Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Cəmiyyət 30 Aprel 2026, 13:30
20039
Citypost.az-a daxil olan məlumata görə TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vaxtı ilə işə qəbul etdiyi və vəzifə verdiyi, bilavasitə çətiri altında olanlara soyadlarını dəyişməklə də olsa, istənilən üsula əl atıb müxtəlif yollarla maskalanaraq vəzifədə qalmalarını tövsiyə edib.
Onun vəzifəyə gətirdiklərindən biri də İmişli Mərkəzi Xəstəxanasının indiki direktoru Şahin Qurbanovdur. Bu həmin Şahin Qurbanovdur ki, yerli mətbuatda öz sabiq rəhbərini “əyyaş”, “içki düşkünü” adlandırmış və “onunla bu günədək bir stəkan çay da içməmişəm” deyərək hamını qabaqlayıb baltanı kökündən vuraraq onu ilk ifşa edən adam olmuşdur. Ardınca isə bir qədər də irəli gedərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində vaxtı ilə bir yerdə çalışdıqlarını əsas gətirərək TƏBİB-in hazırkı icraçı direktoru Anar Bayramov barədə “Anar müəllim, öz adamımıdır” ifadəsini işlətmişdir. Bilmək olmaz, bəlkə elə bu da vəzifədə qalmaq üçün Şahin Qurbanovun digər bir maskalanma üsuludur.
Şahin Qurbanov sabiq rəhbərin bağında kabab bişirərkən...
Bu kimi digər bəzi məsələlərə aydınlıq gətirmək üçün əməkdaşımız TƏBİB-in sabiq icraçı dırektoru V.Qurbanova yaxın çevrədən maraqlı xəbərlər əldə edə bilib. V.Qurbanov bildirib ki, insan vəzifədə olan zaman ətrafdakılar onu aydın görə bilir. Vəzifədən enəndən sonra isə sən ətrafdakıları aydın görə bilirsən. Yavaş-yavaş kimin kim olduğu mənim üçün aydınlaşır. Şahin Qurbanov kimi mənim tabeliyimdə yüzlərlə vəzifəli şəxs olub.
Həmçinin oxuyun
Kabab bişirəndən sonra pivənin öz ləzzəti var...
O, jurnalistlə söhbəti zamanı mənim ünvanıma təhqiramiz ifadələr işlədərkən ilk növbədə özünün kimliyini ortaya qoyub. Ş.Qurbanov mənə “ağsaqqalım” deyə müraciət edən, ayaqqabılarımı cütləyən bir adam olub. İnsan ona edilən yaxşılığı belə asanlıqla unudursa, deməli o, təkcə yaddaşını deyil, həm də vicdanını itirib. Düz deyir, o mənimlə bu günədək bir stəkan çay da içməyib. Mən ona belə şans verməzdim axı... O, sadəcə bağda-bağatda, mənim təsərrüfat işlərini icra edib və bununla fəxr etdiyini söyləyirdi. Yaxşı kabab bişirməyi var... Biş-düşü, süfrə açmağı, qonaq-qara qarşılayıb yola salmağı, Allah tərəfi yaxşı bacarır.
Bilirsiniz, onun haqqında çox söz deyə bilərəm. Amma, hər kəsin öz səviyyəsi var. Tutduğu mövqedən asılı olayaraq onun da öz ətrafı, ailəsi var axı... Elə şeylər var ki, açıqlamaq olmaz. Doğurdan da bəzi hallarda çox vaxt ən bahalı həyat dərslərini ən ucuz adamlardan alırsan. Əlbəttə, Ş.Qurbanov sözlərimdən nəticə çıxarıb lal-dinməz yerində oturmasa, yenidən həddini aşdığını eşitsəm daha sərt cavab alacaq.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15 İyun 2026, 17:26
İtkin düşən 8 nəfər həftəsonu tapılıb
İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15 İyun 2026, 17:05
Zakir Həsənov Pakistana başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...
15 İyun 2026, 16:53
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...
15 İyun 2026, 15:48
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....
15 İyun 2026, 15:33
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən marixuana və tiryək aşkarlanıb
Nərimanov rayonunda 9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin...
15 İyun 2026, 15:24