Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlılara işgəncə verən erməni müstəntiq

Cəmiyyət 04 Sentyabr 2026, 14:51

3219

Stalin repressiyaları zamanı Azərbaycanlı ziyalılara, Hüseyn Cavidə, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərə işgəncələr verənlər suyahasında adları çəkilən Sinman, Qalstyan, Avanesyan, Borşev və digərlərinin adı çəkilir. 

Bunlardan biri yəhudi olan Sinman əslində özünü Süleymanov adı ilə tanıtsa da əslində o yəhudi olub. Lev Abramoviç Sinman məhbuslara qarşı psixoloji və fiziki zorakılıq tətbiq etməklə fərqlənib və onlara qondarma "əks-inqilabi təşkilatın üzvü" olduqlarını məcburi şəkildə qəbul etdirib. Bu barədə yazı olacaq. 

Burda adı çəkilənlər içərisində Azərbaycan xalqına elə Azərbaycanlıların əli ilə işgəncələr verən Qalstayan barədə sizə məlumat vermək istəyirəm. Mikayıl Müşfiq və Salman Mümtaz istintaqında müstəntiq kimi iştirak edən bu erməninin iki azərbaycanlı köməkçisi olub. Şirəliyev və Məmmədov. Qeyd edim ki, bu iki şəxs barədə də araşdırma olacaq.

 Onların əli ilə Azərbaycanlı ziyalılara zülmlər verən erməni müstəntiq Salman Mümtaza ittiham aktı etməklə qalmadı, onun evində olan bütün əlyazmaları daşıyıb aparıb. 

 Qalstyan Azərbaycan SSR NKVD-sinin Gizli Siyasi Şöbəsinin aparıcı müstəntiqlərindən və bölmə rəislərindən biri olub.

O eyni zamanda Mikayıl Müşfiqin dindirilməsini aparan əsas şəxslərdən biri o idi. Müşfiq məhz Qalstyan və onun köməkçiləri olan Məmmədov və Şirəliyevin işgəncələrinə dözməyərək, digər yazıçıların üzünə durmamaq üçün NKVD zirzəmisində intihara cəhd etmiş, lakin buna imkan verilməmişdi.

Qalstyan təkcə Müşfiqin yox, dahi şair Əhməd Cavadın, böyük türkoloq Bakır Çobanzadənin də istintaqın aparanlardan biri olub. 

Qalstyan məhbusları məhv etmək üçün tamamilə ağılasığmaz tələlər qururdu. Məsələn, görkəmli azərbaycanlı türkoloq alim, professor Vəli Xuluflunun istintaqını apararkən onun kitabında olan sözləri anti sovet və anti Stalin kimi sənədlərdə qeyd edirdi.

Bəzən özünü "həkim" kimi təqdim edərək kamerada olan şəxslərdən "etiraf" əldə etməyə cəhd edirdi. 

Qalstyanın istintaq metodu başdan ayağa işgəncələr ilə dolu idi. Müttəhim başqa bir dostunun üzünə durmazdan əvvəl Qalstyan tərəfindən o dərəcədə işgəncəyə məruz qalırdı ki, üzləşmə otağına gələndə müstəntiqin istədiyi hər bir yalanı kor-koranə təsdiqləyirdi

Professor Cəlal Qasımov özünün elmi məqalələrində bilavasitə Konstantin Qalstyanın sənədlərini üzə çıxarıb. O, Qalstyanın 23 sentyabr 1937-ci ildə rəisi Sumbatova yazdığı rəsmi məruzəni tapıb dərc edib. Həmin sənəddə leytenant Qalstyan fəxrlə yazırdı:

"Mən, 12493 nömrəli istintaq işinə baxaraq belə nəticəyə gəldim: Vəli Xuluflu əksinqilabi millətçi təşkilatın üzvü, ziyanverici və terrorçudur..."

Ziya Bünyadov,Aslan Kənan, professor Şəfəq Nasir və digərlərinin araşdırmalarında bu cəllad barədə kifayət qədər məlumat var. 

O, Azərbaycan ziyalılarına xüsusi nifrəti ilə seçilən digər erməniləri başına toplayır və guya 1915-ci ildə baş verən hadisənin qisasını almağa cəhd edirdi. 

NKVD-nin daxilində xüsusi olaraq saxlanılan və hər bir sənədə qol çəkməyə məcbur edilən "peşəkar şahidlər" var idi ki, təssüflər olsun ki, içərilərində azərbaycanlılar da var idi. 

Azərbaycanın intellektual elitasını məhv etməklə xalqı ziyalısız qoymaq, savadsızlaşdırmaq və gələcəkdə Azərbaycana qarşı qaldırılacaq torpaq iddialarına müqavimət göstərə biləcək heç bir güclü fikir adamı buraxmamaq onun əsl niyyəti idi 

1937–1938-ci illərdəki kütləvi güllələnmə planlarını yerinə yetirdiyi üçün ona "Qırmızı Ulduz" ordeni verildi.

Qalstyan 19 aprel 1938-ci il tarixli Moskva "Stalin siyahısı"na daxil edilmişdir. Vəzifə səlahiyyətlərini aşmaq və qanunsuzluq ittihamı ilə 1938-ci ilin aprelində Moskvada güllələnmişdir

O dövrdə onun ziyalılara etdikləri barədə qəzet materiallarını oxuya bilərsiniz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Bu gün Qazaxıstan Respublikası Sizin yürütdüyünüz düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qazaxıstanın ildən-ilə yeni uğurlara imza atmasının şahidi olmaqdan, uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik.Müntəzəm qarşılıqlı səfərlərimiz, görüşlərimiz, ali səviyyədə fəal dialoqumuz ikitərəfli münasibətlərimizin daha sürətlə inkişafında, strateji tərəfdaşlığımızın,...

25 Oktyabr 2026, 11:22

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub.CityPost.az-ın məlumatına görə, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçularını salamlayıblar.Dəstək aksiyası zamanı Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti ön plana çəkilib.Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq.Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat...

25 Oktyabr 2026, 10:50

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Oktyabrın 24-də Vətən müharibəsi şəhidləri Abbasov Murad Vasif oğlunun və Məmmədli Elməddin Anar oğlunun anım günüdür.Citypost.az  xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri şəhidlərin Şıxakəran və Velədi kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailələri ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

24 Oktyabr 2026, 15:46

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10