Xanımı ilə quru çörək, ət üzünə həsrət qalan, tramvaya pul tapmayan Habil Əliyevin maraqlı sevgi hekayəsi….
Cəmiyyət 08 Sentyabr 2026, 11:30
4491
Habil Əliyevin atası 30-cu illərdə qolçomaq kimi tutulub həbsdə vəfat edir. Böyük qardaşı müharibəyə gedir. Ailəni – böyük külfəti 13 yaşlı Habil dolandırmalı olur. 6 yaşından öyrəndiyi kamança ifası 13 yaşında ona çörəkpulu qazandırır.
“Bəzi qohumlar məni dindirmirdi ki, Habil Ağdaşda kamança çalıb bizim adımızı batıracaq. İllər sonra həmin qohumlarım Bakıya gəlib, xahiş edirdilər ki, filan problemimizi həll et, səni eşidərlər”, - deyə ifaçı xatırlayırdı.
Habil Əliyev ifaçı kimi dəvət olunduğu toyda Şərqiyyə adlı qızı görüb bəyənir. Baxır ki, ətrafdakı qadınlar bunu anlayıb qıza xəbər veriblər. Amma qız qətiyyətlə bildirir ki, Habil Əliyev musiqi təhsili almasa, onunla ailə qurmayacaq. Habil Əliyev də əlacsız qalıb təhsil almaqçün Bakıya yollanlr.
Cütlük nişanlanır. Qəribədir ki, Şərqiyyə Habilin nişan üzüyünü barmağına taxmırmiş. Amma sonra Habilin qayğıkeşliyi və ailəcanlılığı qızda ona qarşı sevgi yaradır. Bir müddət sonra isə Şərqiyyə ali məktəbə daxil olur.
Həmçinin oxuyun
Gənc ailə Bakıda ehtiyac içində yaşayırdı. Habil Əliyevin xanəndələri müşayiət etmək üçün səhnə kostyumu yox idi. O, yaxın qohumunun boz kostyumunu alıb rənglətmişdi.
“Elə vaxt olub, qışda corabım olmadığından məktəbə gedə bilməmişəm. Corab almağa pulumuz yox idi. Habil soruşurdu ki, niyə məktəbə getmədin? Yalandan deyirdim ki, bu gün mühazirəmiz yoxdur. Elə günlərimiz olub ki, evdə yeməyə quru çörəyimiz belə olmayıb. Aylarla ət, toyuq yemirdik. Habil mənə 5 qəpik verirdi ki, sən dərsə tramvayla get, mən piyada gedərəm. O, cəmi 26 manat, mən isə 40 manat təqaüd alırdım. Buna baxmayaraq, bir-birimizin xətrinə dəymirdik. Əksinə, get-gedə bir-birimizə daha çox isinişdik. Sonradan elə günlərimiz başladı ki. O, qastrollardan bəzən mənə 3-4 ayaqqabı, paltarlar alırdı, amma özünə heç nə almırdı. Deyirdi ki, kişi bəzəkli paltar geyinməz. Bəzən restoranlarda yediyi kabablardan, balıq ətindən sifariş verib evə gətirirdi ki, mən orada kabab, balıq yedim, amma sən evdə qaldın, o yeməklərdən yemədin, buyur, sən də ye”, - deyə xanımı Şərqiyyə Əliyeva o günləri böyük sevgi ilə xatırlayırdı.
Ruhları şad olsun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tarixin ilk hava bombardmanı necə baş verdi?
Tarix 1911-ci ili göstərəndə Osmanlı imperiyası ilə İtaliya arasında başlayan Trablis müharibəsi (Trablusgarp Savaşı) təkcə Şimali Afrikanın taleyini həll etmədi, həm də dünya hərb tarixinin gedişatını kökündən dəyişdi. XX əsrin əvvəllərinə qədər düşmən ordularının mövqelərini öyrənmək üçün əsasən hava balonlarından istifadə olunurdusa, Trablis müharibəsi təyyarənin daha ölümcül və hərbi məqsədlərlə istifadə edildiyi ilk arena oldu.İtaliya ordusu bu müharibəyə xüsusi hazırlıq görərək Trablisə 9 təyyarə və 11 pilot göndərmişdi. İlk olaraq italyan pilot Karlo Piazza Tripoli üzərində kəşfiyyat uçuşu həyata keçirərək tarixdə ilk hava kəşfiyyatına imza atdı. Lakin aviasiyanın imkanları bununla bitmədi.11 noyabr 1911-ci ildə hərb tarixinin ilk hava bombardmanı baş verdi. İtalyan leytenantı Culio...
25 Oktyabr 2026, 14:30
Saleh Səmədova ağır İTKİ ÜZ VERİB
İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədova ağır itki üz verib.CityPost.az xəbər verir ki,Saleh Səmədovun bacısı dünyasını dəyişib.Məlumata görə,Yeksarə Səmədova dünən xəstəlik səbəbindən vəfat edib.Onunla vida mərasimi İmişli rayonunda baş tutub.Qeyd edək ki,vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.Xatırladaq ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra...
25 Oktyabr 2026, 14:23
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, oktyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
25 Oktyabr 2026, 14:19
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında oktyabrın 26-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
25 Oktyabr 2026, 13:57
Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib.CityPost.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib."Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxıstan xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir və iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşdirilməsinə sadiqdir.Milli Gününüz mübarək!" – paylaşımda qeyd olunub....
25 Oktyabr 2026, 13:26
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür.CityPost.az xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub....
25 Oktyabr 2026, 13:05