Bizə yazın

Baku

-°C

USD

-

FHN: Ötən həftə 127 yanğına çıxış olub, 37 nəfər xilas edilib

Cəmiyyət 04 May 2026, 09:44

359

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 127 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə CityPost.az FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bidirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 4 nəfərin meyiti təhvil verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DYP skuter istifadəçilərinə müraciət edib 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi skuter istifadəçilərinə müraciət edib.İdarədən Citypost.az-a verilən xəbərə görə, müraciətdə deyilir:"Məsuliyyətsizlik faciəyə səbəb ola bilər. Xüsusilə paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin, skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır".Qeyd olunub ki, skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:Bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);Piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;İşıqfor və yol nişanlarının tələblərinə...

04 May 2026, 10:46

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində video-çıxış edəcək 

Bu gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti başlayır.Citypost.az xəbər verir ki, sammitin açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev video-çıxış edəcək.Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

04 May 2026, 10:10

Bakının bu yollarında sıxlıq var 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;4. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;9. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;10. 28 May küçəsi,...

04 May 2026, 08:20

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü 

Lerik rayonunda bədbəxt hadisə baş verib.  CityPosT.az  xəbər verir ki, hadisə rayonun Laman kəndində qeydə alınıb. Belə ki, rayonun Laman kənd sakini, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlunu həyətində ildırım vuraraq öldürüb.  Unikal.az

03 May 2026, 22:38

DİQQƏT! Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı 

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".CityPost.az  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.O, daha sonra əlavə edib:"1-2 halı çıxmaq şərti ilə hələ ki əhali tərəfindən kütləvi müraciət yoxdur. Əsasən də Mərdəkan və Buzovna zonasında, bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib....

03 May 2026, 17:19

"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib 

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.CityPost.az-ın xəbərinə görə, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.Qeyd edək ki, bu il Bakı Marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb....

03 May 2026, 14:17