Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Cəmiyyət 07 May 2026, 12:30
38557
İnsanın vəzifəsi səviyyəsindən qat-qat yuxarı, üstün olanda çox vaxt adətən özünü apara bilmir, idarəetməni itirir.
Həyatda sıfıra bənzəyən insanlar da var. Onlar hər zaman qarşılarında hansısa bir rəqəmə ehtiyac duyurlar. Əks təqdirdə onlar heç kəsə və ya sıfıra çevrilirlər.
Saat zamanı göstərdiyi kimi, zaman da səbirlə hər şeyi öz süzgəcindən keçirərək kimin-kim olduğunu göstərir, ortaya qoyur.
Layiq oldu-olmadı özündən vəzifəlinin,varlının gözünə girmək üçün onu həddindən artıq tərifləmək, ona yaltaqlanmaq-yalmanmaq, insanın kiçikliyini - yəni sıfır olduğunu göstərir. Böyük bir rayonun Mərkəzi Xəstəxanasının direktoru görəsən özünə necə sığışdırır ki, gedib kiminsə bağında kababçılıq etsin. Dünən bağında qonaq-qarasının kabab bişirdiyi adam vəzifədən uzaqlaşdırılan kimi, oturduğu kreslo hələ soyumamış onu "əyyaş", "içki düşkünü" adlandırsın...
Yəqin ki, bildiniz… Söhbət TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovun, ən sevimli kadrlarından olan İmişli Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovdan gedir.Bu şəxs haqqında sosial şəbəkələrdə artıq kifayət qədər məlumatlar mövcuddur. Citypost.az-da onun barəsəndə kifayət qədər faktlara, sübutlara və tutarlı dəlillərə əsaslanan xəbərlər verib.
Şahin Qurbanov mətbuatda ifşa ediləndən dərhal sonra dar çərçivədə toplantı keçirib. Tabeliyində olan həkimlərə hətta müqəddəs kitaba and içərək bildirib ki, V.Qurbanovun bağında guya kababçılıq etməyib… Şərdi,böhtandır.
Bu insan başa düşmək istəmir ki, onun barəsində söhbət gedən hərəkətlərinə dair fotolar mövcuddur. O fotoları biz çəkməmişik, onları bizə Şahin Qurbanovun özünün yaxın adamları təqdim ediblər. Əlimizdə Şahin Qurbanovun anoloji işlə məşğul olduğuna dair digər foto-şəkilləri də var. Sadəcə, etika naminə biz onları hələlik yayımlamağı peşəkarlıqdan uzaq hesab edirik. Yalançıdan nə üçün yalan danışdığını soruşmağa dəyməz, çünki O özünün haqlı olduğunu sübut etmək üçün açıqlama verərkən yenidən yalan danışacaq və bir qədər də alt qata düşəcək. Biz isə bunu istəmirik. Ona görə ki, artıq hər şey bəllidir.
Ş.Qurbanov barədə TƏBİB-in yeni rəhbər heyətində də onsuzda bizli-bizsiz kifayət qədər məlumatlar var. Şahin Qurbanov Anar Bayramov TƏBİB-ə icraçı direktor təyin edilən günün səhəri dar çərçivədə 5 dəqiqəlik keçirərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində vaxtı ilə eyni dövrdə çalışdığı və orada çalışanların növbə ilə TƏBİB-də müxtəlif rəhbər vəzifələrə gətirilmələrinə rəğmən bildirmişdi ki, "Anar müəllim, bizim adamdı".
Görünür, Şahin Qurbanov Vüqar Qurbanovun bağ evində qonaqlara kabab bişirmək bacarığından savayı, həm də dövrün rənginə bürünmək istedadına malikdir.
Bu yerdə Xalq şairi Qabilin aşağıdakı misralarını xatırlatmaq yerinə düşər:
Həmçinin oxuyun
Kişi - kişi olar adam dolamaz,
Kişi təslim olar, quyruq bulamaz,
Min cür dona girib, vəzifə üçün…
Özgə qabağında boşqab yalamaz.
Citypost.az-a İmişlidən zəng edib Şahin Qurbanovun müavinlərindən birinin əli ilə ayrı-ayrı şəxslərdən xeyli miqdarda aldığı pulun müqabilində müxtəlif vəzifələrə və texniki işlərə təyin etdiyi və hələlik təyin edə bilmədiyi adamların siyahısını göndəriblər. Həmin siyahıdakı adların və alınan pulların məbləğini yaxın günlərdə tam araşdırma aparmaqla, dəqiqləşdirdikdən sonra ictimaiyyətə təqdim edəcəyik.
