Bizə yazın

Baku

-°C

USD

-

Bu şəhərlərdə güzəştli mənzillər satışa çıxarıldı

Cəmiyyət 04 Sentyabr 2026, 15:28

211

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 04.09.2026-cı il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.

Citypost.az  xəbər verir ki, bu saata olan məlumata görə, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayıb və 16:00-dək davam edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub

Azərbaycanda qızıl qaçaqmalçılığında ittiham olunan 5 nəfərə hökm oxunub.APA-nın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.Onlardan 3-ü məhkəmə zalında həbs olunub.Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar.Bunun üçün ümumilikdə 215 min manat...

04 Sentyabr 2026, 15:15

391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb 

107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, "YAŞAT" Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.Müsahibələrin 14 sentyabr – 29 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır....

04 Sentyabr 2026, 15:00

Azərbaycanlılara işgəncə verən erməni müstəntiq

Stalin repressiyaları zamanı Azərbaycanlı ziyalılara, Hüseyn Cavidə, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərə işgəncələr verənlər suyahasında adları çəkilən Sinman, Qalstyan, Avanesyan, Borşev və digərlərinin adı çəkilir. Bunlardan biri yəhudi olan Sinman əslində özünü Süleymanov adı ilə tanıtsa da əslində o yəhudi olub. Lev Abramoviç Sinman məhbuslara qarşı psixoloji və fiziki zorakılıq tətbiq etməklə fərqlənib və onlara qondarma "əks-inqilabi təşkilatın üzvü" olduqlarını məcburi şəkildə qəbul etdirib. Bu barədə yazı olacaq. Burda adı çəkilənlər içərisində Azərbaycan xalqına elə Azərbaycanlıların əli ilə işgəncələr verən Qalstayan barədə sizə məlumat vermək istəyirəm. Mikayıl Müşfiq və Salman Mümtaz istintaqında müstəntiq kimi iştirak edən bu...

04 Sentyabr 2026, 14:51

Bakıda bal yarmarkası keçiriləcək 

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır. Citypost.az  xəbər verir ki, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək. Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə)  və 30...

04 Sentyabr 2026, 14:38

Ştirnerdən Bazarova anarxizm 

Kulis.az Fəxri Uğurlunun "Ştirnerdən Bazarova anarxizm" adlı yazısını təqdim edir.İvan Sergeyeviç Turgenevin “Atalar və oğullar” romanı haqqındaBədii əsər onu yazanın xəyalı, yuxusudur. Yazıçının yuxusunu doğru-düzgün yozmaq üçün onun söykəndiyi fəlsəfi-estetik prinsiplərdən, onun dünyagörüşündən xəbərdar olmalısan. Məsələn, Dostoyevskinin, Tolstoyun əsərlərini İncilə, xristianlığa istinad eləmədən tam mənimsəmək mümkün deyil. Qonçarovun “Oblomov”undan danışanda biz onun genetik şəcərəsini Şopenhauerə, buddizmə calamağa çalışdıq. İndi də İvan Turgenevin “Atalar və oğullar” romanına ideya əcdadı tapmağa cəhd göstərək.Turgenev bu mənada çox qapalı yazıçıdır, onun məramını, verdiyi mesajları tutmaq, anlamaq asan deyil. Ona baxanda Dostoyevskinin də, Tolstoyun da, hətta Qonçarovun da məramı daha əlçatandır, ideyaları daha üzdədir. Turgenev...

04 Sentyabr 2026, 14:29

DYP Biləcəriyə gedən yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq."Qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin...

04 Sentyabr 2026, 14:18