Zahid Oruc: "Sahibkarlar “maliyyə icarəsi”nin imkanları barədə geniş məlumata malik olsa, plan işləyəcək”
Cəmiyyət 27 Aprel 2026, 14:28
437
Müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsi ölkəmizdə maliyyə alətlərinin şaxələndirilməsi və real sektorun inkişafına töhvə vermək məqsədi daşıyır. Layihənin əsas mahiyyəti maliyyə icarəsi, yəni, lizinq fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etmək, şəffaflığı artırmaq və institusional nəzarət mexanizmlərini gücləndirməkdən ibarətdir. Sənəddə lizinq münasibətlərinin əsas elementləri-tərəflər, müqavilə formaları, ödəniş mexanizmləri, risq bölgüsü və nəzarət sistemi əhatəli tənzimlənir.
CityPost.az xəbər verir ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Zahid orucun sözlərinə görə,Qanunun qəbulu xüsusilə, kiçik və orta biznes subyektləri üçün alternativ maliyyə mənbələrinə əlçatanlığını artıracaq. Bildiyiniz kimi, bir çox sahibkarlar üçün bank kreditlərinə çıxış məhduddur. Maliyyə icarəsi ilkin böyük kapital qoyuluşu olmadan istehsal vasitələri əldə etməyə imkan verən çevik mexanizmdir.
Ölkəmizdə maliyyə icarəsi fəaliyyəti müəyyən təcrübəyə malikdir-xüsusilə, kənd təsərrüfatı sektorunda geniş tətbiq olunur. Əsasən aqrotexnikanın, suvarma sistemlərinin və emal avadanlıqlarının fermerlərə verilməsi üçün qurulan bir mexanimzdir. Lakin lizinq xidməti ölkəmizdə yalnız dövlət dəstəyi ilə formalaşdı, fermerlər üçün texnika əldə etmək imkanı yaradıldı, ilkin ödənişlər aşağı səviyyədə müəyyən edildi, ödəniş müddətləri isə uzunmüddətli olaraq tənzimləndi. Bəzi hallarda dövlət subsidiyaları vasitəsilə lizinq ödənişlərinin bir hissəsi kompensasiya olunurdu ki, fermerlərin maliyyə yükü azalsın.
Nəticədə, kənd təsərrüfatına texniki təminat, mexanikləşmə və istehsal artdı. Lakin təkcə dövlət yardımı kifayət deyil, özəl lizinq şirkətlərinin payı ölkəmizdə aşağıdır və bazarda rəqabət mühiti arzu olunan səviyyəyə çatmayıb.
İkincisi, lizinq əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki beynəlxalq təcrübədə lizinq sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Ölkəmizdə lizinqin sektorlar üzrə bölgüsünün artmasına ehtiyac var.
Üçüncüsü, lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil. Xüsusilə, kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklər yaratdığını qyed edirlər.
Həmçinin oxuyun
Dördüncüsü, lizinq müqavilələri üzrə maarifləndirməyə ehtiyac var. Çünki sahibkarlar lizinqin üstünlükləri, riskləri və hüquqi nəticələri barədə tam məlumatlı olmurlar.
Beynəlxalq təcrübədə müxtəlif modellərin mövcudluğunu görürük. İnkişaf etmiş ölkələrdə lizinq bazarı investisiyaların mühüm hissəsini təşkil edir. Məsələn, Avropa ölkələrində müəssisələrin əsas vəsaitlərə yatırdığı investisiyaların əhəmiyyətli hissəsi məhz lizinq vasitəsilə maliyyələşdirilir. Gürcüstanda lizinq fəaliyyəti daha çox bazar iqtisadiyyatı prinsipləri əsasında və bank sektoruna inteqrasiya olunmuş şəkildə inkişaf edir. Burada lizinq şirkətlərinin mühüm hissəsi kommersiya banklarının törəmə qurumları kimi fəaliyyət göstərir. Nəticədə, lizinq xidmətləri digər maliyyə məhsulları ilə birlikdə təqdim olunur-yəni, istehsal avadanlıqları, nəqliyyat vasitələri, tikinti texnikası və digər əsas vəsaitlər lizinq yolu ilə maliyyələşdirilir. Eyni zamanda, beynəlxalq maliyyə institutlarından əlavə maliyyə resursları cəlb olunur. Lakin Gürcüstanda da lizinq bazarının ÜDM-də payı yüksək deyil. Ona görə də layihənin daha da təkmilləşdirilməsi üçün bir neçə təklifimi diqqətinizə çatdırmaq istərdim.