Belə getsə, yəqin ki, çox keçmədən Şahin Qurbanovun da səsi İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev kimi, tezliklə müvafiq Dövlət Orqanlarının istintaq otaqlarından gələcək.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda - Qərar verildi
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar. Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və “Sabunçu Emin”ə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun...
25 Oktyabr 2026, 19:19
Çox istərdim bütün türk xalqları da yəhudilər kimi elmli və savadlı olsunlar!
Çox istərdim bütün türk xalqları yəhudilər kimi öz qədim inanclarında qalsınlar, heç bir yabançı dinə tapınmasınlar!Çox istərdim bütün türk xalqları yəhudilər kimi öz vətənini müqəddəs torpaq adlandırsınlar və lazım gələndə onun uğrunda vuruşsunlar!Çox istərdim bütün türk dövlətləri özlərini İsrail dövləti kimi qorusunlar və gözlənilən hər cür təhlükənin qarşısını əvvəlcədən ala bilsinlər! Kənar şərləmələrdən, yalançı antiyəhudi təbliğatlarından asılı olmayaraq İsrail dövləti kimi sülhsevər olsunlar!Toxunmayana, toxunmaq istəməyənə toxunmasınlar!Arzu edirəm bütün türk dövlətləri özünə dost bildiyi dövlətlərlə sədaqətli dostluq etsinlər, eynən İsrail dövləti kimi! Elmi, mədəniyəti, tərəqqini hər şeydən üstün tutsunlar!Çox istərdim türk xalqlarının aydınları da dünya yəhudiləri kimi öz elmi-zəkası ilə bəşəriyətə xeyir versinlər!!!...
25 Oktyabr 2026, 15:40
CƏHALƏT - GÜNAY YELMAZRQIZI YAZIR
Keçmiş Misir prezidenti Ənvər Sədatı öldürən adama hakim sual verir:-- Sədatı niyə öldürdün?Qatil:-- Çünki layiq idi!Hakim:-- Layiq nə deməkdir?Qatil:-- Bilmirəm!Misirli məşhur ədəbiyyatçı Nəcip Mahfuzu öldürmək istəyən, amma bacarmayan müqəssirdən hakim soruşar:-- Niyə vurdun?Müqəssir:-- "Küçə uşaqlarının xəyalları" adlı kitab yazdığı üçün.Hakim:-- Yaxşı, o kitabı oxudunmu?Müqəssir:-- Xeyr.Hakim yazıçı Fərəc Fodayı öldürən terroristlərdən soruşar:--- Niyə öldürdünüz?Günahkarlar:-- Çünki kafir idi.Hakim:-- Haradan anladınız? Hansı kitabından bu nəticəyə gəldiniz?Günahkarlar:-- Biz oxuma, yazma bilmirik.Hakim:-- NƏ??? BU dünyada az bilən, çox inanan insandan daha təhlükəlisi yoxdur. CƏHALƏT ən böyük fəlakətdir!Ona görə OXUYUN!!! KİTABLAR OXUYUN! OXUDUN!...
25 Oktyabr 2026, 15:00
Tarixin ilk hava bombardmanı necə baş verdi?
Tarix 1911-ci ili göstərəndə Osmanlı imperiyası ilə İtaliya arasında başlayan Trablis müharibəsi (Trablusgarp Savaşı) təkcə Şimali Afrikanın taleyini həll etmədi, həm də dünya hərb tarixinin gedişatını kökündən dəyişdi. XX əsrin əvvəllərinə qədər düşmən ordularının mövqelərini öyrənmək üçün əsasən hava balonlarından istifadə olunurdusa, Trablis müharibəsi təyyarənin daha ölümcül və hərbi məqsədlərlə istifadə edildiyi ilk arena oldu.İtaliya ordusu bu müharibəyə xüsusi hazırlıq görərək Trablisə 9 təyyarə və 11 pilot göndərmişdi. İlk olaraq italyan pilot Karlo Piazza Tripoli üzərində kəşfiyyat uçuşu həyata keçirərək tarixdə ilk hava kəşfiyyatına imza atdı. Lakin aviasiyanın imkanları bununla bitmədi.11 noyabr 1911-ci ildə hərb tarixinin ilk hava bombardmanı baş verdi. İtalyan leytenantı Culio...
25 Oktyabr 2026, 14:30
Saleh Səmədova ağır İTKİ ÜZ VERİB
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədova ağır itki üz verib.CityPost.az xəbər verir ki,Saleh Səmədovun bacısı dünyasını dəyişib.Məlumata görə,Yeksarə Səmədova dünən xəstəlik səbəbindən vəfat edib.Onunla vida mərasimi İmişli rayonunda baş tutub.Qeyd edək ki,vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.Xatırladaq ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra...
25 Oktyabr 2026, 14:23
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, oktyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
25 Oktyabr 2026, 14:19