Bakının bu yollarında sıxlıq var - SİYAHI
Cəmiyyət 24 Aprel 2026, 08:25
356
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Həmçinin oxuyun
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakının bu küçələrində təmir aparılacaq, yol bağlanacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq.Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin...
24 Aprel 2026, 11:07
Etibar Əliyev: Kitab mədəniyyəti zəifləyir, oxu vərdişi geriləyir
Dünən "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" nü "təmtaraqla" qeyd etdik. Yenə də kitabla heç bir əlaqəsi olmayan adamları tədbirlərə dəvət etdilər. Bəlağətli çıxışlar oldu, kitab "vəsf" olundu.Müşahidələrim:-Ölkədə yalnız detektiv janrda yazılmış kitablar təbliğ olunur. Bu işin başında ağır narsisizm xəstəliyinə düçar olmuş Çingiz Abdullayev və Elxan Elatlı durur; -Elmi -populyar ədəbiyyatların təşviqi çox aşağı səviyyədədir. Kitab mağazalarında bu istiqamətdə yazılmış ədəbiyyatlara toxunan belə yoxdur; -30 ildən çoxdur ki, mütəmadi olaraq kitab mağazalarına və Bukinistlərə baş çəkirəm. Heç kim inciməsin. Bu müddət ərzində mən belə məkanlarda alim, yazıçı, şairlə rastlaşmamışam; -Uşaqlar üçün yazılan şeirlər, hekayələr onların təfəkkürünü zənginləşdirmir. Zahid Xəlil kimi urvatsız bir...
24 Aprel 2026, 10:52
ADA Universitetində 14-cü Karyera Sərgisi açılıb
ADA Universitetində 14-cü Karyera Sərgisinin açılışı keçirilib."Report" xəbər verir ki, mərasimdə ADA Universitetinin Qəbul və Tələbə Xidmətləri üzrə prorektoru Günay Ziyadova çıxış edərək sərginin əhəmiyyəti və karyera yüksəlişi baxımından potensialından bəhs edib.ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB Bankın İnsan Resurslarının İdarəolunması Departamentinin direktoru Məlahət Abdullayeva və "Bahar Energy Operating Company"nin İnsan Resursları direktoru Orxan Əliyev də çıxışları zamanı sərgi və onun gənclər üçün karyera yüksəlişi məsələsinə diqqət çəkiblər.Universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında qeyd edib ki, karyera sərgisinin məqsədi tələbə və məzunları birbaşa top şirkətlərlə əlaqələndirməkdir: "Karyera sərgisində bu gün 150 şirkət iştirak edir və onlardan...
24 Aprel 2026, 10:45
Kəlbəcərə və Laçına sulu qar yağıb
Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, aprelin 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir....
24 Aprel 2026, 10:33
Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib
Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib.Bu barədə Citypost.az Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib....
24 Aprel 2026, 10:06
Ədalət Verdiyev: Hərbi xidmətdə qanunsuzluğa qarşı mübarizə davam edir
Hərbi ekspert Ədalət Verdiyev qanunsuz hallarla bağlı xəbərdarlıqların davamlı xarakter daşıdığını bildirib və hərbi xidmətin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.Citypost.az xəbər verir ki, o, qeyd edib ki, aparılan son əməliyyatlar nəticəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.Qeyd edək ki, ötən gün Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə araşdırmaları nəticəsində Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrində çalışan bir sıra vəzifəli şəxslərin qanunsuz əməlləri üzə çıxarılıb və faktlarla bağlı cinayət işləri başlanıb.Yusif...
24 Aprel 2026, 10:03