Bizə yazın

Baku

-°C

USD

-

"Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının cari ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib 

Cəmiyyət 27 Aprel 2026, 15:18

388

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının 2026-cı ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib.

Citypost.az xəbər verir ki, iclasda “Bakı Metropoliteni” QSC-nin cari fəaliyyəti, icra olunan layihələrin vəziyyəti və əsas əməliyyat göstəriciləri müzakirə olunub. Sərnişin daşımalarının təşkili, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumatlar təqdim edilib.

Müşahidə Şurası tərəfindən qarşıdakı dövr üçün prioritet vəzifələr müəyyənləşdirilib, strateji hədəflərə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda Amnistiya aktının icrası yekunlaşıb 

Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan sayca 13-cü amnistiya aktı muxtar respublikada ümumilikdə 305 şəxsə şamil edilib.Amnistiya tətbiq olunan şəxslərin 62-si müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.Azadlıqdan məhrumetmə ilə əlaqədar...

27 Aprel 2026, 17:03

Aeroport yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

27 Aprel 2026, 17:02

Bu çaylardan sel keçəcək -

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

27 Aprel 2026, 16:48

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini və katibləri seçilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katibləri müəyyənləşib."Report" xəbər verir ki, bununla bağlı qərar MSK-nın bugünkü iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb.Qərar səsverməyə qoyularaq MSK üzvləri tərəfindən dəstəklənib.

27 Aprel 2026, 16:27

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb 

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata görə, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.Dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" stansiyasının inşası dövründə həyata keçiriləcək....

27 Aprel 2026, 16:26

Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyi irəli sürülüb.Citypost.az xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müzakirə aparılır.İclasda Məzahir Pənahovun komissiyanın sədri seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.

27 Aprel 2026, 16:21