Tural İrfan: “Xalqın dərdini yaşamayan kasıblığı anlaya bilməz”
Cəmiyyət 25 May 2026, 08:55
23720
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bəzi ictimai şəxslərin xalqa münasibətini sərt tənqid edib.
Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, xalq yazıçısı, jurnalist və əməkdar artistlərin xalqa, yaxud xalqın bir hissəsinə qarşı istifadə etdiyi aşağılayıcı ifadələr siniflərarası məsafənin nə qədər dərinləşdiyini göstərir. Müəllifin fikrincə, həmin şəxslərin püskürdüyü hiddət və daxili nifrətə qarşı cəmiyyətin verdiyi gərgin reaksiyalar ölkədəki sosial-psixoloji vəziyyətin nə qədər ağır olduğunu açıq şəkildə ortaya qoyur.
Tural İrfan qeyd edib ki, bir müddət əvvəl də siyasi təşkilat sədrlərindən biri jurnalisti açıq şəkildə söyüşlə təhqir etmişdi. O hesab edir ki, bəzi məmurların və “məmurlaşmış” ictimaiyyət nümayəndələrinin bu cür qeyri-təbii və təxribat xarakterli çıxışlarına insanların dərhal mənfi reaksiya verməsi onların xalqın içində olmadığını göstərir.
“Onlar ictimai nəqliyyatdan istifadə etmirlər, nisyə çörək alan dörduşaqlı ailələri tanımırlar, pensiyası dərmanına çatmayan qocaların ümidsiz gözlərinə baxmayıblar”, – deyə müəllif vurğulayıb.
Yazıda kasıblığın yalnız yaşayanların anlaya biləcəyi bir hiss olduğu qeyd edilir. Müəllif qaz sayğacında pulun bitməsi, uşağa məktəbə gedərkən kökə pulu verə bilməmək, borcla toy məclisinə qatılmaq, qazancsız günün axşamı uşaqların yanına əliboş qayıtmaq kimi nümunələrlə sosial çətinliklərin insan həyatında yaratdığı ağrıları təsvir edib.
Həmçinin oxuyun
Tural İrfan xəstəxanalarda uzun növbələrdə ac gözləyənləri, son manatını dərmana verib evə piyada qayıdanları, uşağının meyvə istəyini qarşılamayan anaları, gecələr zibil qablarından yararlı nəsə axtaran qadınları və körpü altında dilənən insanları misal çəkərək bildirib ki, bu ağrıları yaşamayan kasıbın dərdini anlaya bilməz.
Siyasətçi hesab edir ki, xalqı duymaq üçün sadəcə onun arasında olmaq kifayət deyil, xalqın dərdini, ağrısını və kasıblığını yaşamaq lazımdır.
“Sosial problemlər və ehtiyaclar içində yaşayan insanları üstəlik təhqir etmək, aşağılamaq siniflərarası sosial məsafənin nə qədər uzun olduğunu göstərir. Hətta bu məsafə o qədər böyüyüb ki, biri dediyini o biri eşitmir, anlamır”, – deyə açıqlamada bildirilir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda - Qərar verildi
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar. Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və “Sabunçu Emin”ə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun...
25 Oktyabr 2026, 19:19
Çox istərdim bütün türk xalqları da yəhudilər kimi elmli və savadlı olsunlar!
Çox istərdim bütün türk xalqları yəhudilər kimi öz qədim inanclarında qalsınlar, heç bir yabançı dinə tapınmasınlar!Çox istərdim bütün türk xalqları yəhudilər kimi öz vətənini müqəddəs torpaq adlandırsınlar və lazım gələndə onun uğrunda vuruşsunlar!Çox istərdim bütün türk dövlətləri özlərini İsrail dövləti kimi qorusunlar və gözlənilən hər cür təhlükənin qarşısını əvvəlcədən ala bilsinlər! Kənar şərləmələrdən, yalançı antiyəhudi təbliğatlarından asılı olmayaraq İsrail dövləti kimi sülhsevər olsunlar!Toxunmayana, toxunmaq istəməyənə toxunmasınlar!Arzu edirəm bütün türk dövlətləri özünə dost bildiyi dövlətlərlə sədaqətli dostluq etsinlər, eynən İsrail dövləti kimi! Elmi, mədəniyəti, tərəqqini hər şeydən üstün tutsunlar!Çox istərdim türk xalqlarının aydınları da dünya yəhudiləri kimi öz elmi-zəkası ilə bəşəriyətə xeyir versinlər!!!...
25 Oktyabr 2026, 15:40
CƏHALƏT - GÜNAY YELMAZRQIZI YAZIR
Keçmiş Misir prezidenti Ənvər Sədatı öldürən adama hakim sual verir:-- Sədatı niyə öldürdün?Qatil:-- Çünki layiq idi!Hakim:-- Layiq nə deməkdir?Qatil:-- Bilmirəm!Misirli məşhur ədəbiyyatçı Nəcip Mahfuzu öldürmək istəyən, amma bacarmayan müqəssirdən hakim soruşar:-- Niyə vurdun?Müqəssir:-- "Küçə uşaqlarının xəyalları" adlı kitab yazdığı üçün.Hakim:-- Yaxşı, o kitabı oxudunmu?Müqəssir:-- Xeyr.Hakim yazıçı Fərəc Fodayı öldürən terroristlərdən soruşar:--- Niyə öldürdünüz?Günahkarlar:-- Çünki kafir idi.Hakim:-- Haradan anladınız? Hansı kitabından bu nəticəyə gəldiniz?Günahkarlar:-- Biz oxuma, yazma bilmirik.Hakim:-- NƏ??? BU dünyada az bilən, çox inanan insandan daha təhlükəlisi yoxdur. CƏHALƏT ən böyük fəlakətdir!Ona görə OXUYUN!!! KİTABLAR OXUYUN! OXUDUN!...
25 Oktyabr 2026, 15:00
Tarixin ilk hava bombardmanı necə baş verdi?
Tarix 1911-ci ili göstərəndə Osmanlı imperiyası ilə İtaliya arasında başlayan Trablis müharibəsi (Trablusgarp Savaşı) təkcə Şimali Afrikanın taleyini həll etmədi, həm də dünya hərb tarixinin gedişatını kökündən dəyişdi. XX əsrin əvvəllərinə qədər düşmən ordularının mövqelərini öyrənmək üçün əsasən hava balonlarından istifadə olunurdusa, Trablis müharibəsi təyyarənin daha ölümcül və hərbi məqsədlərlə istifadə edildiyi ilk arena oldu.İtaliya ordusu bu müharibəyə xüsusi hazırlıq görərək Trablisə 9 təyyarə və 11 pilot göndərmişdi. İlk olaraq italyan pilot Karlo Piazza Tripoli üzərində kəşfiyyat uçuşu həyata keçirərək tarixdə ilk hava kəşfiyyatına imza atdı. Lakin aviasiyanın imkanları bununla bitmədi.11 noyabr 1911-ci ildə hərb tarixinin ilk hava bombardmanı baş verdi. İtalyan leytenantı Culio...
25 Oktyabr 2026, 14:30
Saleh Səmədova ağır İTKİ ÜZ VERİB
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədova ağır itki üz verib.CityPost.az xəbər verir ki,Saleh Səmədovun bacısı dünyasını dəyişib.Məlumata görə,Yeksarə Səmədova dünən xəstəlik səbəbindən vəfat edib.Onunla vida mərasimi İmişli rayonunda baş tutub.Qeyd edək ki,vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.Xatırladaq ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra...
25 Oktyabr 2026, 14:23
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, oktyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
25 Oktyabr 2026, 14:19