Bizə yazın

Baku

-°C

USD

-

Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş edib 

Cəmiyyət 03 May 2026, 13:10

396

S7 Airlines aviaşirkətinə məxsus, Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstan səması üzərində olarkən təcili geri döndərilib və Omsk şəhərinə endirilib.

Rusiya mediasının məlumatına görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin qəfil halının pisləşməsi olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib 

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.CityPost.az-ın xəbərinə görə, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.Qeyd edək ki, bu il Bakı Marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb....

03 May 2026, 14:17

Əhməd tibb müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. CityPost.az  xəbər verir ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb. DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır....

03 May 2026, 13:52

Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman...

03 May 2026, 12:35

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.Bu barədə CityPost.az-a DİM-dən məlumat verilib.İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunub.İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər...

03 May 2026, 12:31

Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskini Konstitusiya Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, təbrikdə deyilir:"3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə...

03 May 2026, 12:10

Tahir Gözəl festivalda ona çay verənə 50 manat bəxşiş verdi - Video 

“Qarabağ”ın prezidenti Tahir Gözəl şəhərdə keçirilən festivalda ona çay verən çayçıya 50 manat bəxşiş verib. CityPost.az  xəbər verir ki, həmin an çəkilən görüntülər maraqla qarşılanıb. Görüntüləri təqdim edirik:

03 May 2026, 11:52