İlk növbədə, lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var. Əks halda, özəl sektoru sahəyə cəlb etmək çətin olacaq.
İkincisi, mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş lizinq mexanizmlərinin yaradılması vacibdir. Xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmasına ehtiyac var.
Üçüncüsü, rəqəmsal lizinq platformalarının yaradılması və elektron müqavilə mexanizmlərinin genişləndirilməsi gələcək inkişaf üçün vacibdir.
Dördüncüsü, istehlakçı hüquqlarının qorunması mexanizmləri gücləndirilməsi vacibdir. Müqavilə şərtlərinin sadə və aydın təqdim olunması, risklərin əvvəlcədən izah edilməsi mühüm əhəmiyyət kəsb edir.
Beşinci olaraq, lizinq bazarının inkişafı üçün zəmanət fondları, risk paylaşma mexanizmləri və dövlət-özəl tərəfdaşlığı alətləri nəzərdən keçirilə bilər.
Nəhayət, maarifləndirmə tədbirlərinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Sahibkarlar lizinqin imkanları barədə daha geniş məlumata malik olsa, plan işləyəcək.
Ümumilikdə təqdim olunan qanun layihəsi maliyyə sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi artımın stimullaşdırılması baxımından mühüm addımdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Çex Respublikasının Baş naziri Andrey Babişin şərəfinə rəsmi lanç verilib.
27 Aprel 2026, 16:02
FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın bəzi ərazilərində gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildiirlib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur."Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən...
27 Aprel 2026, 16:00
Almaniya deputatları Göygöl və Şəmkir rayonlarına səfər edib
Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti aprelin 26-da Göygöl və Şəmkir rayonlarında olublar.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.Şəmkir rayonuna gələn qonaqlar burada rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüblər, almanların bu rayonda məskunlaşmasının tarixi, Şəmkirdəki alman irsi barədə söhbət aparıblar....
27 Aprel 2026, 15:41
"Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının cari ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının 2026-cı ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib.Citypost.az xəbər verir ki, iclasda “Bakı Metropoliteni” QSC-nin cari fəaliyyəti, icra olunan layihələrin vəziyyəti və əsas əməliyyat göstəriciləri müzakirə olunub. Sərnişin daşımalarının təşkili, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumatlar təqdim edilib.Müşahidə Şurası tərəfindən qarşıdakı dövr üçün prioritet vəzifələr müəyyənləşdirilib, strateji hədəflərə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.Qeyd edək ki, AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin...
27 Aprel 2026, 15:18
Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar
Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları aprelin 27-də Xankəndi şəhərinə səfər edib.Bu barədə Citypost.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib.Qeyd olunub ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir. Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar. Onlar...
27 Aprel 2026, 14:55
Fazil Mustafanın 3 kitabı çap olundu
Fazil Mustafa müəllif olaraq birdən-birə üç kitabını oxuculara təqdim etdi. Belə elmi, ədəbi-publisistik məhsuldarlıq nəinki millət vəkilləri və siyasi xadimlər, hətta məşhur qələm adamları arasında da nadir hadisələrdəndir.CityPost.az xəbər verir ki,bu sözləri yazıçı Səfər Alışarlı bildirib.”Anladım Tanıdım Yaşadım”, “Cəhalət gülləsi, aydınlıq çiləsi” və “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə”. Kitablar müxtəlif mövzulara həsr olunsa da, onları bir ümumi qayənin birləşdirdiyini görmək olar. Bu, iki yüz illik işğaldan sonra azadlığına qovuşmuş Azərbaycanın tarixi keçmişi, bu günü, gələcəyi, xalqımızı ayaqda saxlayan mənəvi sütunlar, vətənimizin birliyi və bütövlüyüdür. Elmi-publisistik dil, rəvan təhkiyə, hadisə və faktların dərin analizi mövzuların təhlil dinmaikasını artıraraq kütləvi oxucunu də özünə...
27 Aprel 2026, 14:38