Bizə yazın

Baku

-°C

USD

-

Ötən ay 121 kiloqramdan çox narkоtik qanunsuz dövriyyədən çıxarılıb 

Cəmiyyət 04 May 2026, 15:02

356

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 121 kiloqram 249 qram narkоtik vasitə və 23 647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bundan başqa, 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çaylardan daşqın və sel keçəcək

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

04 May 2026, 16:18

İlham Əliyev Azərbaycan xalçaçılarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:Ağalıyeva Neva Şahpələng qızıBabayeva Aidə Elman qızıBabayeva Ceyhunə Zakir qızıEyyubova Raya Şahvələd qızıƏbilova Nazilə Əlisəfa qızıƏhmədova Şəfiqə Məzəddin qızıƏkbərova İradə Xanağa qızıƏləkbərova Vüsalə Mərifət qızıƏsgərova Kəmalə Sərdar qızıHəsənova Xaliqə Yelmar qızıHüseynova Dilşad Mahmud qızıQənbərova Nargilə Əliağa qızıQurbanova Sədaqət Əmir qızıNəsirova Jalə Abduləli qızıNuriyev Əlisafa İdris oğluÖzbəkova Gülgəz Mətləbulla qızıRəhimova Nailə Allahverdi qızıŞahmuradova Alisa Sadıq qızı....

04 May 2026, 16:06

"Space" TV-nin yeni baş direktoru o təyin edildi 

"Space" televiziyasına yeni baş direktor təyin edilib.Citypost.az Manset.az-a istinadən xəbər verir ki, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.  Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib.  Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.Xatırladaq ki, bir neçə gün bundan əvvəl Axar.az saytı "Space" televiziyasının bağlanacağı ilə bağlı xəbər yayımlamışdı. ...

04 May 2026, 15:51

Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndi şəhərində vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Kəmaləddin Heydərov mayın 4-də Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər....

04 May 2026, 15:37

"Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq 

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.DİM-dən Citypost.az-a verilən məlumata görə, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq.DİM abituriyentlərin nəzərinə çatdırır ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və...

04 May 2026, 15:22

Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edilib 

Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Kamilli Vüsal Yusif oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib....

04 May 2026, 15:11