Bizə yazın

Baku

-°C

USD

-

YAŞAYIR — Rafiq Yusifoğlunun şeiri 

Cəmiyyət 04 Sentyabr 2026, 13:28

247

YAŞAYIR

Yarpaqları tökülsə də,

Bu arsız budaq yaşayır.

Heyva həsrətdən saralıb,

Bağban köçüb, bağ yaşayır!

Unut, oğulsansa, unut!

Yaralı qəlbimi ovut!

Gözümüzdə qara bulud, 

Saçımızda ağ yaşayır.

Həsrətdən şam tək əridim,

Üstümə duman yeridi,

Sevirsə, insan diridi, 

Yanırsa, ocaq yaşayır...

Başımızda şimşək çaxıb,

Gözümüzdən sellər axıb,

Dağlardan əlimiz çıxıb, 

Qəlbimizdə dağ yaşayır...

Rafiq Yusifoglu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq 

Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək."Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır", - məlumatda qeyd olunub....

04 Sentyabr 2026, 13:41

 Mikayıl Müşfiqin üzünə durubmuş...

Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş, yazıçı, tərcüməçi Seyfulla Şamilovu, ədəbiyyat tarixində təkcə ədəbi fəaliyyəti yox, həm də çirkin siyasi fəaliyyətinə görə xatırlamaq lazımdır. Lap daha dəqiq, Mikayıl Müşfiqin ölümünə görə. Repressiya dövründə sürgün belə edilən Seyfulla Şamilov, “Leninin pedaqoji üsulları", “Dördüncü il", Laçın", ”Nigarın məcarası" kimi kitabların da müəllifidir. Ancaq tarix onun kitablarını ədəbiyyat olaraq xatırlamır. Maraqlıdır, bəs o, eyni zamanda həm də hansı siyasi çirkin əməllərə sahib olub?Konkret desək, o, Mikayıl Müşfiqin əleyhinə ən kəskin və birbaşa ifadə verən şəxslərdən biridir. Daha dəqiq, Seyfulla Şamilov birbaşa olaraq NKVD-yə verdiyi ifadədə Müşfiqi "əksinqilabi müsavatçı gənclər təşkilatının üzvü" olmaqda ittiham edib. Başqa sözlə desək, üzünə durub. Bəli, 29...

04 Sentyabr 2026, 13:35

Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq 

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.Citypost.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.Bildirilib ki, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.2026-cı...

04 Sentyabr 2026, 13:06

 Həsən Rəhmanovu, o “sənəd cəlladı”nı tanıyırıqmı?

Görünən odur ki, bu gün repressiya illəri xatırlananda yada daha çox yazıçılar, şairlər, yəni məsələn, Əhməd Cavadlar, Mikayıl Müşfiqlər, Hüseyn Cavidlər, bir sözlə, ümumən ziyalı kəsim düşür. Əlbəttə, məlum, o qanlı repressiya illərində minlərlə ziyalımız amansızcasına öldürüldü, özlərinə, ailələrinə divan tutuldu.Bütün bunlar sistemin tələbi olmaqla yanaşı, artıq bir yerdən sonra bu prosesin içində olanların da sevimli məşğulliyyətinə çevrilmişdi. Bəs yaxşı, bu proseslərdə həm də rolu, qolu, ruhu olan Həsən Rəhmanovu, o “sənəd cəlladı”nı tanıyırıqmı?O Həsən Rəhmanov ki, sovet repressiyaları tarixində adı Azərbaycan ziyalılarına qarşı həyata keçirilən amansız təqiblərlə bağlı çəkilən şəxslərdən biridir. Əlbəttə, kimlərsə deyə bilər ki, bütün qərarlar yuxarıdan gəlirdi. Doğrudan da,...

04 Sentyabr 2026, 12:50

Binəqədidə yol hərəkəti dəyişir – YENİ QAYDALAR

Hazırda Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olunur. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması...

04 Sentyabr 2026, 12:40

Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya olunub 

Azərbaycan vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.Bu səbəbdən də barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.Hər iki şəxs Rusiyada saxlanılaraq...

04 Sentyabr 2026, 12:36