Bizə yazın

Baku

-°C

USD

-

İstanbulda 70 kiloqram qızılla saxlanılan zabitə hökm oxundu 

Cəmiyyət 27 Aprel 2026, 16:14

327

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin keçmiş baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qəhrəman Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı DTX-də cinayət işi başlanılıb.

Araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlunun digər Azərbaycan və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlmiş, həmin gün qabaqcadan əlbir olduğu şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib.

Daha sonra Qəhrəman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır.

Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.391.970,08 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Qəhrəman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN  Sumqayıtda təlim keçirdi 

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Azərsun” Sənaye Parkında yerləşən “Bakı Qida və Yağ Fabriki” MMC-də “İstehsalat müəssisələrində baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Təlimə Sumqayıt Regional Mərkəzi və “Bakı Qida və Yağ Fabriki” MMC-nin əməkdaşları cəlb edilib.Təlimin keçirilməsində əsas məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.Təlim zamanı şərti qəza baş vermiş istehsalat...

27 Aprel 2026, 17:37

Ramin Məmmədov Tomaş Mişkeviç ilə görüşdü 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 27-də Polşa Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomaş Mişkeviç ilə görüşüb.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Polşa arasında dini sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlərin önəmi müzakirə olunub.R.Məmmədov Azərbaycanda dini təhsil sahəsində aparılan islahatlardan, ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərdən və dini maarifləndirmə sahəsində reallaşdırılan layihələrdən bəhs edib. O, dini və mədəni müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi kimi qorunmasının vacibliyini vurğulayaraq bu dəyərlərin gələcək nəsillərə sağlam və davamlı şəkildə ötürülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Komitənin...

27 Aprel 2026, 17:30

Sahibə Qafarova Sudanın səfiri ilə görüşdü 

Milli Məclisin sədri Sahibə Qafarova Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.Bu barədə Citypost.az-a  Milli Məclisdən məlumat verilib.Qeyd olunub ki, görüşdə gələn il iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün tamam olacağı qeyd olunaraq, bu gün münasibətlərin inkişafı üçün imkanların mövcud olduğu bildirilib.Sudan Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın 2019 və 2024-cü illərdə ölkəmizə səfərlər etdiyi, ötən il isə Antalya Diplomatik Forumu çərçivəsində ölkə başçıları arasında görüş keçirildiyi vurğulanıb.Bu təmaslar zamanı münasibətlərin inkişafı üzrə istiqamətlərin müəyyən olunduğu bildirilib.Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycanla Sudanın Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında...

27 Aprel 2026, 17:26

Uyğunsuzluq aşkarlanan baytarlıq preparatı məhv edilib 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal nəzarəti zamanı fiziki şəxs Anar Cəfərovun Ukraynadan gətirdiyi “Bazalt” müəssisəsinin istehsalı olan “Vettrimerazin Poroşok” əmtəə nişanlı baytarlıq preparatına baxış keçirilib.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, məhsul partiyasından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.Bildirilib ki, sınaq nəticəsində kif-maya göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluqla əlaqədar, ümumi sayı 490 ədəd məhsulun ölkəyə idxalına icazə verilməyib və qəbul olunmuş müvafiq qərar əsasında məhv edilib....

27 Aprel 2026, 17:08

Naxçıvanda Amnistiya aktının icrası yekunlaşıb 

Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında" 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikasında da 4 ay müddətində həyata keçirilib.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, dövlətin humanizm siyasətinin növbəti təzahürü olan sayca 13-cü amnistiya aktı muxtar respublikada ümumilikdə 305 şəxsə şamil edilib.Amnistiya tətbiq olunan şəxslərin 62-si müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 78 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.Azadlıqdan məhrumetmə ilə əlaqədar...

27 Aprel 2026, 17:03

Aeroport yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

27 Aprel 2026, 17:02