Bizə yazın

Baku

-°C

USD

-

Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək 

Cəmiyyət 27 Aprel 2026, 13:00

280

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Citypost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, Kəmaləddin Heydərov tərəfindən aprelin 30-da Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan MR sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 29 aprel tarixində saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fazil Mustafanın 3 kitabı çap olundu 

Fazil Mustafa müəllif olaraq birdən-birə üç kitabını oxuculara təqdim etdi. Belə elmi, ədəbi-publisistik məhsuldarlıq nəinki millət vəkilləri və siyasi xadimlər, hətta məşhur qələm adamları arasında da nadir hadisələrdəndir.CityPost.az   xəbər verir  ki,bu sözləri yazıçı  Səfər Alışarlı bildirib.”Anladım Tanıdım Yaşadım”,  “Cəhalət gülləsi, aydınlıq çiləsi” və “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə”. Kitablar müxtəlif mövzulara həsr olunsa da, onları bir ümumi qayənin birləşdirdiyini görmək olar. Bu, iki yüz illik işğaldan sonra azadlığına qovuşmuş Azərbaycanın tarixi keçmişi, bu günü, gələcəyi, xalqımızı ayaqda saxlayan mənəvi sütunlar, vətənimizin birliyi və bütövlüyüdür. Elmi-publisistik dil, rəvan təhkiyə, hadisə və faktların dərin analizi mövzuların təhlil dinmaikasını artıraraq kütləvi oxucunu də özünə...

27 Aprel 2026, 14:38

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib 

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər.

27 Aprel 2026, 14:29

Zahid Oruc: "Sahibkarlar “maliyyə icarəsi”nin imkanları barədə geniş məlumata malik olsa, plan işləyəcək”   

Müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsi ölkəmizdə maliyyə alətlərinin şaxələndirilməsi və real sektorun inkişafına töhvə vermək məqsədi daşıyır.  Layihənin əsas mahiyyəti maliyyə icarəsi, yəni, lizinq fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etmək, şəffaflığı artırmaq və institusional nəzarət mexanizmlərini gücləndirməkdən ibarətdir. Sənəddə lizinq münasibətlərinin əsas elementləri-tərəflər, müqavilə formaları, ödəniş mexanizmləri, risq bölgüsü və nəzarət sistemi əhatəli tənzimlənir.CityPost.az   xəbər verir  ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.Zahid orucun sözlərinə görə,Qanunun qəbulu xüsusilə, kiçik və orta biznes subyektləri üçün alternativ maliyyə mənbələrinə əlçatanlığını artıracaq. Bildiyiniz kimi, bir çox sahibkarlar üçün bank kreditlərinə çıxış məhduddur. Maliyyə icarəsi ilkin böyük kapital qoyuluşu olmadan istehsal vasitələri əldə...

27 Aprel 2026, 14:28

Sabahın hava proqnozu açıqlanıb 

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeronda gözlənilən havaBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu...

27 Aprel 2026, 14:00

Millət vəkilləri İlham Əliyevi təbrik etdi

“Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə  “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmüşdür. Cənab Prezident aprelin 26-da mükafatın təqdim olunma mərasiminin iştirakçıları ilə görüş keçirmiş və bu möhtəşəm mükafata layiq görülməyinə görə öz minnətdarlığını bildirib”.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova bildirib. Spiker qeyd edib ki, bu mükafat, bütün çətinliklərə baxmayaraq, regionumuzda sülhün və sabitliyin olmaması naminə Prezidentin göstərdiyi böyük səylərin beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi və yüksək qiymətləndirilməsi deməkdir.“30 il ərzində torpaqlarını işğal ilə üzləşmiş və münaqişə şəraitində yaşamış xalqın nümayəndələri olaraq biz...

27 Aprel 2026, 13:22

Baş nazir: Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var.Citypost.az  xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.

27 Aprel 2026, 13:07