AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək
Cəmiyyət 04 Sentyabr 2026, 18:50
227
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.
Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib.
Həmçinin oxuyun
Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmetr düz xəttin (soyuq boya) çəkilməsi, 100 kvadratmetr düz xəttin (termoplastik isti boya) çəkilməsi, 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 min kvadratmetr xəttin su jeti texnikası ilə silinməsi, 2 min kvadratmetr xəttin qara boya ilə silinməsi, 130 kvadratmetr yerə yapışan simvolların tətbiqi və digər işlər yer alır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət...
04 Sentyabr 2026, 19:08
Zahid Oruc BAMF-ın 34 illiyini TƏBRİK ETDİ
Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 34 il ötür.CityPost.az bildirir ki, bu münasibətlə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc BAMF prezidenti Umud Mirzəyevə zəng edərək təbriklərini çatdırıb.Zahid Oruc təbrikində Umud Mirzəyevin şəxsiyyətinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində də əks olunduğunu bildirib.“İnsan özü necədirsə, rəhbərlik etdiyi təşkilat da həqiqətən elə olur. Mən bilirəm ki, Umud müəllim necə bir insandırsa, onun rəhbərlik etdiyi təşkilat da elədir: aydındır, safdır, şəffafdır, qəlbi təmizdir. Təşkilatın da qəlbi təmizdir”, – deyə o qeyd edib.Parlamentari Umud Mirzəyevin illər ərzində beynəlxalq aləmdə qazandığı dostluqlara da...
04 Sentyabr 2026, 18:30
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir....
04 Sentyabr 2026, 18:11
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb".Citypost.az xəbər verir ki, bu, DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib.O bildirib ki, yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb."Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir", deyə paylaşımda qeyd olunub....
04 Sentyabr 2026, 17:34
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 və 4 sentyabr tarixlərində Yevlax şəhərində vətəndaşları qəbul edib.Bu barədə Citypost.az Ədliyyə Nazirliyindən məlumat verilib.Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.Qəbulda Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarından ümumilikdə 68 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və...
04 Sentyabr 2026, 17:18
Casusluqda ittiham olunanların cəzası dəyişdirilmədi
Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifov DTX tərəfindən...
04 Sentyabr 2026, 17:00