Bizə yazın

Baku

-°C

USD

-

Hakimlərin seçilməsində yenilik: 3 mərhələ...

Cəmiyyət 03 Oktyabr 2024, 10:41

18044

Hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq.

Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən, Hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir. İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir. Təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır. Təlim mərhələsinə keçirilmiş işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata keçirir. Maddi təminatın məbləği Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir və dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir. Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar. Namizədlərin qiymətləndirməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir. Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər. Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər.

Layihəyə əsasən, hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq. Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək. Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda - Qərar verildi

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar. Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və “Sabunçu Emin”ə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun...

25 Oktyabr 2026, 19:19

Çox istərdim bütün türk xalqları da yəhudilər kimi elmli və savadlı olsunlar!  

Çox istərdim bütün türk xalqları yəhudilər kimi öz qədim inanclarında qalsınlar, heç bir yabançı dinə tapınmasınlar!Çox istərdim bütün türk xalqları yəhudilər kimi öz vətənini müqəddəs torpaq adlandırsınlar və lazım gələndə onun uğrunda vuruşsunlar!Çox istərdim bütün türk dövlətləri özlərini İsrail dövləti kimi qorusunlar və gözlənilən hər cür təhlükənin qarşısını əvvəlcədən ala bilsinlər! Kənar şərləmələrdən, yalançı antiyəhudi təbliğatlarından asılı olmayaraq İsrail dövləti kimi sülhsevər olsunlar!Toxunmayana, toxunmaq istəməyənə toxunmasınlar!Arzu edirəm bütün türk dövlətləri özünə dost bildiyi dövlətlərlə sədaqətli dostluq etsinlər, eynən İsrail dövləti kimi! Elmi, mədəniyəti, tərəqqini hər şeydən üstün tutsunlar!Çox istərdim türk xalqlarının aydınları da dünya yəhudiləri kimi öz elmi-zəkası ilə bəşəriyətə xeyir versinlər!!!...

25 Oktyabr 2026, 15:40

CƏHALƏT   - GÜNAY YELMAZRQIZI YAZIR

Keçmiş Misir prezidenti Ənvər Sədatı öldürən adama hakim sual verir:-- Sədatı niyə öldürdün?Qatil:-- Çünki layiq idi!Hakim:-- Layiq nə deməkdir?Qatil:-- Bilmirəm!Misirli məşhur ədəbiyyatçı Nəcip Mahfuzu öldürmək istəyən, amma bacarmayan müqəssirdən hakim soruşar:-- Niyə vurdun?Müqəssir:-- "Küçə uşaqlarının xəyalları" adlı kitab yazdığı üçün.Hakim:-- Yaxşı, o kitabı oxudunmu?Müqəssir:-- Xeyr.Hakim yazıçı Fərəc Fodayı öldürən terroristlərdən soruşar:--- Niyə öldürdünüz?Günahkarlar:-- Çünki kafir idi.Hakim:-- Haradan anladınız? Hansı kitabından bu nəticəyə gəldiniz?Günahkarlar:-- Biz oxuma, yazma bilmirik.Hakim:-- NƏ??? BU dünyada az  bilən, çox  inanan insandan daha təhlükəlisi yoxdur. CƏHALƏT ən böyük fəlakətdir!Ona görə OXUYUN!!! KİTABLAR OXUYUN! OXUDUN!...

25 Oktyabr 2026, 15:00

Tarixin ilk hava bombardmanı necə baş verdi?   

Tarix 1911-ci ili göstərəndə Osmanlı imperiyası ilə İtaliya arasında başlayan Trablis müharibəsi (Trablusgarp Savaşı) təkcə Şimali Afrikanın taleyini həll etmədi, həm də dünya hərb tarixinin gedişatını kökündən dəyişdi. XX əsrin əvvəllərinə qədər düşmən ordularının mövqelərini öyrənmək üçün əsasən hava balonlarından istifadə olunurdusa, Trablis müharibəsi təyyarənin daha ölümcül və hərbi məqsədlərlə istifadə edildiyi ilk arena oldu.İtaliya ordusu bu müharibəyə xüsusi hazırlıq görərək Trablisə 9 təyyarə və 11 pilot göndərmişdi. İlk olaraq italyan pilot Karlo Piazza Tripoli üzərində kəşfiyyat uçuşu həyata keçirərək tarixdə ilk hava kəşfiyyatına imza atdı. Lakin aviasiyanın imkanları bununla bitmədi.11 noyabr 1911-ci ildə hərb tarixinin ilk hava bombardmanı baş verdi. İtalyan leytenantı Culio...

25 Oktyabr 2026, 14:30

Saleh Səmədova ağır İTKİ ÜZ VERİB   

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədova ağır itki üz verib.CityPost.az  xəbər verir ki,Saleh Səmədovun bacısı dünyasını dəyişib.Məlumata görə,Yeksarə Səmədova dünən xəstəlik səbəbindən vəfat edib.Onunla vida mərasimi İmişli rayonunda baş tutub.Qeyd edək ki,vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib. Ağsaqqal müttəhim cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.Onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manat dövlət rüsumu özünə qaytarılacaq.Xatırladaq ki, Saleh Səmədov 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış çıxış etmişdi. Bu hərəkətindən sonra...

25 Oktyabr 2026, 14:23

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir 

Tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a  verilən xəbərə görə, oktyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

25 Oktyabr 2026, 14:19