Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib
Sənət aləmi 04 May 2026, 14:00
302
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) nəzdində fəaliyyət göstərən “Şuşa” Azərbaycan Musiqi Mərkəzi Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc azərbaycanlı musiqi ifaçılarının müsabiqəsinə ərizələrin qəbulunun başlandığını elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqə vokal, instrumental ifaçılıq və Azərbaycan rəqsi də daxil olmaqla bir neçə kateqoriya üzrə gənc ifaçılar üçün açıqdır. İştirakçılar xalq mahnılarını, Azərbaycan bəstəkarlarının əsərlərini, instrumental kompozisiyaları və rəqs proqramlarını təxminən bir dəqiqəlik video formatında təqdim etməyə dəvət olunurlar.
Ərizələr 15 may tarixinə qədər qəbul ediləcək və [email protected] ünvanına göndəriləcək. İştirakçının adı və soyadını, təhsil müəssisəsini, əsərin müəllifini və ya rəqsin adını, eləcə də əlaqə telefon nömrəsini qeyd etmək tələb olunur.
Həmçinin oxuyun
Müsabiqədən sonra 24 may 2026-cı il tarixində Moskvadakı RAGB Gənclər Mərkəzində qaliblərin iştirakı ilə bayram konserti keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yazıçı Nihat Pirin ilk hekayələr kitabı nəşr olunub
Yazıçı Nihat Pirin ilk hekayələr kitabı nəşr olunub.Citypost.az xəbər verir ki, "Miraj" adlı hekayələr toplusunun redaktoru yazıçı Həmid Piriyev, korrektoru Arifə Kərimzadə, rəssamı Aynur Aydın, dizayneri isə Vüsal Abdullazadədir.Müəllifin ilk kitabı "Çardaq" nəşriyyatında işıq üzü görüb.Kitabın yaxın günlərdə təqdimat mərasimi və imza gününün keçirilməsi də nəzərdə tutulur.
04 May 2026, 13:05
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb
Xalq artisti Arif Babayevin I Fəxri xiyabanda – məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.APA xəbər verir ki, abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.
30 Aprel 2026, 16:33
“Qəbələdə kino günləri” başlayır
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə aprelin 29-dan mayın 1-dək “Qəbələdə kino günləri” keçiriləcək.Bu barədə Citypost.az-a AKİ-dən məlumat verilib.Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın müasir, tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.Bu təşəbbüsün əsas məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, regionlarda kino mədəniyyətini canlandırmaq və xüsusilə gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları tədbirin əsas hissəsini təşkil edir.Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri”, “Gəncədə kino günləri” və digər bölgələrdə silsilə tədbirlər...
28 Aprel 2026, 14:04
Gənc yazarın həyatı film olur - FOTOLAR
Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq. Citypost.az xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur.Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev də çəkilib. Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub.Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların daxili dünyasını göstərmək olduğunu vurğulayıb.Qeyd edək ki, filmin çəkilişləri Sumqayıt şəhərində aparılıb. Ekran işinin yerli tamaşaçılarla yanaşı, müxtəlif qısametrajlı film festivallarına...
28 Aprel 2026, 12:13
70 yaşın astanasında – Əliqismət Lalayevlə müsahibə
Bu ilin iyul ayında görkəmli sənətşünas, pedaqoq Əliqismət Lalayevin 70 yaşı tamam olur. Onu sahib olduğu fəxri adlarla təqdim etmək kifayətdir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Fəxri mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent… Bu titullar hər kəsə nəsib olmur.Əliqismət müəllim hazırda təcrübəli pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında fəaliyyət göstərir, mədəniyyətimiz, teatr və xoreoqrafiya sənəti üçün kadrların hazırlanmasına böyük töhfə verir. O, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü kimi müxtəlif tədbirlərdə fəal iştirak edir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq mədəniyyətin müxtəlif sahələrinə dair...
28 Aprel 2026, 10:46
Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib
Moskvada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib.APA-nın Moskva müxbiri xəbər verir ki, “Poliloq” fondunun dəstəyi ilə keçirilən təqdimat məşhur kinorejissor Eldar Ryazanovun yaradıcılıq emalatxanasında - “Eldar” kinoteatrında baş tutub.“Tağıyev: Neft” bədii filmi kinoteatrın fərqli zallarında həm rus dilində, həm də Azərbaycan dilində nümayiş olunub.Nümayişindən sonra filmin rejissoru Zaur Qasımlı, prodüseri Orman Əliyev, baş rolun ifaçısı Xalq artisti Pərviz Məmmədrzayev və filmdə rol alan digər aktyorlar tamaşaçıların suallarını cavablandırıblar.Rejissor filmin ikinci, üçüncü və dördüncü hissələrinin də Moskvada bu formatda təqdimatının keçirilməsi ideyasının olduğunu bildirib.Qeyd edək ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi...
23 Aprel 2026, 14:15