Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlılara işgəncə verən erməni müstəntiq    

Cəmiyyət 04 Sentyabr 2026, 16:10

3317

Stalin repressiyaları zamanı Azərbaycanlı ziyalılara, Hüseyn Cavidə, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərə işgəncələr verənlər suyahasında adları çəkilən Sinman, Qalstyan, Avanesyan,  Borşev  və digərlərinin adı çəkilir. 

Bunlardan biri yəhudi olan Sinman əslində özünü Süleymanov adı ilə tanıtsa da əslində o yəhudi olub. Lev Abramoviç Sinman məhbuslara qarşı psixoloji və fiziki zorakılıq tətbiq etməklə fərqlənib və onlara qondarma "əks-inqilabi təşkilatın üzvü" olduqlarını məcburi şəkildə qəbul etdirib. Bu barədə yazı olacaq. 

Burda adı çəkilənlər içərisində Azərbaycan xalqına elə Azərbaycanlıların əli ilə işgəncələr verən Qalstayan barədə sizə məlumat vermək istəyirəm. Mikayıl Müşfiq və Salman Mümtaz istintaqında müstəntiq kimi iştirak edən bu erməninin iki azərbaycanlı köməkçisi olub. Şirəliyev və Məmmədov. Qeyd edim ki, bu iki şəxs barədə də araşdırma olacaq.

 Onların əli ilə Azərbaycanlı ziyalılara zülmlər verən erməni müstəntiq Salman Mümtaza ittiham aktı etməklə qalmadı, onun evində olan bütün əlyazmaları daşıyıb aparıb. 

 Qalstyan  Azərbaycan SSR NKVD-sinin Gizli Siyasi Şöbəsinin aparıcı müstəntiqlərindən və bölmə rəislərindən biri olub.

O eyni zamanda Mikayıl Müşfiqin dindirilməsini aparan əsas şəxslərdən biri o idi. Müşfiq məhz Qalstyan və onun köməkçiləri olan Məmmədov və Şirəliyevin işgəncələrinə dözməyərək, digər yazıçıların üzünə durmamaq üçün NKVD zirzəmisində intihara cəhd etmiş, lakin buna imkan verilməmişdi.

Qalstyan təkcə Müşfiqin yox, dahi şair Əhməd Cavadın, böyük türkoloq Bakır Çobanzadənin də istintaqın aparanlardan biri olub. 

Qalstyan məhbusları məhv etmək üçün tamamilə ağılasığmaz tələlər qururdu. Məsələn, görkəmli azərbaycanlı türkoloq alim, professor Vəli Xuluflunun istintaqını apararkən onun kitabında olan sözləri anti sovet və anti Stalin kimi sənədlərdə qeyd edirdi.

Bəzən özünü "həkim" kimi təqdim edərək kamerada olan şəxslərdən "etiraf" əldə etməyə cəhd edirdi. 

Qalstyanın istintaq metodu başdan ayağa işgəncələr ilə dolu idi. Müttəhim başqa bir dostunun üzünə durmazdan əvvəl Qalstyan tərəfindən o dərəcədə işgəncəyə məruz qalırdı ki, üzləşmə otağına gələndə müstəntiqin istədiyi hər bir yalanı kor-koranə təsdiqləyirdi

Professor Cəlal Qasımov  özünün elmi məqalələrində bilavasitə Konstantin Qalstyanın sənədlərini üzə çıxarıb. O, Qalstyanın 23 sentyabr 1937-ci ildə rəisi Sumbatova yazdığı rəsmi məruzəni tapıb dərc edib. Həmin sənəddə leytenant Qalstyan fəxrlə yazırdı:

"Mən, 12493 nömrəli istintaq işinə baxaraq belə nəticəyə gəldim: Vəli Xuluflu əksinqilabi millətçi təşkilatın üzvü, ziyanverici və terrorçudur..."

Ziya Bünyadov,Aslan Kənan, professor Şəfəq Nasir və digərlərinin araşdırmalarında bu cəllad barədə kifayət qədər məlumat var. 

O, Azərbaycan ziyalılarına xüsusi nifrəti ilə seçilən digər erməniləri başına toplayır və guya 1915-ci ildə baş verən hadisənin qisasını almağa cəhd edirdi. 

NKVD-nin daxilində xüsusi olaraq saxlanılan və hər bir sənədə qol çəkməyə məcbur edilən "peşəkar şahidlər" var idi ki, təssüflər olsun ki, içərilərində azərbaycanlılar da var idi. 

Azərbaycanın intellektual elitasını məhv etməklə xalqı ziyalısız qoymaq, savadsızlaşdırmaq və gələcəkdə Azərbaycana qarşı qaldırılacaq torpaq iddialarına  müqavimət göstərə biləcək heç bir güclü fikir adamı buraxmamaq onun əsl niyyəti idi 

1937–1938-ci illərdəki kütləvi güllələnmə planlarını  yerinə yetirdiyi üçün ona "Qırmızı Ulduz" ordeni verildi.

Qalstyan 19 aprel 1938-ci il tarixli Moskva "Stalin siyahısı"na  daxil edilmişdir. Vəzifə səlahiyyətlərini aşmaq və qanunsuzluq ittihamı ilə 1938-ci ilin aprelində Moskvada güllələnmişdir.

Prof.Dr. Zaur Aliyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir nəğmə oxuyum, sən də qulaq as

Bir nəğmə oxuyum, sən də qulaq as. Ötən günlərimdən xatirə olsun. Sənə də tanışdı, sənə də doğma,O ürkək baxışlar, o titrək səslər. O qədər yaxınkən uzaqda qaldı,Nə qədər arzular, necə xəyallar. Bu qədər doğmaykən, yad kimi qaldı,Ülvi məhəbbətdə pünhan sevgilər. Nə sən xoşbəxt oldun, nədəki mən,Qovuşa bilmədik, hansı səbəbdən?Azıb eşqin yolun divanə qaldıq.Axtara-axtara bir-birimizi.        Ramidə Yaqubqızı.

23 Oktyabr 2026, 00:02

Şura: Hicabla bağlı saxta məlumatlarla ictimai rəy manipulyasiya edilir

Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir.Citypost.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür."Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media...

22 Oktyabr 2026, 22:58

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.

22 Oktyabr 2026, 22:15

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.Citypost.az  Oxu.az-a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib.O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsü sərnişlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etdiyinə görə işindən azad olunub.“BakuBus” MMC-nin istismarında olan 5 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində oktyabrın 22-si saat 12:37-də Təbriz küçəsi, 30 ünvanında...

22 Oktyabr 2026, 21:38

"Naxçıvan Aqroservis"in sədri həbs edilib 

"Naxçıvan Aqroservis"in sədri həbs edilib.Citypost.az  xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb....

22 Oktyabr 2026, 21:07

Autizmli uşağı vuran müəllim üzr istədi 

“Brain Academy”nin Bakıxanov filialında ikiyaşlı autizm spektrli uşağa qarşı zorakılıq tətbiq edən müəllim üzr istəyib.Citypost.az xəbər verir ki, bu barədə “Brain Academy”nin səhifəsində paylaşım edilib.“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə o qeyd edib....

22 Oktyabr 2026, 19:56