Ali Məhkəmə Rauf Aslanovun “bazar”ını bağladı
Cəmiyyət 30 Aprel 2026, 12:43
16688
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Ali Məhkəməsi faizə pul verənlər və götürənlərlə bağlı (sələmçilik fəaliyyətinə dair) yerli mətbuatda açıqlama yayıb. Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, son nəticədə adətən hər iki tərəf ciddi problemlərlə qarşılaşır. Əksər hallarda, məsələ istintaq-təhqiqat araşdırmalarına və məhkəmə çəkişməsinə səbəb olur.
Ali Məhkəmə mövcud məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən Qanunda və Müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borc verən borc alandan müəyyən edilmiş qaydada faiz tələb edə bilər. Digər mühüm məqam ondan ibarətdir ki, əgər bir şəxs davamlı olaraq, sistemli şəkildə sələmçilik fəaliyyəti ilə məşğul olmaqla müxtəlif adamlara faizlə pul verirsə, artıq bu sahibkarlıq fəaliyyəti sayılır.
Mövcud Qanunvericiliyə görə növündən asılı olamayaraq qadağan edilməyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs mütləq şəkildə dövlət qeydiyyatından keçməlidir. Bundan belə, əks halda sələmçilik fəaliyyəti ilə məşğul olan şəxslərin əməli qanunsuz sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə və hüquqi nəticələrə səbəb olmaqla cinayət məsuliyyəti yarada biləcək.
Hələ 2017-ci ildə “Report”, “Son Xəbər” və “Azxəbər” saytları Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri və Mənzil Komissiyasının sədri Rauf Aslanovun dolayı yollarla sələmçilik fəaliyyəti ilə məşğul olmasına dair xəbərlər yaymışdı. Hətta, R.Aslanovun sələmlə pul verdiyi şəxslərdən bəziləri müflis olduqları üçün bu və ya digər səbəblərdən borc aldıqları pulu və faiz hissələrini qaytara bilmədikdə onun şikayəti əsasında həbsə məhkum olunublar.
Həmçinin oxuyun
Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 aprel 2026-cı il tarixli izahatından irəli gələn göstərişə uyğun olaraq qeyri-rəsmi sələmçilik fəaliyyəti ilə məşğul olan şəxslərin, eləcə də anoloji fəaliyyətlə məşğul olan R.Aslanovun barəsində söhbət gedən fəaliyyət dairəsi bundan sonra nisbətən məhdudlaşacaq.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AAYDA: Bakıda və 8 rayonda ümumilikdə təmir aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mart–aprel aylarında müşahidə olunmuş güclü leysan yağışları və sel suları nəticəsində Bakıda və 8 rayonda zədələnmiş 25 avtomobil yolunda təmir-bərpa işləri aparır.Citypost.az bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, işlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular bərpa olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.Məqsəd təhlükəsiz və fasiləsiz hərəkəti təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir....
15 İyun 2026, 17:45
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15 İyun 2026, 17:26
İtkin düşən 8 nəfər həftəsonu tapılıb
İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15 İyun 2026, 17:05
Zakir Həsənov Pakistana başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...
15 İyun 2026, 16:53
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...
15 İyun 2026, 15:48
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....
15 İyun 2026, 15:33