Bizə yazın

Baku

-°C

USD

-

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 

Cəmiyyət 27 Aprel 2026, 16:00

337

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi ərazilərində gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.

Bildiirlib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır", - müraciətdə qeyd olunub.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramin Məmmədov Tomaş Mişkeviç ilə görüşdü 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 27-də Polşa Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomaş Mişkeviç ilə görüşüb.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Polşa arasında dini sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlərin önəmi müzakirə olunub.R.Məmmədov Azərbaycanda dini təhsil sahəsində aparılan islahatlardan, ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərdən və dini maarifləndirmə sahəsində reallaşdırılan layihələrdən bəhs edib. O, dini və mədəni müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi kimi qorunmasının vacibliyini vurğulayaraq bu dəyərlərin gələcək nəsillərə sağlam və davamlı şəkildə ötürülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Komitənin...

27 Aprel 2026, 17:30

Sahibə Qafarova Sudanın səfiri ilə görüşdü 

Milli Məclisin sədri Sahibə Qafarova Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.Bu barədə Citypost.az-a  Milli Məclisdən məlumat verilib.Qeyd olunub ki, görüşdə gələn il iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün tamam olacağı qeyd olunaraq, bu gün münasibətlərin inkişafı üçün imkanların mövcud olduğu bildirilib.Sudan Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın 2019 və 2024-cü illərdə ölkəmizə səfərlər etdiyi, ötən il isə Antalya Diplomatik Forumu çərçivəsində ölkə başçıları arasında görüş keçirildiyi vurğulanıb.Bu təmaslar zamanı münasibətlərin inkişafı üzrə istiqamətlərin müəyyən olunduğu bildirilib.Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycanla Sudanın Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında...

27 Aprel 2026, 17:26

Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edilib 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.Bildirilib ki, sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul olunmuş müvafiq qərar əsasında məhv edilib....

27 Aprel 2026, 17:08

Naxçıvanda Amnistiya aktının icrası yekunlaşıb 

Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan sayca 13-cü amnistiya aktı muxtar respublikada ümumilikdə 305 şəxsə şamil edilib.Amnistiya tətbiq olunan şəxslərin 62-si müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.Azadlıqdan məhrumetmə ilə əlaqədar...

27 Aprel 2026, 17:03

Aeroport yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

27 Aprel 2026, 17:02

Bu çaylardan sel keçəcək -

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

27 Aprel 2026, 16:48