xüsusiyyət hələ də tam formalaşmayıb. 

Əlqərəz, qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi, özünə məxsusluğun (brending) olmaması və digər faktorlar bir-biri ilə bağlı şəkildə turizm sektorunun inkişafına mane olur. 

Yeri gəlmişkən, əminliklə qeyd etmək olar ki, həllini gözləyən bu məsələlər arasında ən qısa zamanda və asanlıqla həll edilə bilən məsələ elə quru sərhədlərin açılmasıdır. Tutaq ki, zamanı gəldi, məqam yetişdi və sərhədlərin açılması qərarı verildi. Bəs o zaman digər qeyd edilən çatışmazlıqlar dərhal həll edilə biləcəkmi? Çətin. Çünki, onların həllinə daha çox zaman lazımdır. 

Odur ki, qeyd edilən istiqamətlərdə ciddi irəliləyişlər olmadan, quru sərhədlər bu gün açılsa belə yenə də turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olar.

İqtisadçı-ekspert Eldəniz Əmirov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək 

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

24 Aprel 2026, 12:07

Bakının bu küçələrində təmir aparılacaq, yol bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq.Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin...

24 Aprel 2026, 11:07

Etibar Əliyev: Kitab mədəniyyəti zəifləyir, oxu vərdişi geriləyir

Dünən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nü "təmtaraqla" qeyd etdik. Yenə də kitabla heç bir əlaqəsi olmayan adamları tədbirlərə dəvət etdilər. Bəlağətli çıxışlar oldu, kitab "vəsf" olundu.Müşahidələrim:-Ölkədə yalnız detektiv janrda yazılmış kitablar təbliğ olunur. Bu işin başında ağır narsisizm xəstəliyinə düçar olmuş Çingiz Abdullayev və Elxan Elatlı durur; -Elmi -populyar ədəbiyyatların təşviqi çox aşağı səviyyədədir. Kitab mağazalarında bu istiqamətdə yazılmış ədəbiyyatlara toxunan belə yoxdur; -30 ildən çoxdur ki, mütəmadi olaraq kitab mağazalarına və Bukinistlərə baş çəkirəm. Heç kim inciməsin. Bu müddət ərzində mən belə məkanlarda alim, yazıçı, şairlə rastlaşmamışam; -Uşaqlar üçün yazılan şeirlər, hekayələr onların təfəkkürünü zənginləşdirmir. Zahid Xəlil kimi urvatsız bir...

24 Aprel 2026, 10:52

ADA Universitetində 14-cü Karyera Sərgisi açılıb 

ADA Universitetində 14-cü Karyera Sərgisinin açılışı keçirilib."Report" xəbər verir ki, mərasimdə ADA Universitetinin Qəbul və Tələbə Xidmətləri üzrə prorektoru Günay Ziyadova çıxış edərək sərginin əhəmiyyəti və karyera yüksəlişi baxımından potensialından bəhs edib.ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB Bankın İnsan Resurslarının İdarəolunması Departamentinin direktoru Məlahət Abdullayeva və "Bahar Energy Operating Company"nin İnsan Resursları direktoru Orxan Əliyev də çıxışları zamanı sərgi və onun gənclər üçün karyera yüksəlişi məsələsinə diqqət çəkiblər.Universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında qeyd edib ki, karyera sərgisinin məqsədi tələbə və məzunları birbaşa top şirkətlərlə əlaqələndirməkdir: "Karyera sərgisində bu gün 150 şirkət iştirak edir və onlardan...

24 Aprel 2026, 10:45

Kəlbəcərə və Laçına sulu qar yağıb

Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir....

24 Aprel 2026, 10:33

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib 

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib.Bu barədə Citypost.az Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib....

24 Aprel 2026, 10:06